Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   2   3   4   5   6   7   8   9   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
18 
Milli  Büro  mövcuddur  və  Türkiyə  ermənilərinin  məsələləri  ilə  məşğuldur.  O 
da  məlumdur  ki,  rus-türk  müharibəsi  başlayan  zaman  elə  bu  büro  erməni 
könüllü qruplarının təşkili ilə məşğul oldu və onların saxlanılması üçün çoxlu 
pul toplanmasını həyata keçirdi. Rusiyanın və Qafqazın mərkəzi şəhərlərində 
bölmələr təsis etdi, onlar da bu milli büroya geniş yardım etməyə başladılar” 
[33, v. 46].
Belə bir şəraitdə ermənilər hətta Səlanikdən Odessaya, oradan da Qafqaza 
gələrək türklərə qarşı döyüşmək üçün yollanırdılar. Dekabr ayında “Priaz. Kr” 
qəzetində erməni kilsəsinin erməni komitələrinə belə bir müraciəti dərc olun-
du: “Bununla bütün erməni komitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra 
erməni könüllülərinin təlimi, ekipajlaşdırılması və zəruri olan bütün hər şeylə 
təchiz edilməsi yalnız Tiflisdə olacaqdır. Burada hökumət bizim könüllülərin eh-
tiyaclarına geniş kömək edir. Buna görə də Tiflis bürosunun sərəncamına uyğun 
olaraq  bütün  erməni  komitələrindən  yerli  xərclərdən  imtina  etmələrini  xahiş 
edirik. Çünki vəsaitə kəskin ehtiyac vardır və ianələri təcili olaraq Tiflis bürosu-
nun sədri Samson Stepanoviç Arutunovun adına göndərməyi xahiş edirik (Qri-
boyedov küçəsi, Tiflis)”.
Tehran erməniləri də xüsusi fəallıq göstərirdilər. Şəhərdə isti paltar hazırla-
yan qadın komitəsi yaradılmışdı [34].
Bolqarıstan,  Rumıniya  və  digər  ölkələrdən  gələn  ermənilər  1000  nəfərlik 
dəstə ilə rus-türk cəbhəsinə yollandı [35]. Sonralar erməni tarixçisi A.Lalayan 
yazırdı  ki,  1914-cü  ilin  əvvəllərindən  1915-ci  ilin  sonunadək  Daşnaksütyun 
10.000 könüllünü Türkiyəyə qarşı döyüşə göndərdi [36, s.76-99]. Müharibədə 
erməni silahlı dəstələrinin rolu haqqında “Orizon” qəzeti yazırdı: “Erməni kö-
nüllü  dəstələrinin  təşkilində  məqsəd  hələ  müharibə  başlanana  qədər  məlum 
idi: hərbi əməliyyatlar meydanında erməni əhalisini müdafiə və rus ordusuna 
kömək etmək. İndi demək olar ki, könüllü dəstələri qarşıya qoyulan vəzifələri 
çox yaxşı yerinə yetiriblər. Daim orduya könüllü dəstələrin yardımı və köməyi 
həm ictimaiyyət, həm də bu sahədə səlahiyyəti olan şəxslər tərəfindən qeyd edil-
mişdir. Onların qəhrəmanlığı haqqında hamı danışır. İkinci məqsədə – əhalinin 
qorunmasına  gəldikdə  isə,  dəstələrin  bu  sahədə  fəaliyyəti  tarixidir.  Orduda 
dəstələrin olmasının və erməni kəndlərinə birgə daxil olmanın əhali üçün çox 
müsbət nəticələri vardır” [37].
Ermənilərin Şərqi Anadoluda olan kilsələri hərbi baza kimi istifadə edilirdi. 
Burada silahlı dəstələr təşkil edilir və silah anbarları yaradılırdı. “Qolos Kavka-
za” qəzetinin 1914-cü il 30 dekabr tarixli 2404 №-li sayında erməni mənşəli 
V.Arsakov adlı bir müəllif bunun səbəblərini belə izah edirdi: “Türk hökuməti 
ruhanilərə  az  şübhə  ilə  yanaşır  və  onları  təqib  etmirdi…  Avropa  dövlətlərinin 
nüfuzu  da  çox  kömək  edirdi,  hadisələr  zamanı  xristian  dininə  itaət  edənlərin 
nümayəndələrini müdafiə edirdilər. Buna görə də kilsənin himayəsi altında biz 
hərbi baza yaratmaq qərarına gəldik” [38].
Erməni təşkilatlarının məqsədi 
Erməni  silahlı  dəstələrinin  hazırlanmasını  çar  hökuməti  maliyyələşdirsə 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
19
də, bu dəstələr Anadoluda Rusiya naminə deyil, muxtariyyət almaq uğrunda 
döyüşür, məqsədlərinə nail olmaqdan ötrü türk və müsəlman əhalini kütləvi 
surətdə öldürməklə əsassız iddia etdikləri ərazilərə yiyələnmək istəyirdilər. La-
kin bu istəklər təkcə Türkiyə əraziləri ilə məhdudlaşmırdı.
Erməni təşkilatları Cənubi Qafqazda da əsassız iddialarını genişləndirirdilər. 
Bu  zaman  çar  hökuməti  Qafqazda  torpaq  islahatı  həyata  keçirmək  istəyirdi. 
Bu  məqsədin mahiyyətini açan Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Bir-
jevıe vedomosti”də çap olunmuş məqaləsində yazırdı: “Canişin Qafqazın yeni 
inzibati quruluşu haqqında layihəni imperatora göndərmişdir. Bu layihəyə görə, 
guya yeni inzibati bölgü milli mənsubiyyətə – erməni, gürcü və azərbaycanlı 
bölgüsünə əsaslanır. Lakin görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-
başa təkcə erməni ərazisinin yaradılmasından gedir. Canişinin layihəsinə görə, 
Axısxa  qəzası  Tiflis  quberniyasından  alınıb  Qars  vilayətinə,  Borçalı  qəzasının 
xeyli hissəsi və Yelizavetpol quberniyasının ermənilər yaşayan hissəsi İrəvan qu-
berniyasına birləşdirilməli, Yelizavetpol quberniyasını incitməmək üçün Tiflis qu-
berniyasının Borçalı qəzasının qalan hissəsi kompensasiya kimi ona verilməlidir. 
Beləliklə, Tiflis quberniyasının dörddə üç hissəsi ermənilərin yaşadıqları İrəvan 
quberniyasına və Qars vilayətinə verilməli idi. Bu, kimə xidmət edir?” [39].
Muxtariyyətin  qurulması  məsələsində  rus  hakimiyyət  dairələrində  vahid 
bir  fikir  yox  idi.  Bu  da  səbəbsiz  deyildi.  Çünki  erməni  millətçilərinin  “Böyük 
Ermənistan” iddiaları gürcüləri hiddətləndirirdi. Onlar da muxtariyyət arzusuna 
düşmüşdülər. Perm quberniya jandarma idarəsinin rəisi Polis Departamentinə 
1914-cü il dekabrın 4-də göndərdiyi 9313 №-li tamamilə məxfi məktubunda 
bununla  bağlı  olaraq  yazırdı:  “Erməni  millətçilərinin  irəli  sürdüyü  “Böyük 
Ermənistan” şüarı gürcülər arasında muxtariyyət hərəkatının artmasına təsir və 
müsəlmanları Rusiya əleyhinə düşmənçiliyə sövq edir” [40, v.264].
Bir çox alimlər də ermənilərə muxtariyyət verilməsinin  əleyhinə çıxırdılar. 
Rusiya tarixçisi, professor P.N.Milyukov “Kavkazskiy teleqraf” qəzetinin 1914-
cü il 7 dekabr tarixli 61-ci sayında dərc olunmuş “Türk Ermənistanının taleyi” 
adlı məqaləsində yazırdı ki, etnoqrafik Ermənistan hüdudlarında yaşayan bü-
tün əhali içərisində xristianların sayı 1.183.000 nəfər və ya 45,2 %-dir. Onlardan 
ermənilər 1.018.000 nəfər və ya 45,1 %, digər dinlərin nümayəndələri 254.000 
nəfər və ya 0,1 %-dir. Deməli, burada yaşayan əhalinin 54,8%-i müsəlmandır. 
Ümumilikdə burada 2 milyon 615 min nəfər əhali yaşayır. P.N.Milyukov vurğu-
layırdı: “Mən ermənilərin milli məsələlərini onlardan yaxşı başa düşməyə iddia 
edə bilmərəm. Ancaq burada məsələnin başqa bir tərəfi vardır. Məsələ dövlət 
və millətlərin ümumi münasibətləri baxımından qiymətləndirilməlidir. Türkiyə 
Ermənistanında muxtariyyət qurulması və Qafqazda mövcud vəziyyətin saxla-
nılması ilə müxtəlif rejimlərdə yaşayan bir xalqdan ibarət olan iki vilayət yara-
nacaqdır. Bunun fərqliliyi bütün ermənilər üçün Qafqazda hələ unudulmayan 
münasibətlərin  pisləşməsi  olar.  Erməni  xalqının  birləşməməsi  ermənilik  üçün 
arzuedilməz vəziyyətə gətirib çıxarar” [41].
Bundan  sonra  ermənilərin  Rusiya  tərəfindən  onlara  vəd  verilən  “erməni 
muxtariyyəti” məsələsinə olan ümidləri sönməyə başladı. Məlum oldu ki, Ru-
siya işğal etdiyi əraziləri ermənilərə vermək niyyətində deyildir. Buna görə də 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə