Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə5/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
16 
Odessadan  ermənilərin  ilk  dəstəsi  okt-
yabrın 30-da türklərə qarşı vuruşmaq üçün 
Qafqaza gəldi. Bu dəstədə 135 nəfər, ikinci 
qrupda isə 1000-ə qədər adam var idi.
Don rayonundakı Mariopol, Yuzovka, Ye-
nikeyev  və  Makeevka  qəsəbələrində  yaşa-
yan  ermənilər  400  nəfəri  Tiflis  komitəsinin 
sərəncamına göndərdilər [20]. Onlar az son-
ra cəbhəyə yola salındılar.
Rus ordusu noyabrın 1-də türk sərhədini 
keçdi.  Noyabrın  2-də  isə  Rusiya  Osmanlı 
dövlətinə müharibə elan etdi.
Əvvəllər  islahatlar  arzusu  ilə  yaşayan 
erməni təşkilatları müharibənin yekununda 
Anadoluda  ermənilərə  muxtariyyət,  daha 
sonra  tam  müstəqillik  alacaqlarına  ümid 
edirdilər.  Məqsədlər  fərqli  olsa  da,  çarizmi 
və  erməni  təşkilatlarını  Osmanlı  dövlətinə 
qarşı düşmənçilik birləşdirirdi.
Erməni  dəstələrinin  hazırlanması  işi  sürətləndirildi.  Bolqarıstandan  gələn 
An-dranik  Ozanyan  Tiflisdə  Qafqaz  canişini  ilə  görüşərək,  başında  durduğu 
dəstə üçün onun sərəncamına əsasən bir neçə min tüfəng aldı [14, s.104, 107]. 
Onun ətrafı terrorçularla dolu idi. Çarizm sənədlərində bununla bağlı olaraq 
yazılırdı:  “Andranik  məşhur  terrorçuları  silahlı  dəstələrə  başçı  təyin  etdi”  [21, 
v.13].
Andranikin  fəaliyyətinə  dair  “Kaspi”  qəzetinin  1914-cü  il  5  noyabr  tarix-
li nömrəsində yazılırdı: “Erməni azadlıq hərəkatının veteranı, az qala Türkiyə 
ermənilərinin əfsanəvi qəhrəmanı olan Andranik indi türk ordusunun arxasında 
əməliyyat keçirən bütün erməni könüllü dəstələrinin başçısıdır. ...Qafqazda oldu-
ğu bir neçə gün ərzində ona baş əyirlər. ...Andranikin keçdiyi dəmiryol vağzalla-
rında könüllülər ona qoşulurlar...” [26].
Birinci  erməni  drujinasına  Andranik,  ikincisinə  Dro,  üçüncüsünə  Keri, 
dördüncüsünə Amazasp başçılıq edirdilər. Beşinci dəstə də yaradıldı və “Ararat 
dəstəsi” adlandırıldı. Onların hamısının ümumi rəhbəri Vardan idi. Dəstələri ça-
rizm təchiz edirdi. Daha sonra yeni bir dəstə İşxanın rəhbərliyi altında yaradıldı. 
Ona “Tapon dəstəsi” deyilirdi.
Vanda bomba, sursat və top anbarı yaradıldı. Van gölündə hərəkət üçün 5 
motorlu qayıq alındı. Şəhər işğal edildikdən sonra Daşnaksütyun kürdləri və 
türkləri məhv etmək, soyub-talamaq əmrini verdi. Erməni dəstələri dinc türk, 
müsəlman  əhalinin  yaşadıqları  kəndlərə  girərək  onları  kütləvi  surətdə  qırır, 
ərzaqlarını qarət edir və evlərini talayırdılar. Hökumət və jandarma binalarını 
yandırırdılar. Bundan sonra həmin kəndlərə rus ordusu daxil olurdu. Çarizm 
hakimiyyət  orqanlarının  sənədlərində  yazıldığı  kimi,  erməni  dəstələri  xaqlı 
qarət edir, rus ordusu isə dəstələrin ələ keçirdikləri qəniməti onlardan alırdı. 
Buna görə də daşnaklar rus komandanlığına nifrət edirdilər.
Birinci erməni drujinasına 
Andranik, ikincisinə 
Dro, üçüncüsünə Keri
dördüncüsünə Amazasp 
başçılıq edirdilər. Beşinci 
dəstə də yaradıldı və “Ararat 
dəstəsi” adlandırıldı. Onların 
hamısının ümumi rəhbəri 
Vardan idi. Dəstələri çarizm 
təchiz edirdi. Daha sonra yeni 
bir dəstə İşxanın rəhbərliyi 
altında yaradıldı. Ona “Tapon 
dəstəsi” deyilirdi.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
17
1914-cü  il  noyabrın  5-də  Bakıdan  80, 
noyabrın  6-da  120,  Mərvdən  isə  25  nəfər 
erməni  türklərlə  döyüşmək  üçün  cəbhəyə 
yollandı [22; 23; 24]. “Mşak” qəzeti 1914-cü 
ilin noyabr ayında 700 nəfər silahlı qnçakçı-
nın  dağlara  qalxaraq  Türkiyəyə  qarşı  hərbi 
əməliyyatlara  başlayacaqlarını  yazırdı.  Eyni 
bəyanatı Zeytun erməniləri də vermişdi [25].
Dro  Kanayanın  rəhbərlik  etdiyi  500 
nəfərlik dəstə noyabr ayının əvvəllərində İq-
dırdan Bəyazidə getdi [27, v. 185]. Az sonra 
dinc əhaliyə qarşı qırğınlara başladı.
Bakıda  Erməni  Mədəniyyət  İttifa-
qının  Mərkəzi  Komitəsi  müharibədə 
“vətənpərvərlik  işinə  yardım”  adı  altında 
kampaniya  aparırdı.  Müxtəlif  vəzifələrdə 
çalışan  ermənilər  pul  verirdilər.  Məsələn, 
D.B.Avak  Yüzbaşyan  Siqnaxskinin  şəhər 
kontorunda  işləyən  qulluqçuları  sen-
tyabr ayı üçün 39 rubl 6 qəpik, yenə onun 
Bibiheybətdəki  mədənlərinin  qulluqçu  və 
fəhlələri sentyabr ayı üçün 21 rubl 95 qəpik, 
M.X.Avakovun şəhər kontorunun qulluqçu-
ları 20 rubl 30 qəpik və s. pul köçürmüşdülər. 
Bütövlükdə ermənilər Bakıda yalnız bir ay müddətində 18.804 rubl 81 qəpik 
pul toplamışdılar [28].
Aparılan antitürk təbliğatı nəticəsində Osmanlı ordusundakı erməni əsgərləri 
xəyanət edir və silahları ilə birlikdə kütləvi şəkildə Rusiya tərəfə keçirdilər. İllər 
boyu  Osmanlı  imperiyasında  rahat  bir  şəkildə  yaşamış  ermənilərin  xəyanət 
edərək Türkiyəyə qarşı vuruşmaları türkləri hiddətləndirirdi. Bununla bağlı ola-
raq  Odessa  şəhər  jandarma  idarəsinin  aldığı  məlumatda  deyilirdi  ki,  türklər 
aşağı kasta hesab etdikləri ermənilərə etibar etmirlər. Çünki ermənilər silahlar 
alır və səhra istehkamları qururlar [29, v.26]. 
1914-cü  ilin  noyabr  ayında  Suxumidən  300  nəfər  erməni  Arşak,  Artun, 
Bazar  və  Sarkisin  rəhbərliyi  ilə  yerli  silahlı  dəstələrə  qatılmaq  üçün  Cənubi 
Azərbaycana yola düşdülər. “Mşak” qəzeti daha 100 nəfərin oraya gedəcəyini 
yazırdı [30].
Həmin ilin noyabr ayında Andranikin dəstələri Cənubi Azərbaycanda qır-
ğınlara  başladı.  Onun  dəstəsinin  fəaliyyəti  rus  qərargahı  tərəfindən  yüksək 
qiymətləndirildi. Andranik ən yüksək mükafata və qızıl silaha, dəstəsinin 121 
üzvü isə Georgi xaçına layiq görüldü [31]. 
Aramın rəhbərliyi altında ermənilərin bir hissəsi Xoya, oradan da Dilmana 
keçdi [32]. Burada dinc əhaliyə qarşı amansız qırğınlar törətdi. Sonralar, 1915-
ci il 26 aprel tarixli 90-cı sayında dərc etdiyi məqaləsində“Orizon” qəzeti ya-
zırdı: “Məlumdur ki, katolikosun himayəsi altında Qafqazda artıq üçüncü ildir 
Aparılan antitürk təbliğatı 
nəticəsində Osmanlı 
ordusundakı erməni əsgərləri 
xəyanət edir və silahları 
ilə birlikdə kütləvi şəkildə 
Rusiya tərəfə keçirdilər. İllər 
boyu Osmanlı imperiyasında 
rahat bir şəkildə yaşamış 
ermənilərin xəyanət edərək 
Türkiyəyə qarşı vuruşmaları 
türkləri hiddətləndirirdi. 
Bununla bağlı olaraq Odessa 
şəhər jandarma idarəsinin 
aldığı məlumatda deyilirdi 
ki, türklər aşağı kasta hesab 
etdikləri ermənilərə etibar 
etmirlər. Çünki ermənilər 
silahlar alır və səhra 
istehkamları qururlar. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə