Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
31
və alovlu təbliğatçısı, çağdaş dövrdə “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ide-
yasının və konsepsiyasının banisi və bu konsepsiyanı həyata keçirən əsas lider
missiyasını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yerinə yetir-
mişdir. Ulu öndərin bu məsələyə münasibətdə tutduğu mövqe Onun aşağıdakı
fikirlərində dəqiq şəkildə öz ifadəsini tapır: “Azərbaycanda, bütün Qafqaz regi-
onunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur.
Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz
qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində
yaşamaq istəyir” [3, s.106].
Təsadüfı deyildir ki, Gürcüstanın keçmiş prezidenti, zamanında SSRİ-nin xa-
rici işlər naziri kimi dünyanın siyasi mənzərəsinin müəyyənləşməsində aparıcı
simalardan biri kimi çıxış etmiş Eduard Şevardnadze Heydər Əliyevin Qafqaz-
dakı sülh proseslərində rolu barədə demişdir: “Prezident Heydər Əliyev Qaf-
qazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır” [10, s.7]. Hazırda
qloballaşan və qloballaşdıqca da terrordan, separatçı hərəkətlərdən, etnik
münaqişələrdən əziyyət çəkən narahat dünyamızın ən qaynar nöqtələrindən
və strateji baxımdan ən əhəmiyyətli geosiyasi məkanlarından olan Qafqazda
sülhün bütün mümkün vasitələrdən istifadə edilərək qorunması, sülh pro-
sesinin hər vasitə ilə inkişaf etdirilməsi nəticə etibarilə “Ümumdünya evi”nin
təhlükəsizliyi, ölkələrin və dövlətlərin birgəyaşayışı, əmin-amanlığı, qarşılıqlı
əməkdaşlığın iqtisadi və mədəni inteqrasiyası üçün böyük imkanların açılma-
sı Heydər Əliyevin bu istiqamətin inkişafına verdiyi tarixi töhfələrdir. Heydər
Əliyev bütün bunlara Azərbaycan cəmiyyətinin ümumi missiyası kimi baxırdı
və Ulu Öndərin cəmiyyətin sosial modelinin müəyyənləşməsində iştirak edən
ictimai qruplara həssas münasibəti, onların ictimai həyatda iştirakına aydın ba-
xışı, insanlara təlqin etdiyi dəyərlər bütün cəmiyyət üzvlərinin bu ümumbəşəri
ideyalar ətrafında birliyini təmin edirdi.
Azərbaycan dilinin zənginləşməsində, istifadə miqyasının genişlənməsində,
dövlət dili kimi statusunun möhkəmlənməsində də Heydər Əliyevin müstəsna
xidmətləri olmuşdur. O, natiqlik məharəti, dəqiq məntiqi, nurlu zəkası,
heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən bələdliyi ilə ana dilimi-
zin, nitq mədəniyyətimizin ən gözəl nümunələrini yaratmışdır. Hakimiyyətdə
olduğu bütün zamanlarda Azərbaycan dilinə üstünlük verən, bu dili Avropa
ölkələrinin və beynəlxalq təşkilatların rəsmi məclislərində səsləndirən, ölkədəki
yüksək çinli məmurları Azərbaycan dilində danışmağa məcbur edən Heydər
Əliyev gənclərə üz tutaraq Azərbaycan dilinə hörmətlə yanaşmağı, bu dilin
incəliklərini mənimsəməyi, bu dili duymağı, sevməyi onlara dönə-dönə tövsiyə
edirdi. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
2001-ci il 18 iyun tarixli Fərmanı, Prezident yanında Dövlət Dil Komissiyasının
yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30
sentyabr tarixli qanunun qəbul edilməsi, 2001-ci il avqustun 1-dən ölkədə bü-
tün yazışma və nəşrlərin latın qrafikasına keçrilməsi o dövrdə dövlət başçısının
ana dilimizə diqqət və qayğısının parlaq ifadəsi idi. Hətta Prezident Fərmanı
ilə avqustun 1-i hər il “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
32
edilir [12, s. 383]. Heydər Əliyev özünün və ölkənin ən çətin məqamlarında da
milli dəyərlərə, mənəvi sərvətlərə həmişə diqqət və qayğı ilə yanaşır, yüksək
səviyyəli əsərlərdən zövq almağı bacarırdı. Alimlər, sənət adamları, yazıçı və
şairlər də Ulu Öndəri hər zaman sevgi və səmimiyyətlə qarşılayır, sevgi və eh-
tiramlarını gizlətmirdilər.
Heydər Əliyev dinə də mədəniyyət hadisəsi kimi baxır, dünyəvi dövlət olan
Azərbaycanda vicdan azadlığının təminatçısı kimi çıxış edir, ölkə vətəndaşlarının
əksəriyyətinin müqəddəs inancı olan islamla yanaşı, Azərbaycandakı digər
dinlərin təmsilçilərinə də qayğı ilə yanaşırdı.
Heydər Əliyev bu barədə demişdir: “Dünyada bir çox böyük dinlər mövcud-
dur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək,
eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik,
düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz
dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dö-
zümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam
dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz
əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini
də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. He-
sab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı
olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət
etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü ol-
malıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir.
Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara
son qoyulmalıdır” [4, s.1, 4].
Bu yanaşmadan irəli gələrək 1999-cu ildən etibarən ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr - Tolerantlıq Günü
kimi qeyd edilməyə başlandı. Heydər Əliyev Azərbaycanda mövcud olan
dini tolerantlığı yerində görmək və nəticə çıxarmaq üçün digər dinlərin ali
rəhbərlərini vaxtaşırı ölkəyə dəvət edirdi. Azərbaycanda yüksək tolerantlıq
nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir
çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş
müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də bəyan edilmişdir. Belə
ki, Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patri-
arxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Pravoslav Kilsəsini
müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-
ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryəmin Miladı
Baş Kilsəsi də bərpa olunmuşdur.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinə
bariz nümunə kimi Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24
may 2002-ci il tarixində Azərbaycana etdiyi tarixi səfərini də göstərmək olar.
Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi
qeyd etmişdir. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət
göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik
kilsə inşa olunmuşdur.
Dostları ilə paylaş: |