Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə9/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
29
verən sosial modelin qurulması, heç şübhəsiz ki, bu nailiyyətlərin ən mühümü-
dür. 
Cəmiyyətin sosial modelinin müəyyənləşməsində əhalinin sosial tərkibi, icti-
mai həyatın sosial strukturunun xarakteri əhəmiyyətli rol oynayır. Müəyyən so-
sial qrupa mənsub olmaları sayəsində insanlar cəmiyyətdə özlərinin çoxtərəfli 
funksiyalarını  daha  dolğun  yerinə  yetirə  və  bir  sıra  ümumi  sosial  əlamətlər 
əsasında bir araya gələ bilirlər. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə 
deyil, həm də peşə, etnik, ərazi, demoqrafik, dini və s. göstəricilər üzrə təşkil 
olunurlar. 
Cəmiyyətin sosial strukturu anlayışı isə öz məzmununa görə sosial tərkib 
anlayışından  daha  geniş  və  dolğun  xarakter  daşıyıb,  təkcə  əhalinin  sosial 
birliklərinin müxtəlif nisbətlərini göstərməklə kifayətlənmir. Onun məzmununa 
sosial sistemə daxil olan yarımsistemlərin və elementlərin nisbi sabit düzülüş 
qaydası, bir-birilə qarşılıqlı münasibətləri, oynadıqları funksional rol da daxildir.
Heydər  Əliyevin  müdrikliyi  onda  idi  ki,  o,  keçmiş  sovet  ideologiyasından 
yenicə  ayrılıb  xaotik  şəkildə  özünüaxtarış  dövrünü  yaşayan,  mürəkkəb  sosi-
al tərkib və struktura malik cəmiyyətimizi vahid milli ideya ətrafında bir araya 
gətirə, ictimai həyatımızdakı xaos, qaragüruh elementlərini və bu kimi meyillərin 
milli dövlətçiliyimiz üçün doğurduğu təhdidləri aradan qaldıra bilmişdi. 
Milli ideya və ideologiyanın Heydər Əliyev zəkasının işığında ictimai şüura 
düzgün təqdim olunması cəmiyyətimizi primitiv etnik millətçilikdən uzaqlaşdır-
mış, mənşəyindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan 
vətəndaşlarının dəyərlərini özündə ehtiva edən pozitiv, milli-mədəni vətəndaş 
vətənpərvərliyi sisteminin inkişafına təkan vermişdir. 
Müasir  dünyanın  modernləşmə  fəlsəfəsinin  görkəmli  tədqiqatçılarından 
olan akademik Ramiz Mehdiyev bu barədə yazmışdır: “Ərazi bütövlüyünü qo-
ruyub saxlamaq üçün milli ideya dil, etnik və konfessional fərqlərdən asılı olma-
yaraq ölkənin bütün əhalisinin mənafeyini nəzərə almalıdır” [9, s.138]. Heydər 
Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin qayəsini əks etdirən belə bir ya-
naşma qloballaşma şəraitində hər bir müstəqil dövlət üçün böyük əhəmiyyət 
daşıyır. Çünki qloballaşma şəraitində bəzi böyük dövlətlər, kimisi bütün dünya, 
kimisi  isə  ayrıca  bir  bölgə  üzərində  nəzarət  uğrunda  təsir  vasitələri  tapmaq 
üzrə apardığı mübarizədə kosmopolitizm, kənardan sırınmış demokratiya, et-
nik, dini qarşıdurma ideyalarından istifadə edir, hər cür separatçılıq formaları-
nı dəstəkləyir, bunu yeni dünya nizamına doğru hərəkət kimi qələmə verirlər. 
Heydər Əliyevin bu sahədə müəyyən etdiyi yanaşma isə ifratçılıqdan, kosmo-
politizmin radikal formalarından və radikal separatçılıqdan, son nəticədə xarici 
müdaxilələrdən qorunmaq üçün konseptual əsas yaradır.
Akademik  Ramiz  Mehdiyev  “Gələcəyin  strategiyasını  müəyyənləşdirərkən: 
modernləşmə  xətti”  məqaləsində  Heydər  Əliyevin  müstəqil  Azərbaycan 
dövlətinə  rəhbərliyi  dövrünün  siyasi-fəlsəfi  xarakterindən  çıxış  etməklə  doğru 
olaraq göstərir ki, “...Milli tariximizin bu dövrü milli dövlətçilik qurulması üçün 
o vaxt zəruri olan qətiyyətli, etatist yanaşmanın əsası, başlıca mənbəyi olmuş, 
bu  yanaşmanın  bazis  konsepti  isə  Azərbaycan  cəmiyyətinin  siyasi,  iqtisadi  və 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
30 
sosiomədəni  modernləşməsinin  prioritet  komponenti  kimi  realpolitik  çıxış  et-
mişdir. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kli-
yentalist qrupların eksperimentlər aparması üçün sınaq meydanı kimi baxanların 
siyasi romantizmə və bəsirətsizliyə əsaslanan bütün cəhdlərinin üstündən qələm 
çəkdi” [8, s.8]. Dünyanın kifayət qədər gərgin, mürəkkəb xarakterə malik Qaf-
qaz regionunda bir türkdilli ölkənin qazandığı bu nailiyyətlər, heç şübhəsiz ki, 
ilk növbədə Ulu Öndərin tapındığı “Vətəndə sülh, regionda sülh, dünyada sülh” 
prinsipinə əsaslanırdı. Bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən 
biri  olan  Qafqaz  etnodil,  etnodemoqrafik,  etnososial,  etnomədəniyyət  və  et-
nik baxımdan, həqiqətən dünyanın unikal bölgələrindən sayılır. Qafqaz geosi-
yasi mövqeyinə görə də Şərqlə Qərb, Cənubla Şimal arasında mühüm strateji 
məkanda  yerləşir.  Müasir  mərhələdə  -  XXI  əsrin  başlanğıcında  Qafqaz  dünya 
siyasətində geostrateji bölgə kimi daha önəmli yer tutmaqdadır. Tarixən də Qaf-
qaz böyük imperiyaların, aparıcı dövlətlərin maraq və mənafelərinin kəsişdiyi, 
toqquşduğu bölgələrdən biri olmuşdur. Zəmanəmizdə də Qafqaz regionu dün-
yanın  aparıcı  dövlətlərinin  milli  maraqlarının,  dövlət  mənafelərinin  kəsişdiyi 
coğrafi məkanlar içərisində öncüllərdəndir. Çünki Qafqaz regionu Asiya ilə Av-
ropanı  iqtisadi  və  mədəni  cəhətdən  bir-birinə  qovuşduran,  inteqrasiyaya  yar-
dım  edən  körpü  rolunu  oynayır.  Bu  mənada  Qərb  və  Şərq  sivilizasiyalarının 
bir-birinə inteqrasiyasında, qoca Şərqin qədim və zəngin klassik mədəni irsinin 
Qərbin yeni, müasir texnologiyaları ilə daha da zənginləşməsində Avropa-Qaf-
qaz-Asiya nəqliyyat dəhlizi müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, Xəzər 
dənizindəki karbohidrogen ehtiyatlarının, Orta Asiya və Qazaxıstan xammalının, 
hazır məhsullarının Qərbə nəqlində Qafqaz bölgəsi həlledici rola malikdir. Bü-
tün bunları nəzərə alan ABŞ-ın və Qərb dövlətlərinin Qafqaz siyasətində Cənubi 
Qafqaz respublikalarının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, bu 
regionda demokratiyanın və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına, Şi-
mali Qafqazda qeyri-sabitliyin aradan qaldırılmasına, Qafqaz dövlətlərinin Qərbə 
inteqrasiyasına, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına və in-
kişaf etdirilməsinə, nəhayət, Xəzərin enerji ehtiyatlarının Qərbə nəqlinə yardım 
göstərilməsi əsas yer tutur. 
Bu da inkarolunmaz həqiqətdir ki, Qafqaz mürəkkəb etnik münaqişələrin 
çoxluğu  və  miqyası  baxımından  da  unikal  coğrafi  məkanlardan  biridir.  Belə 
bir şəraitdə dünyanın ən qaynar nöqtələrindən birinə çevrilən Qafqazda sülh, 
təhlükəsizlik, sabitlik təkcə region ölkələri üçün deyil, bütövlükdə Asiya və Av-
ropa ölkələri üçün də faydalı və əlverişli olub həyati əhəmiyyət daşıyır. Qaf-
qazda sülhü və sabitliyi təmin etmədən Şərqlə Qərb, Cənubla Şimal arasında, 
həmçinin region ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və mədəni inteqrasiya-
sından söhbət gedə bilməz. Bütün bu tarixi, ictimai-siyasi, iqtisadi və mədəni 
amillər  deməyə  əsas  verir  ki,  “Qafqazda  sülh,  bölgədə  sülh,  dünyada  sülh!” 
modeli bu gün beynəlxalq aləmi düşündürən başlıca amillərdən, dünyanı na-
rahat edən qlobal problemlərdəndir. 
Ötən  əsrin  90-cı  illərinin  ortalarından  etibarən  Qafqazda  sülhün,  əmin-
amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın əsas təminatçısı 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə