Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə6/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   2   3   4   5   6   7   8   9   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
19
Açar sözlər: dini radikalizm, qeyri-ənənəvi təriqətlər, siyasi proseslər, dini 
münaqişələr, sosial problemlər, Azərbaycandakı dini vəziyyət
Key words: religious radicalism, non traditional sects, political processes, 
religious conflicts, social problems, religious situation of Azerbaijan
Ключевые слова: религиозный радикализм,  нетрадиционные секты, 
политические процессы, религиозные конфликты, социальные пробле-
мы, религиозное положение в Азербайджане
Dini radikalizm 
meyillərinin 
qarşısının alınması 
milli maraqlara 
xidmət edir
Gövhər 
BAXŞƏLİYEVA
millət vəkili, AMEA akad. Z.Bünyadov 
adına Şərqşünaslıq İnstitutunun 
direktoru,  professor
bahsheli@mail.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
20 
Son  dövrlər  cəmiyyətdə  geniş  müzakirə  olunan  və  ciddi  narahatlıq  do-
ğuran məsələlərdən biri ölkədə radikallıq meyillərinin artması, gənclərin yad 
təsirlərə məruz qalaraq radikal dini qruplaşmalara qoşulması və Azərbaycan 
vətəndaşlarının  Suriyada  cərəyan  edən  münaqişəyə  cəlb  edilməsidir.  Da-
vamlı  olaraq  mətbu  orqanlarda  Azərbaycan  vətəndaşlarının  Suriyada 
hökumətlə  müxalifət  arasında  gedən  döyüşlərdə  fəal  iştirak  etdiyi  və  çox-
lu sayda Azərbaycan vətəndaşının qətlə yetirildiyi barədə məlumatlar yayılır. 
Ölkə  ictimaiyyətini,  ziyalıları  gənclərin  hansı  səbəblərdən  bu  təsirlərin  altına 
düşməsi, radikallığa meyillənməsi, bu münaqişəyə necə cəlb olunması və Suri-
yaya döyüşə hansı yollarla getməsi məsələsi ciddi narahat edir. 
Məlum  olduğu  kimi,  Suriyada  cərəyan  edən  hadisələr  müxtəlif  dövlətlər 
tərəfindən idarə edilir, müharibə ayrı-ayrı ölkələri təmsil edən güclər arasın-
da  gedir  və  dini  qruplaşmalar  münaqişə 
tərəflərindən  biri  kimi  bu  proseslərə  cəlb 
olunub. Hazırda Suriya ərazisi artıq müxtəlif 
radikal dini cərəyan və qruplaşmaların poli-
qonuna çevrilib və bu hadisələr bölgədə sa-
bitliyin təmin olunmasına ciddi problemlər 
yaradır.  Eyni  zamanda,  münaqişənin  uzun 
müddət  davam  etməsi  və  qarşısının  alın-
maması digər müsəlman ölkələrində də dini 
duruma ciddi təsir göstərir.    
Son  dövrlər  bir  sıra  müsəlman 
dövlətlərində radikallıq meyillərinin artma-
sı  və  qarşıdurmaların  yaranması  bilavasitə 
bölgədə və dünyada baş verən proseslərlə 
sıx bağlıdır. Müsəlman ölkələrində cərəyan 
edən  siyasi  hadisələr,  daxili  qarşıdurmalar, 
sosial problemlərin uzun müddət həll olun-
maması və münaqişələrin həllinə ikili stan-
dartlarla  yanaşma  bu  meyillərin  artmasına 
münbit şərait yaradır. Eyni zamanda, bir sıra 
hallarda insan hüquq və azadlıqlarının po-
zulması, insanların fikirlərini azad ifadə edə bilməmələri, sosial durumlarının 
yaxşı  olmaması,  özlərini  cəmiyyətdən  təcrid  olunmuş  hiss  etmələri  radikal-
lığın  artmasına  güclü  təkan  verir.  Hadisələrin  bu  şəkildə  gedişatı  və  inkişafı 
həmin proseslərin getdikcə daha kəskin xarakter alacağını, daha geniş coğrafi 
əraziləri əhatə edəcəyini və digər müsəlman ölkələrində də bu cür xoşagəlməz 
hadisələrin yaşana biləcəyi ehtimalını artırır.  Təcrübə müasir dövrdə bu cür 
problemləri yalnız zor və silah gücü ilə tam həll etməyin mümkün olmadığı-
nı göstərir. Belə olduğu halda vəziyyətdən çıxış yolu tapmaq və gənclərimizi 
zərərli təsirlərdən qorumaq üçün biz nə etməliyik?  
Heç şübhəsiz ki, dünyada, xüsusilə də müsəlman ölkələrində cərəyan edən 
hadisələr bölgəyə təsirsiz ötüşmür. Son günlər baş verənlər həmin hadisələrin 
Son dövrlər bir sıra 
müsəlman dövlətlərində 
radikallıq meyillərinin 
artması və qarşıdurmaların 
yaranması bilavasitə bölgədə 
və dünyada baş verən 
proseslərlə sıx bağlıdır. 
Müsəlman ölkələrində 
cərəyan edən siyasi hadisələr
daxili qarşıdurmalar, 
sosial problemlərin uzun 
müddət həll olunmaması və 
münaqişələrin həllinə ikili 
standartlarla yanaşma bu 
meyillərin artmasına münbit 
şərait yaradır. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
21
ölkəmizdə dini duruma ciddi təsir etdiyini, bu proseslərin qarşısını almağa tam 
hazır olmadığımızı, xarici təsirlərin getdikcə ölkədə daha geniş yayıldığını və 
daxili təbliğatın xarici təbliğata rəqabətdə uduzduğunu göstərir. Bir sıra hal-
larda ölkədəki dini duruma xaricdən müdaxilələr edilir, müəyyən yerli və xarici 
dairələr Azərbaycanda dini durumu gərginləşdirməyə və öz siyasi maraqlarını 
həyata keçirməyə çalışırlar.
Hazırda narahatlıq doğuran məqamlardan biri də son dövrlər Azərbaycanda 
fəaliyyət göstərən müxtəlif məzhəb və təriqətlərə mənsub insanlar arasında 
gərginliyin açıq hiss olunmasıdır. Getdikcə bir məzhəbin nümayəndəsinin digər 
məzhəbin nümayəndəsinə qarşı daha dözümsüz və barışmaz mövqe nümayiş 
etdirməsi halları artır. “Yalnız mənim məzhəbim düzgündür, yalnız mən sağlam 
əqidə  və  düşüncə  daşıyıcısıyam,  qalan  hər  bir  din  və  təriqət  səhv  yoldadır” 
düşüncəsinə meyil daha da güclənir. Getdikcə məzhəblər arasında inam, etibar 
sarsılır və münasibətlərin daha da kəskinləşəcəyi ehtimalları artır.
Tarixin ayrı-ayrı dövrlərində bu cür hadisələr dünyanın müxtəlif bölgələrində 
tez-tez təkrarlanmışdır. Hər bir məzhəb, təriqət özünü haqlı və düzgün yolda 
hesab etmişdir. Hətta bəziləri bunu sübuta yetirmək üçün digərləri ilə silahlı 
mübarizəyə  qalxmağı  da  məqbul  saymış-
dır.  Azərbaycanda  isə  tarix  boyu  müxtəlif 
din və təriqətlərə mənsub insanlar arasında 
qarşılıqlı ehtiram və anlaşma hökm sürmüş, 
bu  səpkidə  münaqişələr  baş  verməmişdir. 
Ancaq  hazırda  bəzi  dövlətlər  ölkəmizdə 
bu  cür  münaqişələrin  yaranmasında,  dini 
qruplaşmalar  arasında  qarşıdurmaların  baş 
verməsində  maraqlıdırlar.  Uzun  müddətdir 
ki, bu istiqamətdə ciddi səylər göstərilir və 
bunun  üçün  şərait  yaradılmasına  çalışılır.  Biz  indidən  radikal  dini  qrupların 
əli  ilə  dövlətə,  cəmiyyətə  qarşı  hər  hansı  formada  təxribat,  təhlükə  yaradıla 
biləcəyini düşünməliyik. Hazırda Azərbaycan hakimiyyəti siyasi və iqtisadi ba-
xımdan kifayət qədər güclüdür və geniş imkanlara malikdir. Həmin qruplaş-
malar bu gün dövlətçiliyimizi sarsıda biləcək gücdə deyil. Ancaq məzhəblər 
və təriqətlərarası radikallaşma artır və onların bir-birinə münasibətdə kəskin 
üsullara əl atacaqları ehtimalı güclənir.  
Digər bir tendensiya isə məzhəblərin özlərinin daxilində qruplaşma və par-
çalanmaların sürətlə getməsidir. Nə vaxtsa konkret bir din və məzhəb ətrafında 
toplaşan insanların münasibətləri pozulur, təriqətlər daxilində qruplar yaranır 
və yaranmış gərginlik getdikcə kəskin müstəviyə çıxır. Buna misal olaraq, bir 
müddət  bundan  əvvəl  bəzi  rayonlarda  cərəyan  edən  hadisələri  göstərmək 
olar.  Məlum  olduğu  kimi,  polietnik  Azərbaycanda  müxtəlif  bölgələri  təmsil 
edən müxtəlif millətlər kompakt yaşayırlar. Müəyyən təriqətlər, cərəyanlar öz 
fikirlərini yaymaq üçün bu cür bölgələri münbit ərazi hesab etdiyindən, yaxud 
bu ərazilərdə dini ənənə bir o qədər də güclü olmadığından Azərbaycanda 
fəaliyyət göstərən bütün islam və qeyri-islam təriqətləri orada fəaliyyətlərini 
Azərbaycanda tarix boyu 
müxtəlif din və təriqətlərə 
mənsub insanlar arasında 
qarşılıqlı ehtiram və anlaşma 
hökm sürmüş, bu səpkidə 
münaqişələr baş verməmişdir.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə