Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   2   3   4   5   6   7   8   9   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
12 
sistemlərin  yaradılması,  enerji  təhlükəsizliyi,  fərd-cəmiyyət  münasibətlərinin 
yeni məzmunlu bağlılığını təmin edən idarəetmə texnologiyalarının hazırlan-
ması ön plana çıxmaqdadır. Sadalanan bütün məsələlər elmi yanaşmaları xü-
susi olaraq aktuallaşdırmışdır.
Təsadüfi deyil ki, bəzən müasir tarixi mərhələni “qloballaşma dövrü” ifadəsi 
ilə  yanaşı,  “permanent  elmi-texniki  inqilab  dövrü”  ifadəsi  ilə  də  xarakterizə 
edirlər. Qloballaşma adlanan prosesin əsasında məhz elmi-texniki tərəqqinin 
keyfiyyətcə yeni məzmun qazanmış mərhələsi dayanır. Artıq qloballaşma yeni 
motivasiya  sisteminə  malik  olan  özünəməxsus  hərəkətverici  gücə  sahibdir. 
Bu kontekstdə nəzərə almalıyıq ki, texnoloji sahələrdə meydana gələn Qərb 
məzmunlu  sivilizasiyanın  hazırda  regional  sivilizasiyaların  mənəvi  ruhu  və 
intellektual  potensialı  ilə  zənginləşməsinə  ehtiyac  yaranmışdır.  Son  dövrlər 
nüfuzlu  beynəlxalq  təşkilatların  qəbul  etdiyi  strateji  xarakterli  proqramlarda 
bunun aydın izlərinə rast gəlmək mümkündür. Misal olaraq, Avropa Birliyinin 
“Horizon-2020”  proqramını  nümunə  göstərə  bilərik.    Belə  görünür  ki,  artıq 
dünyada bütün planeti idarə etməyə qadir qlobal sistem yaratmaq cəhdləri 
mövcuddur.  Qloballaşma  problemləri  üzərində  araşdırmalar  aparan  alimlər 
belə  hesab  edirlər  ki,  hazırda  baş  verən  qlobal  dəyişikliklər  dünyanın  köklü 
transformasiyası ilə bağlıdır. Cəmiyyətlər özlərini yenidən təşkil edirlər. Həyat 
tərzinin əsasları dəyişir. Sosial institutların qurulma mexanizmləri və fəaliyyət 
məzmunu yeniləşir. 
Bu izahlardan belə bir nəticəyə gəlmək olar ki, qloballaşma dövründə el-
min  inkişafına  qlobal  informasiya  mübadiləsi  prosesi  kimi  də  baxmaq  olar. 
Azərbaycan  elminin  inkişaf  perspektivləri  üzərində  məhz  həmin  kontekstdə 
düşünmək  lazımdır.  Hesab  edirik  ki,  qloballaşma  kontekstində  Azərbaycan 
elminin mövcud problemlərinə ilk növbədə aşağıdakı istiqamətlərin qarşılıqlı 
əlaqəsində yanaşmaq lazımdır:
1.  Sovet  ideoloji  sistemindən  qaynaqlanan  poblemlərin  həlli  (siyasi-ideoloji, 
sosial-iqtisadi və mədəni-mənəvi mühitlərdən yeni sistemlərə transforma-
siya problemləri);
2. XXI əsrdə qloballaşmanın dünya qarşısında yaratdığı çoxsaylı və mürəkkəb 
problemlərin mövcudluğu;
3. Müstəqillik dövrünə keçiddə Azərbaycan üçün yaradılmış Dağlıq Qarabağ 
probleminin və onun doğurduğu sosial və mənəvi-psixoloji problemlərin 
mövcudluğu. 
Qloballaşma şəraitində Azərbaycan elminin qarşısında duran problemlərin 
həlli yuxarıda sadaladığımız məsələlərin bir-biri ilə qarşılıqlı əlaqədə araşdırıl-
masından, həlli yollarının müəyyənləşdirilməsindən bilavasitə asılıdır.
Azərbaycanın  qarşısında  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin ədalətli həllinə nail olmaq vəzifəsi durur. Müasir dövrdə bu kimi 
problemlərin  həlli  intellektual potensialı real elmi-mənəvi gücə çevirməkdən 
xeyli  dərəcədə  asılıdır.  Nəzərə  almaq  lazımdır  ki,  bu  münaqişə  qaçqınlıq, 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
13
köçkünlük,  sosial-iqtisadi,  mənəvi-psixoloji  apatiyalar  qismində  çoxlu  sayda 
problemlər doğurdu. Belə vəziyyətdən optimal çıxış yolu, şübhəsiz, elmi po-
tensialın təcrübəyə tətbiqindən asılıdır. Hesab edirik ki, bu sahədə alimlərimizin 
qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan həqiqətlərinin, 
milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inki-
şafıdır. Xüsusilə, “Vikipediya” (“Wikipedia”) ensiklopediyasının bu istiqamətdə 
böyük imkanları vardır. Azərbaycan həqiqətlərinin təbliğində həmin resursun 
potensialandan istifadə etmək bu gün çox aktualdır. Azərbaycan Milli Elmlər 
Akademiyasının  Rəyasət  Heyətində  qəbul  edilmiş  qərara  əsasən,  AMEA-nın 
elmi müəssisələrində viki-qruplar təşkil olunur ki, bu da ölkəmizlə bağlı mü-
hüm  əhəmiyyət  kəsb  edən  elmi  məqalə, 
kitab və digər məlumatların həmin ensiklo-
pediyada öz əksini tapmasına zəmin yaradır. 
Bununla  yanaşı,  viki-mühitdə  real  və  po-
tensial  təhlükə  mənbələrini  vaxtında  aşkar 
etmək, ölkəmizə qarşı aparılan informasiya 
müharibəsində  çevik  və  effektli  tədbirlər 
görmək, analiz etmək məqsədilə Akademi-
yanın  müvafiq  institutlarında  elmi  araşdır-
malar aparılır, monitorinqlər keçirilir.
Bu gün Azərbaycan elmi inkişaf etməkdə, 
qloballaşan  dünyanın  ümumi  ritminə  qo-
şulmaqdadır.  Azərbaycanda  elm  sahəsində 
həyata keçirilən islahatlarda elmi fəaliyyətin 
yeni əsaslarla təşkili, ölkənin intellektual re-
surslarının  səfərbər  edilməsi,  müxtəlif  elm 
sahələrinin  inkişafı,  innovativ  texnologi-
yaların  tətbiqi,  elmlərarası  əlaqələrin  daha 
da  inkişaf  etdirilməsi  və  s.  kimi  məqamlar 
xüsusi  aktuallıq  kəsb  edir.  Bu  prosesdə 
elm və texnologiyaların qloballaşması pro-
sesini  nəzərə  almaq  lazım  gəlir.  Bunun 
əlamətlərindən biri müxtəlif ölkə alimləri arasında elmi-tədqiqat nəticələrinin 
mübadiləsinin  genişlənməsidir.  Hazırda  dövlətlərarası  elmi  proqramlar  və 
layihələr çərçivəsində alimlər arasında əməkdaşlıq forması daha çox əhəmiyyət 
kəsb edir. İndi Azərbaycan alimlərinin səsi müxtəlif Avropa ölkələrindən, Ame-
rikadan,  hətta uzaq Yaponiyadan daha tez-tez eşidilir. Son illər Azərbaycanda 
müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlər və 
patentlərin sayı artmışdır. Bütün bunlar Azərbaycan elminin dünya informasiya 
proseslərinin tərkib hissəsinə çevrilməsinin nəticəsidir.  
Azərbaycan elmi qarşısında duran bu problemlərin həlli internetin, infor-
masiya-kommunikasiya  texnologiyalarının  daha  böyük  rol  oynamağa  başla-
Bu gün Azərbaycan 
elmi inkişaf etməkdə
qloballaşan dünyanın ümumi 
ritminə qoşulmaqdadır. 
Azərbaycanda elm sahəsində 
həyata keçirilən islahatlarda 
elmi fəaliyyətin yeni 
əsaslarla təşkili, ölkənin 
intellektual resurslarının 
səfərbər edilməsi, müxtəlif 
elm sahələrinin inkişafı, 
innovativ texnologiyaların 
tətbiqi, elmlərarası əlaqələrin 
daha da inkişaf etdirilməsi 
və s. kimi məqamlar xüsusi 
aktuallıq kəsb edir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə