Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə96/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   88   89   90   91   92   93   94   95   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
251
lı  olaraq  burada  ilk  növbədə  A.O.Makovelskinin  xidmətləri  qeyd  edilir,  daha 
sonra  Ə.Şakirzadə,  Ə.K.Zəkuyev,  H.Hüseynov,  S.Rzaquluzadə,  Ş.İsmayılov  və 
F.F.Qasımzadənin yaradıcılıqları təhlil olunur.
Bu tədqiqatların diqqət mərkəzində əsasən Azərbaycan fəlsəfi fikrinin klas-
sik mərhələsi durmuşdur. Demək olar ki, bu cür tədqiqatlar Azərbaycan fəlsəfi 
məktəbinin yaranması və təşəkkül tapmasında olduqca mühüm rol oynamışdır. 
Vətən  tarixi,  dili,  elmi,  həyat  tərzi,  düşüncə  istiqaməti  daima  tədqiqatçıların 
diqqət  mərkəzində  olmalı  mövzulardır.  Z.Göyüşovun  bu  əsərinin  böyük 
əhəmiyyəti ondadır ki, burada XX əsrin əvvəllərindən 70-ci illərə qədərki fəlsəfi 
irsimiz ardıcıl şəkildə, bütün mümkün vasitələrlə tədqiqata cəlb edilməklə ətraflı 
təsvir edilmişdir. Böyük səy və zəhmətin məhsulu olan bu əsər, heç şübhəsiz, 
ziddiyyətli  məqamlardan  və  səhvlərdən  də  azad  deyil.  Lakin  bütövlükdə 
bu  kitab  əsasında  xronoloji  ardıcıllıqla  bir  çox  fəlsəfi  ideyalara  Azərbaycan 
siyasətçilərinin, ziyalılarının, alimlərinin münasibətini öyrənmək olar. 
Ən  əsası  isə  odur  ki,  bu  gün  artıq  dünya  fəlsəfi  irsinə  qovuşmuşuq, 
Azərbaycan və Şərq bölgəsi fəlsəfəsinə, onun tarixinə yiyələnmişik, ehkamlara 
meyil salanda dünyagörüşümüzün necə təhrif olunmasını müşahidə etmişik və 
atdığımız bir çox səhv addımlardan xəbərdar olmuşuq.
Hesab edirik ki, müasir dövrün tədqiqatçılarının əsas vəzifəsi bir çox fakt-
lara, hadisələrə və proseslərə yenidən, bugünkü prizmadan yanaşaraq qiymət 
vermək,  bunları  ümumdünya  mənəvi  prosesləri  fonunda  (istər  o  zamankı, 
istərsə də bugünkü) izləmək və nəticələr çıxarmaqdır. Belə tədqiqatın aparılma-
sı bir çox çətinliklərə qarşı çıxıb, onlara tab gətirmək deməkdir. Burada söhbət 
əsasən cəmiyyətdə alimin mövqeyi, statusu, onun yaşadığı sosial idealları və 
dəyərləridir. Bu mənada Z.Göyüşovun obyektivliyi şübhəsizdir, baxmayaraq ki, 
o da öz zəmanəsinin yetirməsidir: sovet ölkəsində yaşayan adam həmin rejimə, 
onun ideyalarına qarşı çıxış edə bilməzdi.
İstifadə edilmiş ədəbiyyat:
1.  Геюшев З.Б. Философская мысль в советском Азербайджане. Краткий очерк. Баку: 
Эльм, 1979.
2.  Современная  буржуазная  философия.  /Под  ред.  А.С.Богомолова,  Ю.К.Мельвиля, 
И.С.Нарского/. М.: Высшая школа, 1978. 
3.  Маковельский А.О. Развитие философских наук в советском Азербайджане // Труды 
АГУ им. с. М. Кирова т.VI, 1948.
4.  Кочарли Ф.К. Философская наука Советского Азербайджана // “Вопросы философии”, 
1973, №4.
5.  Геюшев З.Б. Развития марксистско–ленинской философии в Азербайджане (с 1917 
до наших дней ) // Известия АН Азерб. ССР. История, философия, право, 1968, №2.
6.  М.Вебер. Смысл “свободы от оценки” в социологической и экономической науке. // 
Избранные произведения. //http://www.gumer.info


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
252 
Vusala Musaeva
Philosophycal-historical researches in modern Azerbaijan  
This  article  discusses  the  main  approaches  to  the  analysis  of  scientific 
development philosophy of Azerbaijan in the 20-50s of the twentieth century. 
It  was  established  that  in  Soviet  period  the  basis  for  these  developments 
has  been  the  Marxist  approach  to  the  study  of  philosophical  problems.  At 
the same time these studies laid the foundation of philosophical schools in 
Azerbaijan and played an important role in its further development. In this 
respect, notably the role of philosophy in the study of the history of this period, 
Azerbaijan Prof. Z. Geyushev. In his writings, he consistently and methodically 
develops urgent problems of philosophical studies, revealing the characteristic 
features here. In his works one can trace the history of the development not 
only of philosophical ideas, but also the history of political, spiritual and moral 
development of the country during this period. The task of researchers - to 
continue this work today.
Вюсаля Мусаева 
Философски-исторические исследования в современном 
Азербайджане
В  данной  статье  рассматриваются  основные  подходы  к  анализу  на-
учных философских разработок в Азербайджане в 20-50-е годы ХХ века. 
Установлено,  что  в  советский  период  в  основе  данных  разработок  ле-
жит  марксистский  подход  к  исследованию  философской  проблемати-
ки.  Вместе  с  тем,  подобные  исследования  заложили  основу  современ-
ной философской школы в Азербайджане и сыграли большую роль в ее 
дальнейшем развитии. В этом отношении особо следует выделить роль 
в изучении истории философии Азербайджана указанного периода про-
фессора З. Геюшева. В своих трудах он последовательно и методично раз-
рабатывает  актуальные  проблемы  философских  исследований,  выявляя 
здесь характерные особенности. В его произведениях можно проследить 
историю развития не только философских идей, но и историю политиче-
ского, духовно-нравственного развития страны в указанный период. За-
дача исследователей – продолжить данную работу и сегодня.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
253
Jurnal haqqında
“STRATEJİ  TƏHLİL”  jurnalı  2010-cu  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Strateji  Araşdırmalar  Mərkəzi  tərəfindən  təsis  edilmişdir.  Azərbaycan 
Respublikasının  Ədliyyə  Nazirliyində  3236  qeydiyyat  nömrəsi  ilə  dövlət  reyestrinə 
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata 
alınmış  (ISSN  2078-8037)  və  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix, 
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi 
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat, 
hüquq,  beynəlxalq  münasibətlər,  fəlsəfə,  sosiologiya  və  psixologiya  kimi  ictimai  və 
humanitar  elm  sahələrinin  ümumkonseptual  məsələlərini  elmi-metodoloji  cəhətdən 
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, 
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik 
tələblərə  cavab  verməlidir.  Elmi  məqalənin  “Giriş”  hissəsində  mövzunun  aktuallığı 
əsaslandırılmalı,  “Mətn”  hissəsində  tədqiq  edilən  məsələlər,  qaldırılan  problemlər 
bölmələr  üzrə  ətraflı  şərh  edilməli,  “Nəticə”  hissəsində  elm  sahəsinin  və  məqalənin 
xarakterinə  uyğun  olaraq  müəllifin  gəldiyi  elmi  qənaət,  işin  elmi  yeniliyi,  tətbiqi 
əhəmiyyəti,  iqtisadi  səmərəsi  və  s.  aydın  şəkildə  verilməli,  təklif  və  tövsiyələr  irəli 
sürülməlidir. 
1. 
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya  təqdim  edilən  məqalələr  Ali  Attestasiya  Komissiyasının  dövri  elmi 
nəşrlərin  qarşısında  qoyduğu  tələblərə  (http://aak.gov.az)  və  Strateji  Araşdırmalar 
Mərkəzinin qaydalarına (www.sam.gov.az) tam cavab verməlidir.  
1) 
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:

UOT indekslər və ya PACS tipli kodlar;

“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, 
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”; 

“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 5 söz və söz birləşməsindən az 
olmayaraq), 

“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat 
siyahısı” 

“Xülasə”  (Azərbaycan,  ingilis  və  rus  dillərində  -  6-7  cümlədən  az  olmayaraq) 
göstərilməlidir.
2)  Əlyazmaların  mətni  Microsoft  Office  Word  proqramında  A4  (210  x  297mm) 
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, 
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır. 
3)  Məqalənin  başlığı  böyük  hərflərlə,  yarımbaşlıqları  isə  yalnız  ilk  hərfi  böyük 
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
254 
olmaqla,  qalın  şriftlə  və  nömrələndirilərək  yazılmalıdır.  Başlıq  və  yarımbaşlıqlardan, 
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara 
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ 
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl 
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl 
və  şəkillərin  başlıqları  ilk  hərfləri  böyük  olmaqla  qalın  şiriftlə  yazılmalıdır.  Cədvəlin 
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl  və  şəkillər  biri-birini  təkrarlamamalı,  göstəricilər  Beynəlxalq  vahidlər 
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, 
onlar nömrələnməli,  “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, 
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar  Microsoft  Equation-də  standart  parametr  ilə  yığılmalıdır.  Əlyazmada 
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, 
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. 
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın 
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra 
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. 
5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.
6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin 
sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən 
ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə 
nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda 
istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında 
verilən  hər  bir  istinad  haqqında  məlumat  tam,  dəqiq  və  orjinalın  dilində  olmalıdır. 
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi 
məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər 
nüfuzlu  elmi  tədbirlərin  materiallarına  və  ya  tezislərinə  istinad  edərkən  məqalənin, 
məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri 
verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 
“Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş 
ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş 
ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
a)  Kitablar:
  Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012, 
-476 s.
b) Jurnallar:
  Şixəliyev  E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil” 
jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45. 
c)   Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):
   “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli 
inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının 
materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.
ç)   Dissertasiyalar və avtoreferatlar:
  Məmmədov  H.B.  Azərbaycan  Respublikası  müasir  beynəlxalq  siyasi  proseslərin 
aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, - 44 s.
d)  Müəlliflik şəhadətnamələri və patentlər:
  Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50
  Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.
e)  İnternet səhfələri (internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
255
olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):
  http://www.stat.gov.az/#    (15.11.2013)  /    2013-cü  ilin  yanvar-oktyabr  aylarında 
ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
 
  Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,    
monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
  Mətndə  istifadə  edilməyən  mənbələr  “İstifadə  edilmiş  ədəbiyyat”  hissəsində 
göstərilməməlidir.
2. 
Məqalənin redaksiyaya təqdim edilmə qaydası
  Məqalənin  orijinalı  2  nüsxədə  (həmçinin  elektron  forması  kompakt  diskdə) 
tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu və elmi şurasının müvafiq 
iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya 
(AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim 
edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya 
təqdimedilmə  tarixi göstərilməlidir.
  Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni 
doldurmalıdırlar.  Göndəriş  məktubu  və  müəllif  anketinin  nümunəsini  jurnalın 
internet səhifəsindən (www.sam.az) və ya redaksiyadan götürmək olar.
  Məqalələrin  elektron  qaydada  təqdim  edilməsi  də  mümkündür.  Bunun  üçün 
müəlliflər    məqalələrini  jurnalın  elektron  poçtuna  (strateji_tehlil@sam.az) 
göndərməlidirlər.
3. 
Məqalələrin resenziyalaşdırılması və dərci
  Redaksiyaya  təqdim  edilən  məqalələr  (əlyazmalar)  mütəxəssislər  (resenzentlər) 
tərəfindən  konfedensial  olaraq  resenziyalaşdırıldıqdan  sonra  redaksiya 
heyətinin  mütəxəssis  üzvlərindən  biri  tərəfindən  çapa  tövsiyə  və  ya  təqdim 
edilir.    Resenziyalaşdırma  və  təsdiqetmə  müddəti  ümumilikdə  3  aydır.  Məqalələr 
resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə 
dərc edilir.
4. 
Müəlliflik hüquqları
  Jurnalda  dərc  edilən  məqalələrdə  müəlliflik  hüququ  qorunur  və  bu  məqalələrin 
bütün  nəşr  hüquqları  “Strateji  təhlil”  jurnalına  aiddir.  Jurnalda  çap  edilmiş 
məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı 
istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə 
göstərilmək şərti ilə yol verilir. 
  Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş 
əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
  Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.
5. 
Nəşrin müəlliflərə təqdim edilməsi
  Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.
6. 
Redaksiyanın ünvanı 
  AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. 
  Strateji Araşdırmalar Mərkəzi.
7. 
Ələqə telefonları 
  596-82-36/37 (daxili 130/137).
“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
256 
QEYD ÜÇÜN

Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə