Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə2/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   2   3   4   5   6   7   8   9   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
10 
Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi təkamül yolu, həmçinin qlo-
bal problemlərin mahiyyəti təsdiq edir ki, sosial proseslərdə intellektual po-
tensialın yaxından iştirakı hazırkı şəraitdə əvvəlki dövrlərdən tamamilə fərqli, 
yeni məna kəsb edir. Hazırda bəşəriyyətin qarşısında dayanan ciddi problemlər 
beynəlxalq miqyasda intellektin səfərbərliyini tələb edir. Bu sahədə isə elmin 
potensial imkanları kifayət qədərdir. 
Sosial  təsisat  kimi  elm  sərhədsizdir.  Təbiət  elmləri  sahəsində  böyük  elmi 
kəşf və ixtiralar, ictimai-humanitar elm sahələrində fundamental fəlsəfi-əxlaqi 
təlimlər, nəzəri konsepsiyalar heç bir milli, irqi, dini mənsubiyyət tanımır. Onlar 
bütün bəşəriyyətin ümumi sərvətinə çevrilərək qlobal inkişafa xidmət edirlər. 
Məhz buna görə də dünyanın müxtəlif ölkələrinə məxsus elmi nailiyyətlərin 
daha sürətlə kütləviləşdirilməsi, elmi maarifləndirmə, müxtəlif ölkələr arasında 
beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və s. çağdaş dövrün elm qarşısın-
da qoyduğu ən mühüm vəzifələrdəndir.
Bu  gün  bizi  dünya  elminin  ümumi  inkişaf  tendensiyaları  kontekstində 
Azərbaycan  elminin  vəziyyəti,  mövcud  problemləri,  onların  həlli  və  aradan 
qaldırılması yolları, elmimizin beynəlxalq elm məkanına uğurlu inteqrasiyası, 
ölkəmizin sosial-iqtisadi inkişafında onun yaxından iştirakı və s. kimi məsələlər 
daha çox düşündürür.
Bəşəriyyətin  qədim  mədəniyyət  mərkəzlərindən  biri  olan  Azərbaycanda  
elmi biliklərin şərəfli tarixi ənənəsi vardır. Azərbaycanın elm dühası dünyaya 
Nəsirəddin  Tusi,  Bəhmənyar,  Nizami  Gəncəvi,  Siracəddin  Urməvi,  Mahmud 
Şəbüstəri, Əhvədi Marağayi və b. kimi mütəfəkkir şəxsiyyətlər bəxş etmişdir. 
Belə zəngin töhfələr üzərində bərqərar olan Azərbaycan elmi XX  əsrdə – dün-
yada elmi-texniki inkişaf səviyyəsinin dövlətin mövcudluq qarantına çevrildiyi 
bir  dövrdə  də  tarixi  ənənələrini  davam  etdirmiş,  şərəfli  bir  inkişaf  yolu  keç-
mişdir. Həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqı-
nın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən 
irəli 
gələn 
strateji 
istiqamətlərinin 
müəyyənləşdirilməsində,  fundamental  və 
tətbiqi  elm  sahələrinin  inkişafında  xey-
li  nailiyyətlər  əldə  etmişdir.  Ötən  əsrin  70-
80-ci  illərində  Azərbaycanda  yaranan  nü-
fuzlu  elmi  məktəblər,  yalnız  keçmiş  SSRİ 
çərçivəsində  deyil,  dünya  miqyasında  elmi 
proseslərin  inkişafına  təkan  verən  çoxsay-
lı  elmi  uğurlar  bilavasitə  bu  nailiyyətlərin 
göstəriciləridir. 
Müasir  dövrdə  elmin  qlobal  dünyada 
mahiyyəti dəyişmiş, onun üzərinə daha fun-
damental və mürəkkəb problemlərin həlli yol-
larını  göstərmək  məsuliyyəti  qoyulmuşdur. 
Sosial təsisat kimi elm 
sərhədsizdir. Təbiət elmləri 
sahəsində böyük elmi kəşf və 
ixtiralar, ictimai-humanitar 
elm sahələrində fundamental 
fəlsəfi-əxlaqi təlimlər, nəzəri 
konsepsiyalar heç bir milli, 
irqi, dini mənsubiyyət tanımır. 
Onlar bütün bəşəriyyətin 
ümumi sərvətinə çevrilərək 
qlobal inkişafa xidmət edirlər. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
11
Bu isə qloballaşma prosesləri kontekstində 
elmi  informasiyanın,  eləcə  də  informasiya 
texnologiyalarının  gündən-günə  dəyişən, 
sürətli  inkişafından  qaynaqlanır.  Başqa  cür 
desək,  qloballaşma  və  informasiya-kom-
munikasiya  texnologiyalarını  bir-birindən 
ayrı  təsəvvür  etmək  mümkün  deyil.  Hətta 
bəşəriyyətin  müasir  tarixi  mərhələdə  stra-
teji  inkişaf  xətti  kimi  xarakterizə  olunan 
qloballaşmanı  informasiya-kommunikasiya 
texnologiyalarının  nailiyyətlərinə  əsaslanan 
yeni  inkişaf  mərhələsi  kimi  qəbul  etmək 
olar.  Qlobal  informasiya  məkanının  forma-
laşması,  sivilizasiyalararası  inteqrasiyanın 
və  ünsiyyətin  təmin  olunması,  bir-birindən 
min  kilometrlərlə uzaqda yaşayan ayrı-ayrı 
etnik və dini toplumlar üçün planetar mənəvi universumun formalaşdırılması, 
dinindən, irqindən, milliyyətindən, siyasi baxışlarından və sosial mənşəyindən 
asılı olmayaraq bütün insanlıq üçün vahid beynəlxalq hüquq və əxlaq normala-
rının müəyyənləşdirilməsi məhz informasiya-kommunikasiya texnologiyasının 
yaratdığı imkan nəticəsində mümkün olmuşdur. 
Qloballaşma  şəraitində  informasiya-kommunikasiya  texnologiyaları    sivi-
lizasiyalararası dialoq üçün xüsusi aktuallıq kəsb edir və geniş imkanlar açır. 
İndi qloballaşan dünyada ayrı-ayrı fərdlər arasında deyil, müxtəlif sivilizasiyalar, 
fərqli mədəniyyətlər, etnik toplumlar, uzaq kontinentlər arasında dialoqa böyük 
ehtiyac yaranmışdır. Qloballaşma prosesi nəticəsində fərqli sivilizasiyalar “bir 
masa arxasında əyləşmiş iki fərd kimi” ünsiyyətə, dialoqa sadəcə məcburdurlar. 
Hesab edirik ki, belə bir dialoqda ən universal təsisat olan elm avanqard ol-
malıdır. Çünki elmin bütün bəşəriyyət üçün eyni olan universal dili qloballaşma 
şəraitində fərqli mədəniyyətlərin ümumünsiyyət dilinə çevrilməlidir. Elm qədər 
bütün  bəşəriyyəti  vahid  inteqrativ  sosial  sahədə  birləşdirə  biləcək  ikinci  bir 
qüvvə  yoxdur. 
Qloballaşma  şəraitində  elmi  fəaliyyəti  aktuallaşdıran  digər  mühüm  amil 
dünyanın  üz-üzə  dayandığı  problemlərin  həyati  əhəmiyyəti  və  mürəkkəb 
mahiyyətidir.  İndi  həm  ayrı-ayrı  dövlətlərin,  həm  də  bütövlükdə  plane-
tin  təhlükəsizliyi  və  davamlı  inkişafı  baxımından  intellektual  sərvətin  rolu 
və  əhəmiyyəti  əvvəlki  dövrlərdən  fərqli,  tamamilə  yeni  məzmun  kəsb  edir. 
Bəşəriyyətin qarşısına  təhlükəsizlik  və davamlı  inkişafla bağlı elə problemlər 
çıxmışdır ki, beynəlxalq miqyasda səfərbər olunmuş ümumbəşəri intellekt he-
sabına  onların  qarşısını  almamaq  təkcə  gələcək  inkişafı  deyil,  sosial  və  bio-
loji mövcudluğun özünü də şübhə altına alır. Bu əsrdə informasiya texnolo-
giyaları, insan beynini və qəlbini fəth edən nəzəri-ideoloji və kommunikativ 
Qloballaşma şəraitində 
informasiya-kommunikasiya 
texnologiyaları  
sivilizasiyalararası dialoq 
üçün xüsusi aktuallıq kəsb 
edir və geniş imkanlar açır. 
İndi qloballaşan dünyada 
ayrı-ayrı fərdlər arasında 
deyil, müxtəlif sivilizasiyalar
fərqli mədəniyyətlər, etnik 
toplumlar, uzaq kontinentlər 
arasında dialoqa böyük 
ehtiyac yaranmışdır. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə