Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə6/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
19
diyyatdır. Onun arxasınca Sinqapur və Cənubi Koreya gəlir. Bizim bu dövlətlərin 
hər üçü ilə iqtisadi əməkdaşlığımız, qarşılıqlı maraqlarımız var. Qərbə də, Şərqə 
də keçid buradandır. Bu keçidləri də şərtləndirən əsas amil Azərbaycandır.
Yəni bu, artıq təsdiqini tapmış bir reallıqdır. Dünyanın yeni düzümü deyilən 
bir anlayış var. Azərbaycan o yeni düzümü şərtləndirən amillərdən birinə çev-
rilib.  Necə  ki,  1918-ci  ildə  yaradılan  Azərbaycan  Xalq  Cümhuriyyəti  qısa  bir 
müddətdə aparıcı amilə çevrildi. Amma indi - XX əsrin sonunda və XXI əsrin 
əvvəlində  Azərbaycan  tamamilə  başqa  bir  Azərbaycandır.  Elmi,  intellektu-
al,  siyasi,  mədəni  və  üstəgəl  böyük  iqtisadi  potensiala  malikdir.  Azərbaycan 
bölgədə problemlərin həlli istiqamətini dəyişə bilən ciddi faktor, həlledici amil 
kimi bir çox layihələrin gerçəkləşdirilməsini 
şərtləndirməklə 
yanaşı, 
bəzi 
güc 
mərkəzlərinin  layihələrinin  reallaşmasında 
da  problemlər  yaradır.  Azərbaycan  dün-
yada  sülhün,  stabilliyin,  iqtisadi  inkişafın, 
yüksəlişin  marağındadır.  Sərhədlərimiz,  iq-
tisadiyyatımız,  siyasətimiz,  mədəniyyətimiz 
hamıya açıqdır. Bundan yaxşı nə ola bilər ki? 
Heç bir əlavə şərt qoymadan biz bir sistem 
kimi  qapalı  deyilik,  işğalçılıq  niyyətlərimiz 
yoxdur. Reallıq ondan ibarətdir ki, artıq dün-
ya siyasətinin bir Azərbaycan çaları meyda-
na  gəlmişdir.  Bu  da  çox  təəssüf  olsun  ki, 
həm  dostlarımız  tərəfindən  çətin  başa  dü-
şülür, həm də siyasi rəqiblərimiz tərəfindən 
həzm olunmur.
Məhz güc mərkəzlərinin ədalətsiz mövqeyi, işğalçı dövlətə bütün beynəlxalq 
hüquq  normalarını  pozaraq  yardım  edilməsi  Azərbaycanda  dəyərlərin 
güclənməsinə, milli ruhun dirçəlişinə, insanların haqsızlığa qarşı vahid mövqedən 
çıxış etməsinə xidmət edir. Eyni zamanda, özlərini demokratik ənənələrin, sülhün 
qarantı kimi təqdim edən dövlətlərin nüfuzu nəinki Azərbaycanda, hətta bütün 
dünyada həllini gözləyən saysız-hesabsız münaqişələrdən əziyyət çəkən milyon-
ların gözündə sürətlə çökməkdədir. Bu, inkarı mümkün olmayan psixoloji amildir. 
Onu da vurğulamaq vacibdir ki, artıq Qərbin siyasi şərhçiləri və analitikləri də 
NATO-nun və Qərbin bütünlükdə Qafqaz regionunda düşünülmüş, tarixi real-
lıqları və bölgədəki xalqların maraqlarını təmin edən savadlı siyasəti yeritmək 
gücündə olmadıqlarını qeyd edirlər.
Amerikanın  elə  bir  dövrü  var  idi  ki,  orada  istənilən  demokratik  toxumlar 
cücərti verirdi, inkişaf edirdi, dünyada baş verən proseslərə ciddi təsir qüvvəsinə 
malik idi. İndi isə Amerika böhran keçirir, artıq orada əvvəlki münbit şərait yox-
dur. Amerika cəmiyyətinin keyfiyyətcə dəyişməsi, siyasi və iqtisadi islahatların 
aparılmasının zəruriliyi və səhnəyə çıxan yeni qüvvələrin fəallığı bu dövləti öz 
Onu da vurğulamaq 
vacibdir ki, artıq Qərbin 
siyasi şərhçiləri və 
analitikləri də NATO-nun və 
Qərbin bütünlükdə Qafqaz 
regionunda düşünülmüş, 
tarixi reallıqları və bölgədəki 
xalqların maraqlarını 
təmin edən savadlı 
siyasəti yeritmək gücündə 
olmadıqlarını qeyd edirlər.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
20 
nüfuzunu qorumaq üçün ciddi addımlar atmağa vadar edir. Qlobal böhran psi-
xoloji faktor kimi çox mürəkkəb fəsadlı tendensiya olduğundan, ilk növbədə, 
Amerika ilə qürrələnən hər bir sadə ABŞ vətəndaşına ağır zərbə kimi dəydi. 
Yeni mərhələ böhrandan çıxmağı, insanlara əvvəlki əminliyi qaytarmağı tələb 
edir. Bu gün orada insanlar dəyərdən düşür, bəşəri kriteriyalar itirilir. İnsanlar 
arasında olan münasibətlər də ali hisslərdən uzaqlaşaraq siyasi və iqtisadi tex-
nologiyaların təsiri altına düşür, müxtəlif “güc və beyin mərkəzləri”nin alətinə 
çevrilir, getdikcə reallıqları qiymətləndirmək imkanları məhdudlaşır. Bunun ən 
bariz nümunəsi Qafqazda Azərbaycanın ədalətli mövqeyinin bütünlükdə Qərb 
tərəfindən həm cəmiyyətin sıravi insanları, həm də dövlət qurumları tərəfindən 
yetərincə dərk edilməməsidir. Ceymstaun fondunun elmi əməkdaşı Vladimir 
Sokor belə hesab edir ki, Qafqazdakı münaqişələr Qərb dövlətlərinin laqeyd-
liyinin bəhrəsidir: “Etnik zəmində baş verən münaqişələrin dövlətlər arasında 
müharibələrlə davam etdirilməsi yalnız SSRİ-dən qalan miras deyildir. Bu həm 
də Qərb dövlətlərinin passivliyinin və laqeydliyinin nəticəsidir”.
Qafqazda işğalçı dövləti dəstəkləməkdən çəkinməyənlərə ötən əsrdə Avro-
pada cücərməkdə olan faşizmi dolayısı ilə öz himayəsi altına alaraq onu “qırmı-
zı kabusa” qarşı pərvazlandıran dövlətlər sonradan bunun onların dövlət ma-
raqlarına necə böyük təhlükə yaratdığını dərk edib ikinci cəbhəni açaraq  SSRİ 
ilə antifaşizm koalisiyasında necə birləşdiklərini xatırlatmaq yerinə düşərdi. Ola 
bilsin ki, bu narahatçılığımız qərbli dostlarımıza inandırıcı gəlməsin. Lakin mü-
asir Avropada Almaniya kimi nəhəng bir dövlət bu təhlükələri real hesab edir 
və öz narahatlığını bildirir. Bundestaqın Qafqazla, o cümlədən Azərbaycanın 
Dağlıq Qarabağ bölgəsi ilə bağlı son dövrlərdə yaydığı bəyanatlarda bölgədəki 
vəziyyətin nəinki qonşu dövlətlər, hətta bütün Avropa üçün real təhlükə ol-
duğu  birmənalı şəkildə ifadə edilir. Bu gün qlobal sülh istiqamətində atılan 
addımların kölgəsində böyük təhlükələrin cücərtiləri aşkar görünür. Fikrimizcə, 
çalınan  həyəcan  təbili  Qərb  dövlətləri  tərəfindən  işğaldan  əziyyət  çəkən 
dövlətin genetik narahatlıqları kimi yox, bəşəriyyətin II Dünya müharibəsindən 
də  ağır  təhlükələr  qarşısında  nümayiş  etdirdiyi  bağışlanılmaz  biganəlik  kimi 
dərk edilməlidir.
Əgər  dünya  birliyi  siyasətin  ağını  qarasından  ayıra  bilmirsə,  işğalçı-
nı  dəstəkləyərək  işğaldan  əziyyət  çəkənin  blokadasını  görmək  istəmirsə, 
münaqişələri  qarımış  qızların  cehizi  kimi  əsrdən-əsrə  ötürürsə,  təbii  ki, 
Azərbaycan da buna etirazını bildirməli, bölgədə müharibənin alovlanmaması, 
xalqlarımıza yeni faciələrin üz verməməsi üçün beynəlxalq qurumların siyasi 
biganəliyinə rəğmən sülhün təminatçısı missiyasını öz üzərinə götürməlidir. Bu 
missiya işğal altında olan ərazilərin separatçılardan təmizlənməsindən ibarətdir.
Qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında olan münaqişənin, 
yəni Azərbaycan ərazilərinin işğalı probleminin həlli məsələsinə cavabdeh olan 
ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə (Ermənistanla Türkiyə) ara-
sındakı  protokolların  imzalanması  mərasimində  nümayiş  etdirdikləri  fəallıq 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə