Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   2   3   4   5   6   7   8   9   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
16 
üzərinə düşmür. Biliklər cəmiyyəti “Elm-Təhsil-İnnovasiya” üçbucağı modelinin 
qurulmasını zəruri edir. 
Möhtərəm Prezidentimiz İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında 
təmir və yenidənqurmadan sonrakı vəziyyətlə tanış olarkən elan etdi ki, regio-
nun iqtisadi və siyasi-mədəni mərkəzi olan Azərbaycan regionun elm mərkəzinə 
də çevrilməlidir. Azərbaycan alimləri cənab Prezidentin bu çağırışını özlərinin 
elmi  fəaliyyətlərinin strateji hədəfi kimi qəbul etməlidirlər. Azərbaycanın regi-
onun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait vardır. Cənab Prezidentin 
apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan elminin maddi-texniki 
bazası gücləndirilir, infrastrukturu modernləşdirilir, alimlərin sosial müdafiəsinin 
gücləndirilməsi istiqamətində kifayət qədər əməli tədbirlər həyata keçirilir. İndi 
Azərbaycan elmi bəzi problemlərlə xarakterizə olunan böhranlı mərhələni ar-
xada qoyaraq islahatlarla xarakterizə olunan inkişaf yoluna qədəm qoymuşdur. 
Elmi infrastrukturun modernləşdirilməsi istiqamətində islahatlar son zamanlar  
Azərbaycan Milli Elmlər Akademiyasında daha geniş vüsət almışdır. 
Hazırda Azərbaycanda elmin inkişafı ilə bağlı strateji siyasətdə beynəlxalq 
elm məkanına inteqrasiya mühüm yer tutur. Azərbaycan elminin beynəlxalq 
əlaqələrinin  yeni  elmi  əsaslar  üzərində  qurulması  istiqamətində  ölkə 
rəhbərliyinin  müəyyənləşdirdiyi  strateji  xətt  üzrə  xüsusi  dövlət  proqram-
ları  həyata  keçirilir.  Bu  strategiya  Azərbaycan  elminin  gələcəyi  olan  kreativ 
təfəkkürlü intellektual Azərbaycan gəncliyi ilə dünyanın, xüsusən də Avropa-
nın gənc alimləri arasında sıx əməkdaşlığı xüsusi olaraq aktuallaşdırır. Biz elmi 
islahatların həyata keçirilməsində daha çox  intellektual gəncliyə arxalanırıq. 
Mən, eyni zamanda Azərbaycanın intellektual gəncliyini innovativ və kreativ 
təfəkkürə, yeni biliklərə və elmi nailiyyətlərə çağırıram. Biz ümid edirik ki, ya-
xın  gələcəkdə  Azərbaycan  brendini  daşıyan  elmi  informasiyanın  yaradıcıla-
rı olan innovativ təfəkkürlü Azərbaycan gəncləri dünya elminə daha aktiv və 
keyfiyyətli şəkildə inteqrasiya olunacaqlar.
Hesab edirik ki, Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin  gündən-
günə elmə artan diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellek-
tual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil 
konsolidasiya  olunacaq,  respublikanın  sosial-iqtisadi  və  mədəni-mənəvi  in-
kişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli 
töhfələrini verəcəkdir.
Mən əminəm ki, Azərbaycan alimlərinin səyləri nəticəsində elmi fəaliyyət 
sahəsində uğurlarımız bundan sonra da olacaq və Azərbacan tez bir zamanda, 
digər sahələrdə olduğu kimi, elm sahəsində də regionun liderinə çevriləcəkdir!


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
17
İstifadə edilmiş ədəbiyyat:
1.  “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli 
Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişa-
fı  üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı”nın  təsdiq 
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 4 may 2009-
cu il. 
2.  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası.  Azərbaycan  Respublikası 
Prezidentinin Fərmanı, 29 dekabr 2012-ci il. 
3.  Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı: XXI-Yeni Nəşrlər Evi, 
2005, -464 s.
4.  Mehdiyev  R.Ə.  Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. - 
Bakı: Şərq-Qərb, 2008, - 216 s. 
5.  Mehdiyev  R.Ə. Azərbaycan-2003-2008: zaman haqqında düşünərkən. - Bakı: Şərq-
Qərb, 2009,  - 240 s.
6.  Mehdiyev  R.Ə.  İctimai  və  humanitar  elmlər:  zaman  kontekstində  baxış.// 
“Azərbaycan” qəzeti, Bakı, 8 dekabr 2009-cu il.
7.  Авдулов  А.Н.,  Кулькии  А.М.  Парадигма  современного  научно-технического 
развития. М.: ИНИОН РАН, 2011.
8.  Гришунин  С.И.  Философия  науки:  Основные  концепции  и  проблемы.  М.: 
Книжный дом «ЛИБРОКОМ», 2009. - 224 с. 
9.  Иванова Н.И. Национальные инновационные системы. М.: Наука, 2002.
10. Кун Т. Структура научных революций / Пер. с англ / Сост. В.Ю. Кузнецова. М.: 
ACT, 2002. - 608 с. 
11. Лебедев С.А. Наука в глобальном мире // Общество. Государство. Политика, 
2011, № 2.
12. Эпоха глобальных перемен. Опыт философского осмысления / Под ред. проф. 
Т.И.Костиной/. М., 2004.
13. Bertrand Y. Contemporary theories and practice in education / Translated by Jean-
Marc Poisson. Madison, Wis.: Magna Publications, 1995. - 279 p. 
14. Bryant J.M. An evolutionary social science? A skeptic’s brief, theoretical and subs-
tantive // Philosophy of the social sciences. 2004, - vol. 34, - № 4, -p.451-492. 
15. Hippel E. von. Democratizing Innovation. Cambridge, Mass.: MIT Press, 2005.
16. Innovation in Global Industries: U.S. Firms Competing in a New World / Ed. by J.T. 
Matcher, D.C. Mowery. Washington, D.C.: The National Academies Press, 2008.
Akif Alizadeh
Azerbaijan science in the context of globalization: 
problems and perspectives
In the modern era, nature of the science has been changed in a globalized 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
18 
world and responsibility for more fundamental and complex solutions have 
been put on it. This stems from the rapid development of scientific informa-
tion in the context of the globalization processes, as well as of the ever chan-
ging information technologies. 
According to the article, the scientific development of Azerbaijan is in the 
process of connecting to the general rhythm of world wide globalization. In 
accordance with the requirements of the current stage of this new era, Azer-
baijani science is currently in the stage of its development, which characterized 
by the reforms. In Azerbaijan, reforms which are being implemented in the 
field of science have some nuances, which are in particular urgency. This is a 
new organization of scientific activity, mobilizing intellectual recourses of the 
country, development of the different fields of science, application of innovati-
ve technologies, creating a triangle model of “Science-Education- Innovation” 
and the further development of scientific cooperation.
Акиф Ализаде
Азербайджанская наука в контексте глобализации: 
проблемы и перспективы
В нынешнюю эпоху суть науки в глобализирующемся мире изменилась. 
На нее возложена ответственность за указание путей решения более фун-
даментальных и сложных проблем. А это, в свою очередь, в контексте про-
цессов глобализации вызвано ежедневно меняющимся, ускоренным раз-
витием научной информации, а также информационных технологий. 
В статье отмечается, что сегодня Азербайджанская наука развивается и 
приобщается к общему ритму глобального мира. В соответствии с требо-
ваниями новой эпохи, Азербайджанская наука находится на подъеме сво-
его развития и характеризуется реформами. Организация науки на новых 
основах, мобилизация интеллектуальных ресурсов страны, развитие раз-
личных  научных  направлений,  применение  инновационных  технологий, 
создание модели “Наука-Образование-Инновация”, дополнительное раз-
витие международных научных связей и т.п. являются основными направ-
лениями в ходе реформ, осушествляемых в Азербайджане в сфере науки. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə