Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
43
əsəri xüsusi maraq doğurur. Ermənilərin İrandakı antitürk fəaliyyətlərinin canlı 
şahidi olmuş M.B.Məmmədzadə həmin əsərində onların müsəlman türklərinə 
qarşı yürütdükləri siyasəti, “Daşnaksütyun” partiyasının təbliğ etdiyi mürtəce 
erməni milli ideologiyasının məramını incəliklərinə qədər əks etdirmişdir. 
Bəllidir  ki,  Ermənistanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  dünyanın 
müxtəlif  ölkələrinə  səpələnən  daşnaklar  həmin  ölkələrdə  də  tarixən  qənim 
kəsildikləri  türklərə  qarşı  özlərinin  iyrənc  siyasətlərini  davam  etdirmişlər. 
Belə  ölkələrdən  biri  də  İran  idi.  İranı  erməni  milli  hərəkatının  mərkəzinə 
çevirən,  İran  hakim  dairələrinin  onlara  qarşı  müsbət  münasibətlərindən  sui-
istifadə edən mühacir daşnaklar orada əvvəldən yaşayan ermənilərlə birlikdə 
özlərinin  bir  sıra  siyasi-ideoloji,  ictimai  və  iqtisadi  təşkilatlarını  yaratmış,  öz 
dillərində məktəblər açmış, qəzet və jurnallar nəşr etməyə başlamışdılar. Rza 
Pəhləvinin hakimiyyətə gəlməsindən sonra fars şovinizmindən maksimum ya-
rarlanan ermənilər İranın bir çox mülki və hərbi dairələrinə soxulmuş, Güney 
Azərbaycanda iqtisadi və ticari imtiyaz və hegemonluğu öz əllərinə almağa ça-
lışmışdılar. Bütün bunlar azmış kimi Sovet İttifaqının İrandakı səfiri Davimyanın 
köməyi ilə ermənilər İrandakı Sovet səfirliyində də əsas vəzifələri öz əllərinə 
keçirmiş,  hər  yerdə  olduğu  kimi  burada  da  siyasi-ideoloji  fəaliyyətlərini  ön 
plana çəkmiş, türklərə, o cümlədən azərbaycanlılara qarşı bədnam uydurma 
təbliğatlarından əl çəkməmişdilər. Bütün bunlara yaxından və dərindən bələd 
olan M.B.Məmmədzadə adı çəkilən “Ermənilər və İran” əsərində də ermənilərin 
keçmiş xislətlərindən əl çəkmədiklərini, əksinə bunu daha da gücləndirməyə 
çalışdıqlarını faktlarla əks etdirmişdir. O göstərmişdir ki, Lozanna sülh konfran-
sından sonra erməni millətçiləri xüsusilə ciddi bir fəaliyyətə keçmiş, Təbrizdə 
hər il müntəzəm olaraq keçirdikləri konqreslərdə Avropa və Qafqazda çalışan 
millətçi ermənilər də yaxından iştirak etməyə başlamışlar. Təbrizdəki daşnakla-
rın bir qismi Avropada olduğu kimi “Daşnak” firqəsindən ayrılaraq erməni “Arur” 
təşkilatını yaratmışlar. İrandakı erməni fəaliyyəti getdikcə müəyyən və qəti bir 
siyasi  mahiyyət  almaqda  və  təcavüzçü  təsirlərini  İrandakı  şərtlər  daxilində 
gücləndirməkdə idilər. İranın bəzi mətbu orqanları (“Təbriz”, “Pərvəriş” və s.) 
da bilərəkdən və bilməyərəkdən ermənilərin bu təcavüzçü fəaliyyətlərinə alət 
olurdular [6, s.3-4].
Ermənilərin, xüsusilə “Daşnaksütyun” partiyasının türklərə qarşı ən iyrənc 
üsullara əl atdıqlarını tarixi faktlarla şərh edən M.B.Məmmədzadə Parisdə nəşr 
olunan “Truşak” adlı erməni qəzetində çıxan “İran və Turan” başlıqlı iftira dolu 
yazını elmi şəkildə tənqid edərək göstərmişdir ki, “məqalə müəllifinə görə, guya 
Ankara turançılığın qaynağı və mərkəzidir. Ona görə də Tehran və ya İsfahan da 
ari soyundan olan xalqların qardaşlıq və birlik qaynağı, “iranizm və ya aryaniz-
min” mərkəzi olmalıdır. Türk dövləti güclüdürsə, istər maddi, istərsə də mənəvi 
baxımdan İran da güclü ola bilər. Osmanlı torpağı genişdirsə, İran ondan 3 qat 
böyük ola bilər. Bunun üçün də “arilik ocağı və arilik mərkəzi” yaradılmalıdır. 
Bu mərkəz və ocaq ətrafına fars və digər əcəmilər, savaşçı kürdlər, igid lurlar 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
44 
və bəluclar, döyüşçü kiləklər, çalışqan və açıqgöz ermənilər, əfqanlar və hin-
distanlılar və bütün ari irqindən olan millətlər toplanmalı və birləşməlidirlər”. 
Turançılığın  çevrəsində  belə  bir  “aryanizm  ocaqları”  yaratmaq  kimi  fikirləri 
xəyal  adlandıran  Mirzə  Bala  yazır:  “Ermənilər  bulunduqları  tarixi,  dini  və 
mədəni  özəllikləri  ilə  İslam  və  Şərq  mədəniyyəti  çərçivəsinin  xaricindədirlər. 
Ari qövmlərindən sayılan ruslarla farsların birləşməsi nə qədər mümkündürsə, 
ermənilərlə farsların birləşməsi də bir o qədər mümkündür, hələ əksəriyyəti 
heç də ari sayılmayan... qövmlərin “Ari dənizi”nə çağırılması havada bina yap-
maq qədər bir xəyaldır. Onlar panaryanizmi gücləndirmək istərkən məqsədləri 
tamamilə  başqa bir məsələdir”. Bu məqsədlə  onlar Qafqazdakı kimi  Türkiyə 
və Güney Azərbaycanda da türkləri qıraraq, Ermənistan yaratmaq istəyirdilər. 
Həmçinin bu məqsədlə ermənilər bir “Böyük Ermənistan” xəritəsi yaradaraq 
bu  xəritəyə  Ermənistanı,  Trabzon    və  Qara  dənizdən  Aralıq  dənizinə  qədər 
olan əraziləri, Azərbaycanın Gəncə şəhərindən başlayaraq Kür çayı ilə Xəzər 
dənizinə  qədər  uzanan  ərazilərini,  Salyan,  Muğan,  Mil,  Qarabağ,  Zəngəzur, 
Gəncə qəzasının dağlıq hissəsini, Naxçıvan ilə Ordubadı, Güney Azərbaycanda 
isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Xoy, Maku, Səlmas və Urmiya ərazilərini 
daxil etmişlər. Bütün bunlarla ermənilərin xüsusi bir məqsəd güddükləri açıq-
dır. Birinci Dünya müharibəsinin son illərində Maku, Xoy və Urmiya tərəflərində 
ermənilərin rus ordusunun istilasından yararlanaraq törətdikləri soyqırımı hələ 
də Urmiya gölünün ətrafında yaşayan türklərin xatirindən çıxmamışdır. “Urmiya 
fəlakəti” deyə anılan bu qanlı faciələrdə öldürülən müsəlmanların sayı sayılma-
yacaq qədər çoxdur. Bu soyqırımı, əlbəttə, “Böyük Hayıstan” planı ilə bağlı bir 
hərəkat idi. Urmiya-Xoy faciələrinin yalnız “Daşnaksütyun” partiyasının ənənəvi 
milli siyasəti ilə bağlı olduğunu, ermənilərin İran inqilabında da eyni məqsədlə 
Urmiya, Xoy, Maku və Təbriz ətrafında müstəqil bir erməni dövləti yaratmaq 
məqsədilə iştirak etdiklərini qəti şəkildə söyləyə bilərik [6, s.6-22].  
“Daşnaksütyun” partiyasının İrandakı ideoloji və siyasi fəaliyyətini hərtərəfli 
şərh edən Mirzə Bala göstərir ki, indi də o, “şeytana papaq tikən Tehran diplo-
matlarına “Şahnamə” oxutmaq və paniranizm damarlarına basmaqla “yeni bir 
papaq” tikmək istəyir. Onun bu yolla əldə etmək istədiyi şey bəllidir: İranın Şərq 
yönünü  Qərbə  və  Şimala  çevirmək  sayəsində  İran  ilə  türk  dünyası  arasında 
yeni qanlar axıtmaq yolu ilə Avropa dövlətlərinin himayəsinə sığınaraq “Böyük 
Ermənistan”ı yoxdan yaratmaq [6, s.6-22]. 
M.B.Məmmədzadə daşnakların mifik “Böyük Ermənistan” yaratmaq xülyası 
ilə İranda, Misirdə, Yaxın Şərq və Avropa ölkələrində müxtəlif mətbuat orqan-
ları vasitəsilə apardıqları ideoloji təbliğatı əsaslı olaraq sayıqlama adlandırır və 
yazırdı ki, bu cür “sayıqlamalarda məntiq aranmaz”, çünki beynin qeyri-şüuri 
fəaliyyətindən sayıqlama xəstəliyi doğar [9, s.268-269]. 
Həmişə  “erməni  məsələsi”ni  gündəmdə  saxlayan  M.B.Məmmədzadə  “Le-
nin  milli  siyasəti”  əsərində  ermənilərin  sovet  dövründəki  fəaliyyətlərini  də 
bütün  incəliklərinə  qədər  tədqiq  edərək  göstərmişdir  ki,  Azərbaycanda  “az-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə