Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə4/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   2   3   4   5   6   7   8   9   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
14 
dığı şəraitdə baş verməlidir. Məsələnin bu tərəfi də vəziyyətə xüsusi məzmun 
verir.  Dünya  elmi  mühitləri  arasında  mürəkkəb  münasibətlər  sistemi  yaranır. 
Onun  təzahürlərindən  biri  elektron  elminin  formalaşmasıdır.  Yeni  ideyalar, 
nəzəriyyələr,  metodoloji  yanaşmalar  birbaşa  internet  şəbəkəsində,  müxtəlif 
elektron  vasitələrdə  yer  ala  bilir.  Bu  da  özlüyündə  kommunikasiyada,  onun 
məzmununda  və  funksiyasında  keyfiyyət  dəyişikliklərinə  səbəb  olur.  Hətta 
vətəndaş  cəmiyyətinin  tərkib  hissəsi  olan  vətəndaş  elmi  formalaşır.  İntellekt 
ənənəvi  elmi  qurumlardan  çıxaraq  sərbəst-kütləvi  fəaliyyət  növünə  çevrilir. 
Cəmiyyətin idarə edilməsi horizontal münasibətlər sistemi çərçivəsində həyata 
keçiriləndə  elm  belə  xarakter  daşıyır.  Bu  cür  elmin  təşkili,  təbii  ki,  tamamilə 
fərqli  yanaşma  tələb  edir.  Özlüyündə  “vətəndaş  elmi”  anlayışı  tamamilə  ay-
dın olmasa da, onun perspektivdə daha geniş yayılması imkanları vardır. Bu 
xüsusiyyət elmlə təhsilin yeni səviyyədə əlaqələndirilməsini ön plana çıxarır. 
Müasir  elmdə  gedən  dəyişikliklərin 
təhlilindən  göründüyü  kimi,  virtual  dünya-
da  elmin  özünəməxsus  dinamikası  möv-
cuddur.  Eyni  zamanda,  burada  bir  sıra 
problemlərə də rast gəlinir. Məsələn, intel-
lektual mülkiyyətin qorunması, plagiatlıq və 
piratçılıqla  mübarizə,  müəllif  hüquqlarının 
qorunması,  virtual  və  fiziki  beyin  axını,  in-
tellektual  əmək  bazarının  qloballaşması  və 
s. bu kimi problemlərin həll edilməsi faktiki 
olaraq  yeni  hüquqi  və  mədəni  yanaşmalar 
tələb  edir.  Konkret  olaraq  desək,  müxtəlif 
hüquq  sistemlərinin  və  mədəniyyətlərin 
qarşılaşması prosesi baş verir. 
“Azərbaycan  2020:  gələcəyə  baxış”  İn-
kişaf  Konsepsiyasında  əksini  tapdığı  kimi, 
indi  Azərbaycanın  əsas  strateji  hədəfi  in-
tellektual  inkişaf  modelinə  əsaslanan 
biliklər  cəmiyyətinin  qurulmasıdır.  Bu  stra-
tegiya  Azərbaycan  alimləri  qarşısında  xü-
susi  vəzifələr  qoyur.  Biliklər  cəmiyyətinin 
qurulması  məhz  Azərbaycan  alimlərinin  
səylərindən,  təşəbbüskarlığından  bilavasitə 
asılıdır.  Ona  görə  də  biz  bütün  Azərbaycan  alimlərini  bu  məqsəd  naminə 
səfərbər  olmağa,  səylərini  birləşdirməyə  dəvət  edirik.  Bu,  zamanın  tələbidir. 
Azərbaycanın  gələcəyi  alimlərimizin  zamanın  çağırışına  vaxtında  və  lazımi 
peşəkarlıqla cavab vermələrindən bilavasitə asılıdır.
Yeni  dövrün  qeyd  olunan  tələblərinə  müvafiq  olaraq  hazırkı  mərhələdə 
Azərbaycan  elmi  öz  inkişafının  islahatlarla  xarakterizə  olunan  yüksəliş 
Hazırda dövlətlərarası elmi 
proqramlar və layihələr 
çərçivəsində alimlər arasında 
əməkdaşlıq forması daha 
çox əhəmiyyət kəsb edir. İndi 
Azərbaycan alimlərinin səsi 
müxtəlif Avropa ölkələrindən, 
Amerikadan,  hətta uzaq 
Yaponiyadan daha tez-tez 
eşidilir. Son illər Azərbaycanda 
müxtəlif ölkələrdən olan 
alimlərin həmmüəllifliyi ilə 
dərc edilən elmi əsərlər və 
patentlərin sayı artmışdır. 
Bütün bunlar Azərbaycan 
elminin dünya informasiya 
proseslərinin tərkib hissəsinə 
çevrilməsinin nəticəsidir.  


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
15
mərhələsinə    qədəm  qoymuşdur.  Xüsusi  qeyd  etmək  lazımdır  ki,  elmi 
fəaliyyət sahəsində müasir dövrün tələblərindən irəli gələn islahatların həyata 
keçirilməsi müxtəlif istiqamətləri özündə birləşdirən kompleks tədbirlər pla-
nıdır. İslahatlarda əsas məqsəd mövcud elmi potensialın müasir tələblərə uy-
ğun konsolidasiyası və bu sahədə optimal idarəetmənin həyata keçirilməsidir. 
Bu  məqsəd  xaricdə  və  Azərbaycanda  yaşamasından  asılı  olmayaraq  hər  bir 
azərbaycanlı alim və ziyalı qarşısında mühüm tələblər irəli sürür, onların qarşı-
sında mahiyyətcə yeni və məsul vəzifələr qoyur. 
Ölkə Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunmuş bir sıra mü-
hüm  dövlət  sənədlərində,  strategiya  və  proqramlarda  Azərbaycanın  strateji 
inkişaf xətti və bu siyasətin həyata keçirilməsində elmin rolu öz geniş əksini 
tapmışdır.  Buna  misal  olaraq,  Azərbaycanın  Milli  Təhlükəsizlik  Konsepsiyası-
nı,  Elmin  İnkişafı  üzrə  Milli  Strategiyanı, 
Azərbaycan  Respublikasında  2013-cü  ilin 
“İnformasiya-kommunikasiya  texnologiya-
ları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı-
nı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf 
Konsepsiyasını və s. kimi dövlət sənədlərini 
göstərmək  olar.  Azərbaycan  dövlətinin 
intellektual  inkişaf  modelinə  əsaslanan 
tərəqqisinin  əsas  istiqamətlərini  özündə 
əks etdirən bu sənədlər ölkədə bütün digər 
sahələrlə yanaşı, hesab edirik ki, Azərbaycan 
elmi  qarşısında  daha  çox  vəzifələr  qoyur. 
Çünki ölkə Prezidenti Azərbaycanın gələcək 
inkişafını  ənənəvi  iqtisadiyyatdan  biliklər 
iqtisadiyyatına  keçid,  insan  kapitalının  in-
kişafı,  mövcud  imkan  və  resursları  nəzərə 
almaqla  davamlı  iqtisadi  artım  və  yüksək 
sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin real-
laşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-
innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin 
artırılmasını,  innovasiya  fəallığının  yüksəldilməsini  tələb  edir.  Xüsusən,  bilik 
və  mədəniyyət  sahələri  ilə  informasiya  texnologiyalarının  inkişafı  arasında 
əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir. Bu 
istiqamətdə də Azərbaycan alimləri öz yaradıcı qüvvələrini səfərbər etmişdir. 
Bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu keçərək regionun lider 
dövlətinə çevrilmişdir. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial-
mədəni  sahə  də  yeniləşmə  ilə  ayaqlaşmalı,  hətta  növbəti  iqtisadi  sıçrayışın 
hərəkətverici qüvvəsinə çevrilməlidir. Başqa sözlə ifadə etsək, iqtisadi inkişa-
fın yaratdığı keyfiyyətcə yeni sosial-mədəni mühitin elmi reaksiyası zəruridir. 
Bu istiqamətdə işin uğurla həyata keçirilməsində məsuliyyət yalnız alimlərin 
Hazırda Azərbaycanda 
elmin inkişafı ilə bağlı 
strateji siyasətdə 
beynəlxalq elm məkanına 
inteqrasiya mühüm yer 
tutur. Azərbaycan elminin 
beynəlxalq əlaqələrinin 
yeni elmi əsaslar üzərində 
qurulması istiqamətində 
ölkə rəhbərliyinin 
müəyyənləşdirdiyi strateji 
xətt üzrə xüsusi dövlət 
proqramları həyata keçirilir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə