Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə85/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   77   78   79   80   81   82   83   84   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
212 
ğun olan ardıcıllıqla əhatə edir. Cinayət qanunu normaları bilavasitə obyektinə 
görə seçilərək növ obyekti çərçivəsində qruplaşdırılır. Məsələn, bilavasitə ob-
yekti maşınların idarə edilməsinin və istismarının müəyyən olunmuş qaydaları, 
əlavə obyekti isə insanların həyat və sağlamlığı olan maşınları idarəetmə və 
istismar qaydalarını pozma (CM-in 353-cü maddəsi) və bilavasitə obyekti hərbi 
gəmilərin (suüstü və sualtı, döyüş gəmiləri, yaxud yardımçı gəmilər) idarəetmə 
və ya istismar qaydaları olan hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-
in 353-cü maddəsi) cinayətləri yüksək təhlükə mənbələri ilə davranış qaydaları 
əleyhinə  olan  cinayətlər  kimi  bir  qrupda  birləşdirilir.  Burada  yüksək  təhlükə 
mənbələri  ilə  davranış  qaydaları  göstərilən  cinayətlərin  növ  obyekti  olaraq 
müəyyən  olunur.  Beləliklə,  müəllif  göstərilən  ardıcıllığa  və  prinsipə  riayət 
etməklə tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydala-
rını, hərbi xidmətdə olma qaydalarını, xüsusi xidmətkeçmə qaydalarını, hərbi 
qulluqçular sırasından olan vəzifəli şəxslərin davranış və fəaliyyət qaydalarını, 
müharibə vaxtı, döyüş şəraiti və digər ekstremal şəraitdə davranış qaydalarını, 
hərbi əmlakın qorunması qaydalarını və yüksək təhlükə mənbələri ilə davranış 
qaydalarını hərbi xidmət əleyhinə olan cinayətlərin növ obyekti kimi müəyyən 
edir.
Zənnimizcə,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  bilavasitə  obyektə 
görə  qruplaşması  prinsipinə  əsaslanan  sonuncu  sistem  təhlil  olunan  digər 
sistemlərlə müqayisədə nəzəri və praktiki cəhətdən daha əsaslı və daha uğur-
ludur. Odur ki, hərbi xidmət əleyhinə olan cinayətlərin təhlili və tətbiqi zamanı 
göstərilən sistemin əsas götürülməsi məqsədəuyğun olar.
İstifadə edilmiş ədəbiyyat:
1   Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Hüquq ədəbiyyatı”, 2012.
2  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: “Hüquq ədəbiyyatı”, 2011.
3   Ağayev İ.B. Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumu və Xüsusi hissələr. 
Dərslik. Bakı: “Nurlar”, 2010.
4   Əliyev A.C. Hərbi xidmət əleyhinə törədilən əməllərlə mübarizənin cinayət hüquqi 
problemləri. Monoqrafiya. Bakı: “Səda”, 2012.
5   Əliyev  A.C.  Hərbi  xidmət  əleyhinə  olan  cinayətlər.  Bakı:  “Sipər”  Hüquq  Mərkəzi, 
2005.
6   İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Məsələlər toplusu ilə birgə dərslik. Bakı: 
“Digesta”, 2004.
7   Quliyev  R.İ.,  İmanov  M.N.  Cinayət  hüququ.  Xüsusi  hissə.  Dərslik.  Bakı:  “Qanun”, 
2004.
8  Военно-уголовное  законодательство  Российской  Федерации:  Научно-
практический комментарий. Серия “Право в Вооруженных Силах консультант” 
/Под общ. ред. Н.А. Петухова. М.: “За права военнослужащих”, 2004.
9  Зателепин  О.К.  Объект  преступления  против  военной  службы:  Дисс...  канд. 
юрид наук. Москва, 1999.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
213
Nasir Huseynov
System of crimes against military service
The article deals with the definition of the system of crimes against military 
service,  as  provided  in  the  thirty-fifth  chapterof  the  Criminal  Code  of  the 
Republic of Azerbaijan. The author carries out a comparative analysis of the 
crimes as defined by individual authors, points to specific short comings allowed 
by the authors during the systematization of those crimes, and concludes that 
the system of crimes against military service created by A.D. Aliyev, which is 
based on the object of the crime is the mostcredible and successful.
Насир Гусейнов
Система  преступлений против военной службы
Работа  посвящена  проблемам  определения  системы  преступлений 
против  военной  службы,  предусмотренных  тридцать  пятой  главой  УК 
Азербайджанской  Республики.  Автор  проводит  сравнительный  анализ 
названных преступлений, определенных отдельными авторами, указыва-
ет на конкретные недостатки допущенные авторами при систематизации 
указанных преступлений и приходит к выводу, что система преступлений 
против военной службы, определенная А.Д.Алиевым на основании непо-
средственного объекта преступлений, является наиболее обоснованной 
и удачной. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
214 
Jurnal haqqında
“STRATEJİ  TƏHLİL”  jurnalı  2010-cu  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Strateji  Araşdırmalar  Mərkəzi  tərəfindən  təsis  edilmişdir.  Azərbaycan 
Respublikasının  Ədliyyə  Nazirliyində  3236  qeydiyyat  nömrəsi  ilə  dövlət  reyestrinə 
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata 
alınmış  (ISSN  2078-8037)  və  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix, 
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi 
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat, 
hüquq,  beynəlxalq  münasibətlər,  fəlsəfə,  sosiologiya  və  psixologiya  kimi  ictimai  və 
humanitar  elm  sahələrinin  ümumkonseptual  məsələlərini  elmi-metodoloji  cəhətdən 
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, 
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik 
tələblərə  cavab  verməlidir.  Elmi  məqalənin  “Giriş”  hissəsində  mövzunun  aktuallığı 
əsaslandırılmalı,  “Mətn”  hissəsində  tədqiq  edilən  məsələlər,  qaldırılan  problemlər 
bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin 
xarakterinə  uyğun  olaraq  müəllifin  gəldiyi  elmi  qənaət,  işin  elmi  yeniliyi,  tətbiqi 
əhəmiyyəti,  iqtisadi  səmərəsi  və  s.  aydın  şəkildə  verilməli,  təklif  və  tövsiyələr  irəli 
sürülməlidir. 
1. 
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya  təqdim  edilən  məqalələr  Ali  Attestasiya  Komissiyasının  dövri  elmi 
nəşrlərin  qarşısında  qoyduğu  tələblərə  (http://aak.gov.az)  və  Strateji  Araşdırmalar 
Mərkəzi  tərəfindən  müəyyən  edilmiş  qaydalara  (www.sam.az;  www.stj.sam.az)  tam 
cavab verməlidir.  
1) 
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:

UOT indekslər və ya PACS tipli kodlar;

“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, 
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”; 

“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 7 söz və söz birləşməsindən az 
olmayaraq), 

“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat 
siyahısı” 

“Xülasə”  (Azərbaycan,  ingilis  və  rus  dillərində  -  6-7  cümlədən  az  olmayaraq) 
göstərilməlidir.
2)  Əlyazmaların  mətni  Microsoft  Office  Word  proqramında  A4  (210  x  297mm) 
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, 
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır. 
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
215
3)  Məqalənin  başlığı  böyük  hərflərlə,  yarımbaşlıqları  isə  yalnız  ilk  hərfi  böyük 
olmaqla,  qalın  şriftlə  və  nömrələndirilərək  yazılmalıdır.  Başlıq  və  yarımbaşlıqlardan, 
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara 
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ 
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl 
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl 
və  şəkillərin  başlıqları  ilk  hərfləri  böyük  olmaqla  qalın  şiriftlə  yazılmalıdır.  Cədvəlin 
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl  və  şəkillər  biri-birini  təkrarlamamalı,  göstəricilər  Beynəlxalq  vahidlər 
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, 
onlar nömrələnməli,  “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, 
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar  Microsoft  Equation-də  standart  parametr  ilə  yığılmalıdır.  Əlyazmada 
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, 
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. 
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın 
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra 
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. 
5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.
6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin 
sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən 
ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə 
nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda 
istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında 
verilən  hər  bir  istinad  haqqında  məlumat  tam,  dəqiq  və  orjinalın  dilində  olmalıdır. 
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi 
məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər 
nüfuzlu  elmi  tədbirlərin  materiallarına  və  ya  tezislərinə  istinad  edərkən  məqalənin, 
məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri 
verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 
“Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş 
ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş 
ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
a)  Kitablar:
  Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012, 
-476 s.
b) Jurnallar:
  Şixəliyev  E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil” 
jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45. 
c)   Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):
   “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli 
inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının 
materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.
ç)   Dissertasiyalar və avtoreferatlar:
  Məmmədov  H.B.  Azərbaycan  Respublikası  müasir  beynəlxalq  siyasi  proseslərin 
aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, - 44 s.
d)  Müəlliflik şəhadətnamələri və patentlər:
  Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50
  Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
216 
e)  İnternet  səhifələri  (internet  səhifələrinə  istinadlar  mütləq  gün,  ay,  il  olmaqla, 
istifadə olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):
  http://www.stat.gov.az/#    (15.11.2013)  /    2013-cü  ilin  yanvar-oktyabr  aylarında 
ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
 
  Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,    
monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
  Mətndə  istifadə  edilməyən  mənbələr  “İstifadə  edilmiş  ədəbiyyat”  hissəsində 
göstərilməməlidir.
2. 
Məqalənin redaksiyaya təqdim edilmə qaydası
  Məqalənin  orijinalı  2  nüsxədə  (həmçinin  elektron  forması  kompakt  diskdə) 
tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu və elmi şurasının müvafiq 
iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya 
(AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim 
edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya 
təqdim edilmə  tarixi göstərilməlidir.
  Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni 
doldurmalıdırlar.  Göndəriş  məktubu  və  müəllif  anketinin  nümunəsini  jurnalın 
internet səhifəsindən (www.stj.sam.az) və ya redaksiyadan götürmək olar.
  Məqalələrin  elektron  qaydada  təqdim  edilməsi  də  mümkündür.  Bunun  üçün 
müəlliflər    məqalələrini  jurnalın  elektron  poçtuna  (strateji_tehlil@sam.gov.az) 
göndərməlidirlər.
3. 
Məqalələrin resenziyalaşdırılması və dərci
  Redaksiyaya  təqdim  edilən  məqalələr  (əlyazmalar)  mütəxəssislər  (resenzentlər) 
tərəfindən  konfedensial  olaraq  resenziyalaşdırıldıqdan  sonra  redaksiya 
heyətinin  mütəxəssis  üzvlərindən  biri  tərəfindən  çapa  tövsiyə  və  ya  təqdim 
edilir.    Resenziyalaşdırma  və  təsdiqetmə  müddəti  ümumilikdə  3  aydır.  Məqalələr 
resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə 
dərc edilir.
4. 
Müəlliflik hüquqları
  Jurnalda  dərc  edilən  məqalələrdə  müəlliflik  hüququ  qorunur  və  bu  məqalələrin 
bütün  nəşr  hüquqları  “Strateji  təhlil”  jurnalına  aiddir.  Jurnalda  çap  edilmiş 
məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı 
istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə 
göstərilmək şərti ilə yol verilir. 
  Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş 
əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
  Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.
5. 
Nəşrin müəlliflərə təqdim edilməsi
  Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.
6. 
Redaksiyanın ünvanı 
  AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. 
  Strateji Araşdırmalar Mərkəzi.
7. 
Ələqə telefonları 
  596-82-36/37 (daxili 130/137).
“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
217
QEYD ÜÇÜN


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
218 
QEYD ÜÇÜN


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
219
QEYD ÜÇÜN


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
220 
QEYD ÜÇÜN

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə