Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə5/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
17
Dünya siyasətində özünü büruzə verən bəzi neqativ tendensiyalara bax-
mayaraq, Azərbaycan xalqı öz hüquqlarının ədalətli müdafiəsini inamla da-
vam etdirir. Artıq ölkə yüksək iqtisadi göstəricilərlə və sürətlə inkişaf etmək 
üçün çox böyük potensial imkanlara malikdir. Azərbaycan güclü orduya sahib 
olan sülhpərvər dövlətdir. Dünya səhnəsində baş verən siyasi proseslər və ar-
tıq alışdığımız tarixi ədalətsizliklər Azərbaycan ordusuna imkan verir ki, xalqın 
ona verdiyi mandat əsasında işğal edilən torpaqların azad edilməsi ilə bağlı 
üzərinə düşən missiyanı yerinə yetirsin. Bu, Azərbaycan xalqının beynəlxalq 
hüquq  normalarına  uyğun  gələn  və  ümumiyyətlə,  bəşəri  qanunlarla  uz-
laşan haqqı, vəzifəsi və borcudur. Artıq Azərbaycan xalqı bu seçimi etmək 
məcburiyyətindədir. Doğrudur, dövlətimiz və onun başçısı cənab İlham Əliyev 
sülh  danışıqlarına  önəm  verir,  bu  səylərin  davam  etdirilməsi  istiqamətində 
ciddi addımlar atır, amma davam edən ədalətsiz münasibətlər onu göstərir 
ki, Azərbaycan xalqı öz müqəddəratını özü həll etməkdə daha da israrlı ol-
malıdır.  2008-ci  ildə  Cənubi  Qafqazda  baş  verən  hadisələrin  acı  təcrübəsi 
və  Azərbaycan  Prezidentinin  bu  münaqişənin  Qafqaza  yoluxmaması  üçün 
göstərdiyi  praqmatik  və  düşünülmüş  səylər  onu  sübut  edir  ki,  Azərbaycan 
nəinki bölgədə, həm də dünyanın siyasi səhnəsində real qüvvədir və onunla 
bir çox məsələlərin həllini müzakirə etmək, ədalətli və obyektiv çıxış yollarını 
razılaşdırmaq artıq siyasi zərurətdir. Həmçinin, həmin vaxt dünyanı silkələyən 
bu hadisələrlə bağlı düzgün, praqmatik və ehtiyatlı mövqe nümayiş etdirən 
yeganə  dövlət  Azərbaycan  idi.  Necə  olur  ki,  ağır  vəziyyətə  düşən  Gürcüs-
tana heç kim kömək edə bilmədiyi halda Azərbaycan ona hərtərəfli kömək 
göstərdi? Ona görə ki, dünya miqyaslı siyasətçi İlham Əliyev aydın görürdü 
ki, bu münaqişə lokal xarakter daşımır. O, alovlanaraq nəinki bütün Cənubi 
və  Şimali  Qafqazı,  həm  də  daha  geniş  regionları  əhatə  edə  bilər.  Bu  isə 
bəşəriyyət üçün çox böyük fəlakətlərə gətirib çıxarardı. Azərbaycanın dövlət 
başçısı dünya güclərinə bu sadə həqiqəti anlada bildi.
Bütün bu sülhsevər addımlar ona dəlalət edir ki, Azərbaycan bölgədə bütün 
xalqların bərabər inkişafında maraqlıdır. Bu, dövlətin  xarici siyasətinin qayəsini 
təşkil edir. Bölgədə zəif dövlət varsa, biz onun inkişafına təkan veririk, çünki 
iqtisadi cəhətdən regionda geri qalan dövlətin mövcudluğu ümumi balansın 
pozulması ilə yanaşı, bizim iqtisadi maraqlarımıza da uyğun gəlmir. Hər qayda-
da bir istisna olduğu kimi, burada da öz destruktiv mövqeyi, işğalçılıq siyasəti 
ilə Ermənistan ciddi problemlər yaratmaqdadır.
Bu tendensiya seziləndir və ən diqqətəlayiqi odur ki, Azərbaycanın yürütdüyü 
siyasət  ən  sağlam  siyasətdir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin titanik səylərlə həyata keçirdiyi, reallaşdırdığı praqmatik siyasəti güc 
dövlətləri, dünyanın nüfuzlu beyin mərkəzləri aşkar görürlər. Dünyaya yeni, 
sağlam bir siyasi gücün gəlməsi reallıqdır. Bu, barış, inkişaf, tərəqqi və stabillik 
gücüdür. Amma nədənsə yeni siyasi qüvvənin arenaya çıxmasını, bəşəriyyətin 
düzgün istiqamətdə inkişaf etməsinə təkan verən sağlam siyasi gücün özünü 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
18 
müasir  dünya  düzənində  büruzə  verməsini  qısqanclıqla  qarşılayanlar  var. 
Açıq tərzdə bəyan edilməsə də, Azərbaycanın əl-qolunu bağlamaqla onun 
nüfuzuna  xələl  gətirən  və  imkanlarını  məhdudlaşdıran  səylər  müşahidə 
olunur.  Lakin  etiraf  edilməlidir  ki,  Azərbaycan  artıq  yeni  güc  mərkəzi  kimi 
formalaşır  və  bu  proses  təbii  tərəqqinin  yeni  mərhələsi  kimi  inkişafından 
qalmayacaq. Azərbaycan dünya siyasi sisteminin tərkib hissəsinə çevrilərək 
bölgədə  tutduğu  geosiyasi  mövqeyinə,  iqtisadi  və  siyasi  nailiyyətlərinə 
görə artıq bu prosesin nüvəsinə çevrilməkdədir. Ona görə də bu təkamülün 
məhdudlaşdırılması qeyri-mümkündür. Onu müəyyən qədər uzatmaq və ya 
ləngitmək olar, amma onun qarşısı alına bilməz. Aparıcı dövlətlər bunu nə 
qədər dərindən anlasalar, nə qədər bu əməkdaşlığa önəm verməyin, onunla 
hesablaşmağın vacibliyini dərk etsələr, zənnimizcə, nəinki Cənubi Qafqazda, 
Rusiyada, Avropada, habelə bütün dünyada əksər münaqişələr, hətta İsrail-
Fələstin problemi kimi ən ağrılı məsələ də öz həllini tapa bilər.
  
Azərbaycan - Qərb və Şərqin maraqlarının toqquşduğu nöqtə
Qərblə Şərqin maraqlarının Azərbaycan adlı bir kəsişmə nöqtəsi mövcud-
dur. Birmənalı şəkildə bu iki qütbün kəsişmə nöqtəsində öz mənafelərini qo-
rumağa çalışan Amerika adlı üçüncü bir nöqtənin görünməyən yerini tapmaq 
çətindir. Qərb və Şərq bir sistem kimi qəbul edilirsə, Amerika bizdən qərbdə 
yerləşməsinə baxmayaraq, burada görünmür.
Çünki Qərblə Amerika arasında bu gün müəyyən rəqabət, kəskin mübarizə 
mövcuddur.  Bu  rəqabətdən  İngiltərə  Avropa  dövlətlərinə  nisbətən  kənarda 
durur  və  bu  proseslərə  Amerikanın  tərəfdaşı  kimi  qatılmamağa  çalışır.  Bu 
mübarizənin mahiyyətini araşdırmaq asan olmasa da, belə bir paralel aparaq. 
Amerikanın vaxtilə Fransaya atom bombasını verməkdən imtina etməsi bu iki 
dövlətin münasibətlərinə soyuqluq gətirdiyi kimi, bu gün Fransanın təşəbbüsü 
ilə qurulan Avropa İttifaqı da Amerikanın bəzi siyasi-iqtisadi dairələrinin maraq-
larına uyğun deyil. Ona görə də Amerika İraqa girəndə Avropa İttifaqı ölkələri 
bunun əleyhinə çıxdılar. Düzdür, sonra ümumi maraqlar hər iki tərəfə müəyyən 
razılıqlara gəlməyə imkan verdi. Necə ki, Minsk qrupunun həmsədrləri Türkiyə 
ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində göz qırpımında bir 
araya gələ bildilər və yekdil mövqedən çıxış etdilər.
Lakin Əfqanıstanda biz tamamilə başqa bir ssenari müşahidə edirik. Pakis-
tanda siyasi hakimiyyət dəyişdirildi, İranda bu alınmır, Çinin iqtisadiyyatı sürətlə 
inkişaf edir. Azərbaycan, Çin və Sinqapur iqtisadiyyatları hazırda dünya iqtisa-
diyyatının  inkişafının  əsas  determinantlarıdır.  Onların  yaxınlaşması  müəyyən 
iqtisadi  proseslərin  istiqamətini  dəyişə  bilər.  Lakin  söhbət  bu  birləşmənin 
ölçülərinin böyük və kiçikliyindən yox, çəkisindən gedir. Azərbaycan artıq elə 
bir  diplomatik  açara  malikdir  ki,  onunla  bir  çox  siyasi  məsələləri  açmaq  və 
həmçinin bağlamaq mümkündür. Çinin iqtisadiyyatı bu gün bir nömrəli iqtisa-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə