Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə9/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   5   6   7   8   9   10   11   12   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
25
də  dünyanın  digər  bölgələrində  qarşısı  nə 
qədər tez alınarsa, nə qədər tez onlar sülhə 
məcbur edilərsə, bu, vahid Avropa Evinin və 
bütün dünyanın təhlükəsizliyini bir o qədər  
artıracaqdır. 
Yeganə  müsbət  hal  kimi  Almaniyanın 
və bir sıra Avropa dövlətlərinin sərhədlərin 
açılmasında  fəal  iştirak  etməməsidir.    Bu, 
Almaniyanın  həm  ehtiyatlı  mövqeyi,  həm 
də  alman  xalqının  genetik  yaddaşında 
yaşanılan  faciələrin  insan  ağlına  sığma-
yan  nəhəng  miqyasları  ilə  bağlıdır.  Dün-
yanın  siyasi  xəritəsi  alman  xalqının  faciəsi 
üzərində  dəyişdirildi.  Ona  görə  də  bü-
tün  bu  məsələlərdə  Almaniya  digər  Qərb 
dövlətlərindən  daha  ehtiyatlıdır.  Alma-
niya  hökuməti  bütün  incə  məqamlara  həssaslıqla  yanaşır  və  bəyanatlarında 
sərhədlərin  dəyişdirilməməsi  prinsipinin  pozulmaz  olduğunu  bildirir.  Çünki 
Almaniya  öz  acı  təcrübəsindən  belə  praktikanın  bəşəriyyəti  hansı  faciələrə 
sürüklədiyini yaxşı bilir. Digər dövlətlərin də bunu unutmaması vacibdir. 
Bütünlükdə dünya birliyinin Qafqazda sülhün tənzimlənməsi istiqamətində 
atdığı addımları şahmat dilinə çevirsək deyə bilərik ki, gedişlərin hamısı şahmat 
taxtasında heç kimin etiraf etmək istəmədiyi pat vəziyyətini xatırladır. Lakin güc 
mərkəzləri unutmamalıdırlar ki, dünya şahmat taxtası deyil və hər fiqurun arxa-
sında bir xalqın faciəsi dayanır.
  
Təkrar səhvlərin təhlükələri 
Bəzi məqamlarda dəqiq elmlərin müəyyən qanunlarının da münaqişələrə 
tətbiq edilməsi cəmiyyətdə baş verən siyasi prosesləri dərk etməyə imkan ve-
rir.  Nyutonun  “Təsir  əks  təsirə  bərabərdir”  qanununun  ən  sadə  izahı  ondan 
ibarətdir ki, hər hansı bir cismə müəyyən qüvvə ilə təsir edilirsə, həmin cisim 
də ona təsir edən qüvvənin gücünə bərabər qüvvə ilə əks təsir göstərir. Müasir 
dünyanın siyasi mənzərəsinə düşünülməmiş və ya müəyyən maraqlara xidmət 
edən düzəlişlərin edilməsində israrlı olan güc mərkəzləri və bəzi dövlətlər gec-
tez öz daxillərindəki siyasi proseslərdə Qafqazla bağlı atılan səhv addımların 
əks təsiri - ağır nəticələri qarşısında aciz qalacaqlar. Burada təhlükələr nədən 
ibarətdir? Birincisi, müasir dünyada müəyyən siyasi qüvvələr, güc mərkəzləri və 
superdövlətlər birmənalı şəkildə işğalçı dövlətin tarixi aqressivliyinə son qoy-
malıdırlar.
Azərbaycan  sülhün  marağındadır.  Dünya  birliyi  də  sülhün,  demokra-
tik  proseslərin  keşiyində  durduğunu  bəyan  edir.  Bəs  onda  nə  üçün  biz 
Bütünlükdə dünya 
birliyinin Qafqazda sülhün 
tənzimlənməsi istiqamətində 
atdığı addımları şahmat 
dilinə çevirsək deyə bilərik 
ki, gedişlərin hamısı şahmat 
taxtasında heç kimin etiraf 
etmək istəmədiyi pat 
vəziyyətini xatırladır. Lakin güc 
mərkəzləri unutmamalıdırlar 
ki, dünya şahmat taxtası deyil 
və hər fiqurun arxasında bir 
xalqın faciəsi dayanır.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
26 
təhlükələrdən  danışırıq?  Bu  təhlükələr  doğrudandamı  mövcuddur  və  on-
lar  hansı  mənbələrdən  bəhrələnirlər?  Biz  ötən  əsrdə  faşizmin  tüğyan  edib 
böyük  müharibələrə  səbəb  olmasından  danışdıq.  Bu  əsrin  əvvəlində  də 
belə  təhlükələr  özünü  açıq  şəkildə  büruzə  verməyə  başlamışdır:  birincisi, 
dünya  birliyinin  sülh  səyləri  gözlənilən  nəticələri  vermir,  ikincisi,  planetdə 
münaqişələrin sayı azalmır. Digər təhlükələr Avropanın bəzi dövlətlərində real 
qüvvə kimi faşist təmayüllü hərəkatların yenidən baş qaldırması ilə bağlıdır. 
Elə bu əsrin əvvəlində Fransada faşistlərin hakimiyyətə gəlmək şansları çox 
böyük idi. İsveçrə vətəndaşlarının 60 faizi özlərini qatı antisemit sayırlar. Avs-
triyada faşist təmayüllü qüvvələrin hakimiyyətə gələrək “Avstriya avstriyalılar 
üçündür!” şüarı ilə başqa millətlərin nümayəndələrinin ölkədən çıxarılmasını 
proqramlarına daxil etmələrini xatırlasaq, bu təhlükələrin nə qədər real ol-
duğunu təsəvvür edə bilərik. Beləliklə, Nyutonun adını çəkdiyimiz qanununa 
əsasən, müasir dünya düzəninə edilən anormal təsirlər, bir qayda olaraq, elə 
anormal da əks təzyiqlərə səbəb olacaq.
Axı,  ötən  əsrin  30-cu  illərində  dünyanın  bir  çox  dövlətləri    Almaniya-
da  hakimiyyətə  gətirilmiş  faşist  rejimi  ilə  əməkdaşlıqda  heç  bir  təhlükə 
görmürdülər. Hitler hakimiyyətə gəlməmişdən öncə də, hakimiyyətə gəldikdən 
sonra da öz işğalçı niyyətlərini gizlətməsə belə Avropa dövlətləri onunla açıq 
əməkdaşlığa getdilər, bu rejimin törədə biləcəyi faciələrin fərqinə varmadan 
onun  iqtisadiyyatının  inkişafına  təkan  verdilər.  Hər  bir  Avropa  dövlətinin  və 
ötən əsrin Avropa və ABŞ oliqarxlarının öz şəxsi, siyasi və iqtisadi maraqlarını 
güdməsi birincisi alman xalqının, son nəticədə isə Avropa dövlətlərinin, Asiya 
ölkələrinin və bütün dünyanın faciəsi ilə nəticələndi. Yəni faşist ideologiyasının 
inkişafına verilən təkan faşizmin bütün dünyaya yayılmasına səbəb oldu.
Əlbəttə, biz bir dövlət kimi Avropa dəyərlərinə yüksək qiymət veririk, onların 
sülh səylərini alqışlayırıq, bütünlükdə Avropa İttifaqı ilə əməkdaşlıqda, ikitərəfli 
münasibətlərin inkişaf etdirilməsində, münaqişələrin birgə tənzimlənməsində 
maraqlıyıq.  Böyük  təəssüf  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  bu  əməkdaşlıq 
bütünlükdə sülh prosesinə təkan vermək əvəzinə münaqişənin dondurulma-
sına yönəlmişdir.
İlk növbədə narahatlıq doğuran məqam ondan ibarətdir ki, tarixin yanlış-
lıqları təkrar olunur: güc mərkəzləri keçmişin acı dərslərini unudaraq aqressoru 
bəşəriyyət üçün təhlükələrə səbəb ola biləcək işğaldan çəkindirmək əvəzinə, 
onu şirnikləndirməkdə, onun iqtisadi inkişafına təkan verməkdə sanki yarışır-
lar. Bununla yanaşı, Azərbaycan tərəfinin zəruri təklifləri kifayət qədər nəzərə 
almamağı təbii sayırlar.
Təbii  ki,  qlobal  dünyada  gedən  proseslər  və  bütünlükdə  siyasi  və  hərbi 
təhlükələrin axarı nəzarətdən kənarda deyil. Baş verən hadisələr izlənilir, araşdı-
rılır və analitiklər tərəfindən süzgəcdən keçirilir. Şərq və Qərb arasında maraqlı 
münasibətlər  sistemi  inkişaf  etməkdədir.  Bu  proses  açıq  getmir,  əsrlər  boyu 
dünyanın  siyasi  müstəvisində  müxtəlif  variasiyalarda  inkişaf  edən  hadisələr, 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə