Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
12 
naşmağa tərəfdar olan İ.İ.Vorontsov-Daşkov 1914-cü il 24/11 avqust tarixli 
455 №-li teleqramında bu sahədə bir sıra hazırlıq tədbirləri görməyi, türklərə 
düşmən  olan  elementlərin  üzə  çıxmasına  imkan  yaratmağı  və  onlardan 
qüvvə hazırlamağı, hərbi əməliyyatlar başladıqda həmin anda istifadə etməyi 
məqsədəuyğun və mümkün saydı. Ona görə də xarici işlər nazirindən xahiş 
etdi  ki,  ona  25  min  üçlülə  tüfəngin  və  12  milyon  patronun  verilməsi  üçün 
Hərbi  Nazirliklə  əlaqəyə  girsin.  Bu  silahlar  hazırlanmış  plana  uyğun  olaraq 
bölüşdürüləcəkdi [3, s. 292-293].
İ.İ.Vorontsov-Daşkov  1914-cü  il  20/7  sentyabr  760  №-li  teleqramında 
Türkiyə ermənilərinin hazırladığı qiyam planı barədə müfəssəl məlumat verir-
di. Bu plana görə, Oltin, Sarıqamış, Kağızman və İqdırda yerli hərbi hissənin 
rəisinin başçılığı altında silahlı dəstələr yaradılmalı idi. İran hüdudlarında Voro-
panovun və Xoydakı konsulun nəzarəti altında Xoyda və Dilmanda kiçik olma-
yan dəstələr hazırlanmalı idi. Maku yaxınlığında konsul S.Olferovun vasitəsi və 
Əbdülrəzzaqın iştirakı ilə kürdlər təşkil edilməli idi.
Urmiyada assuriyalılardan və ermənilərdən ibarət dəstə yaratmaq konsullar 
Vvedenskiyə  və  Andreyevskiyə  havalə  edildi.  İ.İ.Vorontsov-Daşkov  birmənalı 
olaraq yazırdı: “Hamının rəhbər tutmalı əsas göstəriş ondan ibarətdir ki, dəstələr 
yalnız  bizim  razılığımızla  fəal  hərəkətə  başlamalıdırlar.  Bütün  hazırlıq  işlərini 
gizli, yalnız konsulların və hərbi rəislərin vasitəsi ilə, fars mülkü və jandarma 
administrasiyasının iştirakı olmadan aparmağı təklif edirəm” [3, s. 292-293].
S.D.Sazonov bu təklifləri 1914-cü il 23/10 sentyabr tarixli teleqramı ilə baş 
qərargah  rəisi  N.N.Yanuşkeviçə  göndərdi.  Həmin  gün  N.N.Yanuşkeviç  4180 
№-li  teleqramında  S.D.Sazonova  belə  bir  cavab  verdi:  “Vorontsov-Daşkovun 
layihələşdirdiyi  tədbirləri  Ali  baş  komandan    (imperator  II  Nikolay  –  M.Q.) 
tamamilə bəyənir və müdafiə edir” [3, s. 292-293].
Qərarlar  qəbul  edildikdən  dərhal  sonra,  1914-cü  il  23/10  sentyabr  tarix-
li  2851  №-li  teleqramında  Rusiya  Xarici  İşlər  Nazirliyinin  III  siyasi  şöbəsinin 
məsləhətçisi  Klemm  İstanbuldakı  səfir  M.N.Girsə  yazırdı:  “Ali  baş  komandan 
və  Qafqaz  canişini  ilə  razılığa  əsasən  Türkiyə  ilə  müharibə  olacağı  təqdirdə 
ermənilərin,  assuriyalıların  və  kürdlərin  üsyanını  vaxtında  təşkil  etmək  üçün 
qərar  qəbul  edilmişdir.  Dəstələr  Azərbaycandakı  (Cənubi  Azərbaycan  nəzərdə 
tutulur – M.Q.) bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti al-
tında fars administrasiyasından tamamilə gizli hazırlanacaqdır. Tüfənglər hazır-
lanmışdır, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirmək 
üçün kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlaya-
caqlar. ...şərait mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri 
hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərəcəsinə çatdırma-
mağı məqsədəuyğun hesab edirik” [4, s.10-14].
Bununla  da  çarizm  hakimiyyət  orqanları,  erməni  kilsəsi,  daşnaklar  və 
digər  təşkilatlar  Osmanlı  dövləti  əleyhinə  birləşmiş  oldular.  Bununla  bağlı 
olaraq  Tiflis  quberniya  jandarma  idarəsinin  rəisi  Daxili  İşlər  Nazirliyinin  Po-
lis Departamentinə bir müddət əvvəl, 1914-cü il avqustun 25-də 4272 №-li 
tamamilə  məxfi  məktubunda  yazmışdı:  “Türkiyə  də  Rusiyaya  müharibə  elan 
edəcəkdir.  Türkiyə  erməniləri  Qafqaz  erməniləri  ilə  əlaqə  qururlar.  Türkiyə 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
13
erməniləri  güclü  silahlanırlar  və  Rusiya-
ya  kömək  edəcəklər.  Qələbədən  sonra  Türk 
Ermənistanının  (Türkiyənin  Şərq  vilayətləri 
nəzərdə  tutulur  –  M.Q.)  muxtariyyəti 
məsələsinə baxılacaqdır” [5, v.181].
Beləliklə,  erməni  təşkilatlarının  başlı-
ca məqsədi  tarixdə  olmayan  və  qondarma 
yaradılmış  “erməni  məsələsi”ni  həll  etmək 
üçün  Osmanlı  imperiyasını  parçalamaq  idi. 
Bu məqsədlə planların həyata keçirilməsinə 
və silahlı dəstələrin hazırlanmasına başlanıl-
dı.
Silahlı  dəstələrin  hazırlanmasına 
başlanılması
Osmanlı dövləti müharibəyə hələ qatılmasa da, bütün Qafqaz daşnaklarının 
sentyabr ayında Tiflisdə keçirilən rayon toplantısında türklərə qarşı döyüşmək 
üçün  ermənilərdən  ibarət  milis  dəstələri  hazırlamağa  dair  məsələ  müzakirə 
edildi [6, v. 64-66]. İlk dəstələr hazırlanmağa və Türkiyə ərazisinə göndərilməyə 
başlandı. Bununla bağlı olaraq Qafqaz rayon mühafizə bölməsinin rəisi 1914-
cü ilin sentyabr ayında yazdığı məlumatda vurğulayırdı: “Artıq sentyabr ayında 
Türkiyə ilə sərhədə zinvorlar göndərildi” [7, v.61-62, 65].
Silahlı dəstələr üçün vəsait toplanmasında Bakı Erməni Mədəniyyət İttifa-
qının Mərkəzi Komitəsi xüsusi rol oynayırdı. Bu komitə orduya çağırılanların 
ailələrinə yardım üçün 1914-cü il sentyabrın 20-də müraciət etdi. İanələr Ba-
kıdakı Torqovı küçəsi ilə Million küçəsinin kəsişdiyi yerdə yerləşən Mədəniyyət 
İttifaqının binasında komitənin katibi Aleksandr Bahaduryansa verilirdi [8].
Erməni təşkilatları müharibənin yekununa ümid edirdilər. Bu ümid uydurul-
muş və heç bir əsası olmayan “erməni məsələsi”nin həlli ilə bağlı idi.
Erməni  mətbuatı  həmin  istəkləri  geniş  təbliğ  edirdi.  Məsələn,  “Mşak” 
(“Əməkçi”) qəzeti 1914-cü il 1 oktyabr tarixli sayında “Biz nəyi xahiş etməliyik?” 
adlı  məqaləsində  yazırdı:  “Erməni  məsələsini  İsrail  Ori  başladı.  “Erməni 
məsələsi”nin  müəllifi  Rusiyadır.  Müharibənin  yekununda  biz  bu  məsələnin 
həllinə nail olmalıyıq” [9, v.50].
Ermənilərin  etdikləri  yardımlar  sırf  özlərinin  maraqlarından  doğurdu.  Bu-
nunla bağlı olaraq “Orizon” qəzetinin 1914-cü il 7 oktyabr tarixli sayında çap 
edilmiş “Ermənilər və cari vəziyyət” adlı məqalədə açıq-aydın şəkildə yazılırdı: 
“Rus-türk fəlakətində rus silahına böyük köməyimiz sadəcə vətəndaş vəzifəsi ilə 
bağlı deyildir, bu, bizim yüksək siyasi məqsədlərimizə xidmət edir” [10, v.78].
Osmanlı dövləti hələ müharibəyə qatılmamış erməni silahlı dəstələrinin ha-
zırlanmasını Daşnaksütyunun qurucularından biri və daşnak Ermənistanın baş 
naziri olmuş Ov.Kaçaznuni də etiraf edirdi. O sonralar yazırdı: “1914-cü ilin pa-
yızında Türkiyə hələ müharibə aparan dövlətlər ailəsinə qatılmamış və buna ha-
zırlaşmamış Cənubi Qafqazda erməni könüllü dəstələri böyük hay-küy və ener-
Erməni təşkilatlarının başlıca 
məqsədi tarixdə olmayan 
və qondarma yaradılmış 
“erməni məsələsi”ni həll 
etmək üçün Osmanlı 
inperiyasını parçalamaq idi. 
Bu məqsədlə planların həyata 
keçirilməsinə və silahlı 
dəstələrin hazırlanmasına 
başlanıldı.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə