STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
46
layış və inqilablara səbəb olan gərgin münaqişələrlə müşayiət edilmişdir. Bu
proseslər Azərbaycanda da bu mənada istisnalıq təşkil etməmişdir.
Başlıcası odur ki, Azərbaycan son əsrlərdə modernləşmə səylərini yalnız
Qərb-Avropa sivilizasiyasına daxil olmaq naminə deyil, öz dövlətçiliyini inkişaf
etdirmək, möhkəmləndirmək, yaşatmaq və dünya birliyində öz yerini tutmaq
yönündə davam etdirmişdir. Bu baxımdan, Azərbaycanda son bir əsrdən çox
müddətdə siyasi modernləşmənin genezisinə və dalgalarının özünəməxsus
cəhətlərinə daha dərindən nəzər salmaq lazım gəlir. Bu, həmin dalğaların
həm dövlətimizin, həm də politoloji elmimizin indisi və gələcəyi üçün hansı
əhəmiyyətə malik olduğunu aşkar etmək üçün önəmlidir.
XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən köklü dəyişikliklər
təkcə dünyada cərəyan edən siyasi toqquşmaların nəticəsi deyil, həm
də azərbaycanlıların o zamankı nəslinin siyasi modernləşmə meyillərinə
həssaslığının təzahürü olmuşdur. XIX əsrin sonlarından başlayan “neft bumu”
və Şərqdə ilk demokratik cümhuriyyətin yaranması ilə baş verən sənayeləşmə
və modernləşmə prosesləri nəhəng ictimai və siyasi çevrilişlərə yol açmışdır.
Ötən əsrin əvvəllərində baş verən bütün dramatik tarixi hadisələrə rəğmən
müxtəlif imtiyazlı təbəqələrin və patriarxallığın üstünlük təşkil etdiyi bir
cəmiyyətin yerində ilk dəfə universal demokratik dəyərlərə oriyentasiya alan,
sürətli urbanizasiyanın və sənayeləşmənin getdiyi, daha dinamik inkişafa me-
yilli cəmiyyət formalaşmışdır.
Azərbaycanda dövlətçilik və yeni müstəqillik tarixinin yaradılması, XX əsrin
sonları və XXI əsrin əvvəllərini əhatə edən siyasi zaman müddətində qət edilən
böyük yolun tədqiqinə yeni metodoloji yanaşmanın tətbiq edilməsi aktual ol-
duğu qədər də yeni məqamları aşkar etməyə imkan verir. Milli politoloji elmdə
yeni yanaşma hələlik geniş təhlil mövzusu olmasa da, Azərbaycanda milli qu-
ruculuq və inkişaf proseslərinin politoloji tədqiqi sahəsində “zaman amilinin,
siyasi zamanın” vacibliyinin nəzərə alınmasını vurğulayan əsərlər işıq üzü gör-
müşdür [2; 3; 4; 5].
Qeyd edilən əsərlərdə siyasi zaman amilinin ölkənin siyasi sistemi-
nin müasirləşməsində əhəmiyyəti, son illərdə qısa zaman intervalında əsrə
bərabər yolun qət edilməsi, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən birinə çevrilməsi, ictimai-siyasi həyatda baş verən proseslərin
dərin elmi-siyasi təhlili öz əksini tapmışdır. O da vurğulanmışdır ki: ““Sürət sim-
volu” ilə səciyyələnən iyirmi birinci yüzillikdə inkişafın başlıca meylinə çevrilən
qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qar-
şısında zamanla ayaqlaşmaq, onun çağırışlarına uyğun siyasət yeritmək, müa-
sir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm tələblər
qoymuşdur”.
Azərbaycan dövlətçiliyi, onun siyasi sistemi XX əsrdə və XXI əsrin əvvəllərində
təsəvvüredilməz transformasiyalardan keçmişdir. Qeyd edilənlər baxımından
Azərbaycan dövlətçilik tarixinə, konkret olaraq, siyasi sistemin modernləşməsinə
xronopolitoloji yanaşma onun daha obyektiv dəyərləndirilməsinə, uğurları
şərtləndirən amilləri üzə çıxarmağa imkan verir. Milli quruculuğun Azərbaycan
Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL
47
təcrübəsi modelinin xüsusiyyətlərinin dərindən izah edilməsində, xüsusilə
Azərbaycanın ən yeni siyasi tarixinin, inkişaf və transformasiyaların tədqiqində
fərqli yanaşma kimi xronopolitoloji yanaşma çox dəyərlidir. Bu yanaşma siyasi
dəyişikliklərin zaman mərhələlərinin miqyasına, obyekti və subyektinə, trans-
formasiya formalarına yeni baxışa əsaslanır.
Yekunlar
Müstəqillik illərinin yekunlarının zaman və sürət aspektində təhlili göstərir ki,
zamana həssas olan siyasi liderlərin fəhmi sayəsində dinamik inkişaf templəri
milli məqsədlərə cavab vermişdir. Uğurların həlledici səbəblərindən biri məhz
çeviklik və sürət olmuşdur. Postsovet məkanında milli quruculuğa işğalçı
müharibə şəraitində, ən ağır start imkanları ilə başlayan ölkə inkişafın lideri
səviyyəsinə yüksəlmişdir. Qarşıya qoyulan hər bir məqsəd ümummilli layihə,
dövlət proqramları kimi müəyyən edilmiş, həyata keçirilmiş, son dərəcə qısa
müddətdə gerçəkliyə çevrilmişdir. Beləliklə də, ən yeni tariximizə xronopolito-
loji baxış məhz bu məqamların aşkarlanmasını və düzgün qiymətləndirilməsini
təmin edir.
Yeni yanaşmada Azərbaycan dövlətçilik tarixinin, siyasi sisteminin inkişafın-
da daha bir qanunauyğunluğun aşkarlanmasına nail ola bilərik. Belə ki, dünya
iqtisadi və siyasi sistemində baş verən proseslərlə Azərbaycanda gedən siya-
si modernləşmə prosesinin qarşılıqlı təsirinin dərk edilməsi heç də o demək
deyil ki, burada daxili siyasi inkişafın həlledici rolu xarici faktorlardan asılıdır.
Azərbaycan müstəqil daxili siyasət həyata keçirir və əldə edilən qələbələr
onun məhz beynəlxalq aləmdə də nüfuzunu və uğurlarını təmin edir. Düz-
gün xarici siyasət bu proseslərə təkan verir. Həmçinin qeyd edilən qarşılıqlı
əlaqələrin dərk edilməsi Azərbaycanda siyasi modernləşmənin yaxın və uzaq
perspektivlərinə yeni baxışla nəzər salmağa, hətta müəyyən mənada gələcək
fazalarını və mərhələlərini proqnozlaşdırmağa imkan verir.
Siyasi sistemin zaman müddətində forma və mahiyyətcə dəyişməsi davamlı
prosesə çevrilmişdir. On il əvvəlki və iyirmi il sonrakı sistem arasında böyük
fərqlər, mütərəqqi dəyişikliklər məhz bu baxımdan önəmlidir. Bu olmadığı hal-
da institusional transformasiyalar və modernləşmə haqqında danışmaq müm-
kün deyil.
Azərbaycanda 1993-2003-cü illərdə demokratik istiqamətli siyasi
modernləşməyə keçid dövrünə və ilkin fazasının həyata keçirilməsinə qədəm
qoyulmuş, onun bütün istiqamətlərdə təməllərinin möhkəmləndirilməsinə nail
olunmuşdur. 2003-2013-cü illərdə isə dinamik inkişaf və siyasi modernləşmənin
bütün sahələrdə həyata keçirilməsi nəticəsində onun yekun fazasına keçid baş
tutmuşdur. Bununla belə, qeyd edilən bu siyasi modernləşmə dövrlərinin, təbii
olaraq, daha təfərrüatla araşdırılmasına ehtiyac var. Lakin bütövlükdə bu xro-
nologiya keçilən obyektiv yolun mənzərəsidir. Onlara əsasən demək olar ki,
Azərbaycan dövlətçiliyinin XX əsrdə və XXI əsrin əvvəllərində həlledici siyasi
inkişaf mərhələlərini müəyyən etmək mümkündür.
Dostları ilə paylaş: |