Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə7/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   2   3   4   5   6   7   8   9   10   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
22 
gücləndirməyə çalışır və bu səbəbdən təriqətlər arasında güclü rəqabət gedir. 
Digər xüsusi önəm verilməsi gərəkən məsələ isə Dağıstanda cərəyan edən 
hadisələrin Azərbaycana, xüsusilə də şimal bölgəsində yerləşən rayonlara cid-
di təsir etməsi və bu məsələnin gələcəkdə ölkədəki dini duruma mənfi təsir 
göstərməsi ehtimallarının artmasıdır. Hazırda radikal dini qruplaşmalar Dağıs-
tanda aktiv fəaliyyət göstərir, bölgə tez-tez müxtəlif terror hadisələrinin şahidi 
olur və bəzi hallarda gərginlik özünü şimal sərhədlərimizdə də göstərir. Qonşu 
ölkədə cərəyan edən dini proseslərin Azərbaycana da müəyyən təsir etməsi 
şübhəsizdir. Biz bu problemləri çox ciddi siqnal kimi qəbul etməli, gələcəkdə 
bu cür xoşagəlməz hadisələrin yaşanmaması üçün indidən düşünülmüş həll 
yolları tapmalı və zəruri addımlar atmalıyıq. Əgər indidən qabaqlayıcı tədbirlər 
həyata keçirilməsə və zərərli tendensiyaların 
qarşısı alınmasa, daha ciddi problemlər ya-
şaya bilərik. 
Hazırkı  vəziyyət  Azərbaycandakı  dini 
təşkilat  və  qurumların  bu  proseslərin 
qarşısının  alınmasında  və  dövlət-din 
münasibətlərinin  Azərbaycanın  dövlət  ma-
raqlarının  təmin  olunması  baxımından 
tənzimlənməsində  kifayət  qədər  işlərin 
görülmədiyini  göstərir.  Reallıq  ölkə  din-
darlarının  çoxunun  Qafqaz  Müsəlmanları 
İdarəsinin  fətva  və  göstərişlərinə  deyil, 
Azərbaycanda və xaricdə fəaliyyət göstərən 
müxtəlif dini qruplaşmaları təmsil edən dini 
liderlərin təlimatlarına tabe olduğunu göstərir. Bunun əsas səbəblərindən biri 
din xadimlərinin biliklərinin və intellektual səviyyəsinin qənaətbəxş olmama-
sı, onların dini maarifləndirmənin aparılmasında fəal iştirakdan daha çox yas 
mərasimləri  vasitəsilə  qazanclarını  artırmağa  üstünlük  vermələridir.  Hazırda 
din xadimi dedikdə insanların ağlına daha çox yas mərasimlərində özlərinin 
hamıdan ağıllı olduğunu sübut etməyə çalışan, geyim və danışıq tərzinə önəm 
verməyən, intellektual səviyyəsi aşağı olan və heç bir sağlam məntiqə uyğun 
gəlməyən rəvayətlər danışan insanlar gəlir. Bütün bunlar din xadimlərinə qarşı 
inam və etibarı zədələyir. Əslində, cəmiyyət onların bu məsələlərdə daha aktiv 
olmasını gözləyir. 
Həmin  problemlərin  aradan  qaldırılması,  itirilmiş  inam  və  etibarın  bərpa 
olunması üçün ilk növbədə din xadimlərinin intellektual səviyyəsinin qaldırılma-
sına, onların bilik və bacarıqlarının artırılmasına, mütərəqqi fikirləri əks etdirən 
dini ədəbiyyatın nəşrinə xüsusi önəm verilməlidir. Radikal dini qruplaşmaların 
məscidlərdə deyil ayrı-ayrı yerlərdə təbliğat aparmaları nəzərə alınaraq sağlam 
dini  maarifləndirmənin  onları  da  əhatə  etməsi  üçün  yollar  axtarılmalıdır.  Bu 
məsələlərdə kütləvi informasiya vasitələri də aktiv olmalı, geniş maarifləndirmə 
işləri aparmalı və məsələlərə dövlət maraqları baxımından yanaşmalıdırlar. 
Reallıq göstərir ki, son dövrlər müəyyən qurumların dini maarifləndirmənin 
Həmin problemlərin aradan 
qaldırılması, itirilmiş inam və 
etibarın bərpa olunması üçün 
ilk növbədə din xadimlərinin 
intellektual səviyyəsinin 
qaldırılmasına, onların bilik və 
bacarıqlarının artırılmasına, 
mütərəqqi fikirləri əks etdirən 
dini ədəbiyyatın nəşrinə xüsusi 
önəm verilməlidir. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
23
aparılması və radikallıq meyillərinin qarşısının alınması məqsədilə həyata ke-
çirdiyi tədbirlər kifayət qədər səmərəli olmamış və xarici dini təsirlərin qarşısını 
ala bilməmişdir. Hazırda Türkiyə, İran və bir sıra ərəb ölkələri Azərbaycanda dini 
duruma ciddi şəkildə təsir etmək imkanlarına malikdirlər. Bu problemləri ara-
dan qaldırmaq üçün ilk növbədə belə halların baş vermə səbəbləri və yaran-
masına şərait yaradan amillər diqqətlə araşdırılmalı və öyrənilməlidir. Gənclərin 
bu təsirlərdən qorunması, radikalizm meyillərinin qarşısının alınması üçün bü-
tün imkanlar səfərbər edilməli, daha effektiv üsullar düşünülməli, daha sistemli 
və səmərəli işlər görülməli və zəruri qabaqlayıcı addımlar atılmalıdır. 
Bu problemlərin qarşısını fətva, seminar və konfranslarla almaq mümkün 
deyil. Zərərli təsirlərə məruz qalmış gənclərin çoxu bu fətvaları qəbul etmir və 
həmin tədbirlərdə iştirak etmirlər. Eyni zamanda, qarşılıqlı ittihamlar vəziyyəti 
daha  da  gərginləşdirir.  Burada  inzibati  tədbirlərdən  daha  çox  geniş  və  sis-
temli  maarifləndirmə  işlərinin  həyata  keçirilməsinə  böyük  ehtiyac  var.  Ölkə 
vətəndaşlarının  bütün  təbəqələrini  əhatə  edən  təbliğat  planı  hazırlanmalı, 
zəngin  biliklərə  malik  din  xadimləri,  elm  adamları  və  ziyalılar  bu  proseslərə 
cəlb olunmalı, dindarları narahat edən məsələlər, həmçinin sosial problemlər 
diqqətlə öyrənilməli və onların həlli istiqamətində zəruri addımlar atılmalıdır.
Eyni  zamanda,  aidiyyəti  dövlət  qurumları  gənclərin  xarici  təsirlərə  məruz 
qalmasının  qarşısının  alınması,  bu  fəaliyyətlə  məşğul  olan  şəbəkələrin  ifşa 
olunması  üçün  bütün  imkanlarını  səfərbər  etməlidirlər.  Bu  məsələdə  dövlət 
qurumları ilə yanaşı ictimai təşkilatlar, ziyalılar, dinşünas və ilahiyyatçı alimlər, 
o  cümlədən  ölkə  vətəndaşları  yaxından  iştirak  etməli,  bu  problem  hər  bir 
Azərbaycan  vətəndaşını  düşündürməli,  gənclərlə  daha  aktiv  və  intensiv  iş 
aparılmalı, onların sosial problemlərinin həlli istiqamətində tədbirlər daha da 
gücləndirilməlidir. 
İstifadə edilmiş ədəbiyyat:
1.  Али  Тарик.  Столкновение  цивилизаций:  Крестовые  походы,  джихад  и 
современность/ Тарик Али; пер. с анг. Старосты A.B./. М.: Астрель: ACT, 2006.
2.  Арипов  М.  К.  Социальный  идеал  ислама:  миф  и  реальность.  -Ташкент,  1988,  
-117 с.
3.  Добаев И.П. Исламский радикализм: генезис, эволюция, практика. -Ростов н/Д, 
2003.
4.  Игнатенко А. Исламский радикализм как побочный эффект “холодной войны” 
// Центральная Азия и Кавказ. Лулео, 2001.
5.  Кирбаев Н. С. Социальная философия мусульманского Востока. -М., 1987, -173 с.
6.  Ланда Р.Г. Политический ислам: предварительные итоги. М.: ИБВ, 2005.
7.  Муминов А. Традиционные и современные религиозно теологические школы 
в Центральной Азии // Центральная Азия и Кавказ. — Лулео, 1999. -№ 4(5).
8.  Ханбабаев К.М. Исламоведение на Кавказе // Этнополитические исследования 
на Северном Кавказе: состояние, проблемы, перспективы. -Махачкала, 2005.
9.  Хантингтон С. Столкновение цивилизаций?//Полис. -1994. -№1.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə