Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
22 
Millətindən  asılı  olmayaraq  qaçqınlara  yardım  edilməsi  üzrə  Bakıda  ya-
radılmış  komitənin  rəhbəri  V.İ.Frolov,  üzvlər  Məşədi  Əzizbəyov,  E.Anşeles, 
T.A.İsaxanyan, P.J.Karamurza, N.J.Kolesnikov və P.V.Talakvadze hərbi əməliyyatlar 
meydanından gələn qaçqınlara yardım edilməsi ilə bağlı 1915-ci ilin fevral ayın-
da müraciət etdilər. Müraciətdə deyilirdi: “Məlum olduğu kimi, Qars vilayətinin 
müsəlmanları hərbi əməliyyatlardan çox ziyan görmüşlər. Hər yerdə soyuq və 
aclıq hökm sürür. Təcili kömək lazımdır” [50].
Görkəmli Azərbaycan publisisti Ömər Faiq Nemanzadə “İqbal” qəzetındə 
müharibədə Qafqaz musəlmanlarının ağır iztirablara düçar olmasından bəhs 
edərək yazırdı: “Qarsdan Bakıya köçən qaçqın ailələrinin vəziyyəti bədbəxtliklərə 
nümunə  ola  bilər.  Müsəlmanlar  Qars,  Ərdahan,  Kağızman  və  Oltində  aclıqla 
üzləşmişlər” [51].
Düşdükləri ağır vəziyyətdə azərbaycanlıların ermənilərə olan nifrəti də ar-
tırdı. Ermənilər isə Türkiyənin müharibədə məğlub olacağına və dağılacağına 
sevinirdilər. Belə hərəkətlər müsəlmanları qəzəbləndirirdi. Bununla bağlı ola-
raq  Yelizavetpol  qubernatoru  1915-ci  il  fevralın  5-də  Daxili  İşlər  Nazirliyinin 
Polis  Departamentinə  338  №-li  məxfi  məktubunda  yazırdı:  “Müsəlmanların 
ermənilərə  nifrəti  Qarsda  müsəlmanlar  üzərində  ermənilərin  etdiyi  qanlı 
vəhşilikdən və Türkiyə məğlub olduqdan sonra onun xarabalıqlarında ermənilər 
üçün əlverişli şərait yaradılacağı haqqında şayiələrdən sonra artmışdır. Bu nifrət 
ermənilər ilə müsəlmanların bütün münasibətlərini əhatə edir” [52, v.5].
Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi
Hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan müxtəlif millətlərdən olan 
əhali qaçqına çevrilmişdi. Məsələn, 1914-cü il noyabr ayının əvvəllərinə olan 
məlumata görə, İrəvan quberniyasında 93 min qaçqın var idi. Bunun 30 min 
nəfəri Yelizavetpol quberniyasına göndərilmişdi. Bütövlükdə,Yelizavetpol qu-
berniyasında yerləşdirilən ermənilərin sayı 40 min nəfərə çatırdı [53].
Ermənilər Cənubi Azərbaycandan da gəlməyə başlamışdılar. 1914-cü il de-
kabrın 19-da Urmiyadakı Rusiya konsulu Vvedenski xristian əhalisinə, xüsusən 
Rusiya təbəələrinə məsləhət gördü ki, quru və ya dəmiryolu ilə sakitcə, hay-
küysüz Urmiyəni tərk etsinlər. Bundan sonra hər bir şəxs öz ailəsinin qayğısı-
na qaldı. Bununla bağlı olaraq “Mşak” qəzetində dərc edilən “Azərbaycandan 
böyük köç” adlı məqalədə yazılırdı ki, dekabrın 20-də saat 8-dən bütün Urmi-
ya hərəkətdə idi. Nə etmək lazım olduğunu bilməyən ermənilər rus konsulu 
Vvedenskiyə müraciət etdilər. Cavabında konsul söylədi ki, aldığı əmrə görə, 
о və rus ordusu Urmiyəni tərk etməlidir. Beləliklə, xristian əhali dekabrın 23-
də şəhəri tərk etdi. Dekabrın 25-də türklər şəhəri azad etdi, əmlakını qoyan 
əhali xırda əşyalarını götürüb uzunqulaqlara və camışlara yükləyərək, Urmiya-
Salmas-Xoy-Culfa yolu ilə 270 verstlik yolla hərəkət etdi. Arxasınca rus ordu-
su gəldiyindən onlar üçün heç bir qorxu olmadı. Dördüncü gün Salmasa, 10 
gündən sonra isə Culfaya gəldilər. Təbrizdəki erməni yepiskopu Nerses başda 
olmaqla kilsə erməniləri yerləşdirməklə məşğul oldu [54].


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
23
“Rossiyskoe 
slovo”nun 
müxbirinin 
məlumatına  görə,  müharibə  başlayan-
dan  1914-cü  il  dekabrın  30-dək  Cənubi 
Azərbaycandan  Cənubi  Qafqaza  25.000 
erməni gəlmişdi [55]. Bu dəfə də gəlmələr 
azərbaycanlılara məxsus torpaqlarda, əsasən 
Naxçıvan bölgəsində, Yelizavetpol, İrəvan və 
Bakı  quberniyalarında  yerəşdirildilər  [56, 
61].
1915-ci  ilin  yanvar  ayında  Qars  vilayətində  müxtəlif  millətlərdən  olan  45 
min qaçqın toplanmışdı [57]. Qars şəhərində isə 5 min erməni var idi [58, v.69]. 
İrəvan quberniyasının altı qəzasına gəlib yerləşən ermənilərin sayı aşağıdakı 
kimi idi: İrəvan şəhərində 1435, İrəvan qəzasında 3765, Eçmiədzin qəzasında 
7702,  Naxçıvan  qəzasında  6517,  Sürməli  qəzasında  3284,  Şərur-Dərələyəz 
qəzasında 1077, Yeni Bəyazid qəzasında 885 nəfər. Gələn ermənilərin sayı cəmi 
24  min  666  nəfər  idi  [59,  v.32].  “Baku”  qəzetinin  1915-ci  il  14  yanvar  tarix-
li sayında yazılırdı ki, gələn bütün ermənilər İrəvan quberniyasının Naxçıvan 
qəzasının kəndlərində yerləşdiriləcəkdir.
Qaçqınlara  yardım  üzrə  Erməni  Mərkəzi  Komitəsinin  fəxri  sədrı  yepis-
kop Mesrop erməni qaçqınlarına yardım kampaniyasına başlayan və hesaba 
özü 50.000 rubl keçirən Petroqrad şəhər başçısına yazırdı ki, 100 min Türkiyə 
ermənisini Qafqaz diyarında yerləşdirmək ümidindədir [45; 60]. Təbriz və onun 
ətrafı  nəzərə  alınmadan  Qərbi  Azərbaycandan  60  min  nəfər  erməni  Cənubi 
Qafqaza gəlmişdi. Bütövlükdə, onların sayı 100-120 min nəfər idi [45]. Bununla 
bağlı olaraq “Qolos Kavkaza” qəzeti 1915-ci il 20 yanvar tarixli sayında qeyd 
edirdi ki, Türkiyə ilə müharibə başladığı son iki ayda Cənubi Qafqaza Türkiyə 
və İran hüdudlarından 120 min nəfər erməni gəlmişdir. Məqalədə daha sonra 
vurğulanırdı: “800.000  erməni əhalisinin son 2 ayda artıq 120.000-ə qədəri kö-
çürülmüşdür, bu da bütün Türkiyə ermənilərinin 15%-ni təşkil edir” [62].
Digər bir məlumata görə, 1915-ci ilin yanvar ayınadək Qafqaza gələn qaç-
qınların sayı millətindən asılı olmayaraq 100 min nəfər idi [63, v.34]. Qaçqınlar 
üzrə komitənin 1915-ci il 15 yanvar tarixli hesabatında isə yazılırdı: “...İrandan 
və Türkiyədən qaçqınlar 120 min nəfərə qədərdir. Rus təbəəsi olan 30 min nəfər, 
bütövlükdə 150 min nəfər qaçqın vardır” [64, v.60-63, 111].
Yanvar ayında təkcə İrəvan quberniyasına 80 minə yaxın erməni gəlmişdi 
[65].  “Kafkazskoe  slovo”nun  məlumatına  görə,  1915-ci  ilin  yanvar  ayınadək 
İranda  çarizmin  işğal  etdiyi  ərazilərdən  gələn  ermənilərin  sayı  100-200  min 
nəfər idi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiədzin, İrəvan və Aleksandropol 
qəzalarında yerləşdirilmişdilər [66]. Bakı quberniyasına gətirilən ermənilərin bir 
qismi Şamaxının Mədrəsə kəndində yerləşdirildi [60]. Bu kənddən 3000 erməni 
türklərlə döyüşə göndərilmişdi [67, s.31; 68, s.356].
Bir  tərəfdən  hərbi  əməliyyatlar  meydanından  qaçan  ermənilər 
Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilir, digər 
tərəfdən isə erməni silahlı dəstələri çar ordusunun işğal etdiyi ərazilərdə 
Təbriz və onun ətrafı 
nəzərə alınmadan Qərbi 
Azərbaycandan 60 min nəfər 
erməni Cənubi Qafqaza 
gəlmişdi. Bütövlükdə, onların 
sayı 100-120 min nəfər idi. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə