STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
112
tiya, bərpa oluna bilən mənbələr ilə dəstəklənən enerji təhlükəsizliyi, ailəyə
əsaslanan cəmiyyət, millət-dövlət əsaslı antifederal birlik, NATO əsaslı güclü
transatlantik əlaqələr, ciddi tədbirlərə əsaslanan miqrasiya siyasəti və istər Aİ
qurumlarında, istərsə də Aİ fondlarından istifadədə tam şəffaflıqdan ibarətdir
[25].
6. Avropa Birləşmiş Solu/Skandinaviya Yaşıl Solu Konfederasiya Qrupu
(GUE/NGL): 13 üzv dövləti təmsil edən 35 parlament üzvü ilə altıncı böyük
qrupdur (səs nisbəti 4,3-dür). Qrupun siyasi mənada ən başlıca hədəfi möv-
cud İttifaq modelindən fərqli olaraq nəzərdə tutduğu və mövcud problemlərin
aradan qaldırılmasını təmin edən yeni inkişaf modelini öhdəsinə götürəcək,
tamamilə demokratik qurumlara əsaslanan Avropa bütövləşməsini təmin
etməkdir [26]. Get-gedə artan işsizliyə qarşı mübarizə aparılması, ətraf mühitə
qayğı göstərilməsinin təmin olunması, bütün vətəndaşlara ən yüksək səviyyədə
bərabər hüquq təmin edəcək sosial sahə yaradılması və öz ölkələrindəki yox-
sulluq səbəbindən həyatlarını İttifaq daxilində təmin etməyə məcbur olan
vətəndaşların ehtiyaclarının ödənilməsi qrupun İttifaq daxilində həll edilməsini
vacib hesab etdiyi mühüm məsələlərdir. Qrup üzv dövlətlərin iqtisadiyyatları-
nın daim yaxınlaşdırılması məqsədi ilə tam həmrəylik şəraitində işləyən Avro-
panın olmasını arzulayır və güclü üzv dövlətlərin öz siyasətlərini digərlərinə
məcburən qəbul etdirmələrinə qarşı çıxır [27].
7. Avropa Azadlıq və Demokratiya Qrupu (AAD): 2004-cü ilin iyul
ayında yaradılan bu qrup 4,3%-lik səs nisbəti ilə 9 üzv dövlətdən 32 üzv ilə
Parlamentdə təmsil edilən yedinci qrupdur. Qrup siyasi fikirləri istiqamətində
mərkəzləşdirmə yönündəki bütün cəhdlərə qarşı çıxır və bu səbəbdən Aİ Kons-
titusiyasının qüvvəyə minməsini istəmir. İdarəetmədə şəffaflıq və demokratiya-
nın inkişaf etdirilməsi qrupun digər hədəfləri arasındadır [28]. Qrup parlamen-
tar demokratiya ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsini
qəbul edən və hegemon millət-dövlətlərin Avropasını müdafiə edən bütün
Parlament üzvlərini öz sıralarına qoşulmağa dəvət etməklə, əslində, Aİ-nin si-
yasi birliyə doğru mövcud irəliləyişi qarşısındakı mənfi mövqeyini aşkara çıxa-
rır və yalnız hegemon dövlətlər arasında demokratiya və azadlıq prinsiplərinə
əsaslanan əməkdaşlıq yaradılmasını arzu edir.
Həmçinin Parlamentdə bu siyasi qruplardan başqa 27 müstəqil üzv də var-
dır. Bu üzvlər ümumən radikal sağ təmayüllü partiyaları təmsil edir [29].
2.1. Partiya qruplarının əhəmiyyəti
1979-cu ildə keçirilən ilk birbaşa seçkilərdən sonra partiya qruplarının sayı
8-10 arasında dəyişdi. Soldan sağa bütün ideoloji görüşləri əks etdirən qruplar
arasındakı ən böyük iki qrupu təşkil edən Avropa Sosialistləri Partiyası (ASP) qru-
pu ilə Avropa Xalq Partiyasının (AXP) Xristian Demokrat qrupu oldu. Bu qruplar
1979-cu il seçkilərindən etibarən AP-də 53-69 nisbətinə uyğun gələn sayda yerə
malik oldu [4, s.165]. Hətta 1994-cü ildə keçirilən növbəti seçkilərdə Aİ-nin 15
üzvünün təmsil olunduğu vahid partiya qrupları ASP və AXP idi [4,s.165].
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
113
AP-nin daxili tənzimləmələri baxımından partiya qrupları əsas füqurlardır.
Partiya qruplarının cavabdeh olduğu əsas sahə parlament liderlərini, sədri,
sədr müavinini və xəzinədarlarını, komitə sədrlərini, müavinlərini və başqaları-
nı seçməkdən ibarətdir. Qruplar həmçinin öz daxillərində də milli nümayəndə
heyətləri əsasında bölünmüşlər və qrup strukturları daxilindəki vəzifələr
qrup tərəfindən xərclənən vəsaitlərə birbaşa kömək edən milli nümayəndə
heyətlərinin nisbi çəkilərinə görə bölünür [4, s.165]. Bu qrupların AP-nin
fəaliyyəti baxımından başqa bir cəhəti Parlament və Nazirlər Şurası arasındakı
əlaqələrdir. AP ilə Şura arasındakı qərar qəbuletmə prosesini müəyyənləşdirən
bəzi qaydalar mövcuddur, lakin xüsusilə Avropa Birliyi Müqaviləsindən (ABM)
etibarən müştərək qərar qəbuletmə qaydası AP-nin Şuranın qərarları qarşı-
sında kvalifikasiyalı səs çoxluğu ilə qərar qəbuletməyə ehtiyac duyduğu
həqiqətini daha da əhəmiyyətli vəziyyətə gətirir. Sosialistlər bundan əvvəlki
dövrlərdə də AXP AP daxilindəki ən böyük qrupu təşkil etmələrinə baxma-
yaraq, heç bir vaxt yerlərin əksəriyyətinə malik ola bilməmişlər. Buna görə də
stabil koalisiyalara ehtiyac duyulur, lakin indiyədək əsaslı sağ və ya sol koa-
lisiya yaradıla bilməmişdir. Müəyyən məsələlərdə ASP-nin digər Aİ qurumları
qarşısında daha güclü olması və daha çox legitimlik qazana bilməsi üçün və
kvalifikasiyalı çoxluq lazım gəldikdə ən böyük iki qrup olan sosialistlərin və
xristian demokratların öz qüvvələrini birləşdirmələri lazım gəlir. Bu, əslində baş
verməsi çox arzu edilən və gözlənilən vəziyyətdir [4, s.166].
2.2. Partiya qruplarının xarakterik xüsusiyyətləri
AP, Komissiya və Şura arasındakı qurumlararası əlaqələrin ənənəvi qanunve-
ricilik terminologiyası ilə şərh edilməsi mümkün deyil. Əslində, AP-nin özü də
Komissiya tərəfindən təmsil edilən seçilmiş hökuməti dəstəkləyən ənənəvi par-
lament deyil. AP ilə milli parlamentlərin qanunvericilik səlahiyyətləri müqayisə
edildikdə, AP daha çox məsləhətçi orqan mövqeyində qalır. Lakin yenə də daxili
siyasətdəkindən fərqli müstəvidə və icra üzərində birbaşa təsirə malik olma-
dan mövcudluğunu göstərən partiya qrupları tamamilə özlərinə xas olan bəzi
xüsusiyyətlərə malikdirlər. Partiya qruplarının ümumən iki xüsusiyyəti onları milli
partiya qruplarından fərqləndirir. Bu, Parlamentdəki sağ-sol tarazlığı üzərindəki
məhdudlaşdırma və səsvermələrdə oriyentasiya problemidir [4, s.168].
AP-nin partiya qrupları daxilindəki ideoloji sağ-sol çəkişməsi ən azı par-
tiya qruplarının özlərinə uyğun hesab etdikləri adlar - sosialist, liberal və s.
sayəsində aşkar şəkildə görünür. Lakin məsələyə səsvermə manevrləri baxımın-
dan yanaşdıqda bu qədər aşkar sağ və ya sola mənsubluq asanlıqla müəyyən
edilmir. Bunun səbəblərindən biri əməkdaşlıq və müştərək qərar qəbuletmə
qaydalarının işləyə bilməsi üçün stabil əksəriyyətə duyulan ehtiyacdır.
Bundan əvvəl qeyd edildiyi kimi, bu əksəriyyəti təmin etməyin ən etibar-
lı yolu ASP və AXP-nin qüvvələrini birləşdirməsidir. Lakin bu taktikanı tətbiq
etməyə duyulan ehtiyac AP daxilində əsaslı sağ və ya sol blok təşkiletmə
istiqamətindəki təşəbbüslərə zərər verir. Sağ və sola mənsubluğun olma-