Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında



Yüklə 270,22 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü270,22 Kb.
#54770


Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli 

Əlaqələndirmə Şurasının yaradılması haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

  

Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə 



sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci 

illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi 

inkişaf  üzrə  Dövlət  Proqramı”,  eləcə  də  “2008–2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət 

Proqramı”  hazırlanaraq  təsdiq  edilmiş  və  uğurla  icra  olunmuşdur. 

Azərbaycan  ötən  illər  ərzində  Minilliyin  İnkişaf  Məqsədləri  üzrə  bir  çox 

hədəfləri,  xüsusilə  insanların  sağlamlığının  qorunması,  ətraf  mühitin 

yaxşılaşdırılması,  yoxsulluğun  aradan  qaldırılması,  əhalinin  təhsil 

səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması 

üzrə mühüm nailiyyətlər əldə etmişdir. 

Respublikamız  Birləşmiş  Millətlər  Təşkilatının  üzvü  olan  dövlətlərin 

2015-ci  ilin  25–27  sentyabr  tarixlərində  keçirilən  Dayanıqlı  İnkişaf 

Sammitində  2016–2030-cu  illər  üçün  təsdiqlənmiş  Dayanıqlı  İnkişaf 

Məqsədlərinə  qoşulmuşdur.  Qarşıya  qoyulmuş  məqsəd  və  hədəflər 

dayanıqlı  inkişafın  iqtisadi,  sosial  və  ekoloji  aspektlərini  əhatə  etməklə, 

Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini 

müəyyənləşdirir. 

Dayanıqlı  İnkişaf  Məqsədlərinin  icrasının  institusional  və  siyasi 

baxımdan  kompleks  yanaşma  tələb  etdiyini  nəzərə  alaraq,  Azərbaycanda 

daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, 

sosial  sahələrin  tarazlı  inkişafının  təmin  edilməsi  üçün  səmərəli  milli  icra 

mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini  rəhbər  tutaraq,  “Dünyamızın  transformasiyası:  2030-cu  ilədək 

dayanıqlı  inkişaf  sahəsində  Gündəlik”dən  irəli  gələn  öhdəliklərlə  bağlı 

dövlət  orqanlarının  üzərinə  düşən  vəzifələrin  icrasının  əlaqələndirilməsi 

məqsədilə qərara alıram: 

1.  Aşağıdakı  tərkibdə  Azərbaycan  Respublikasının  Dayanıqlı  İnkişaf 

üzrə Milli Əlaqələndirmə Şurası yaradılsın: 

  

Şuranın sədri 

Əli Əhmədov 

– Azərbaycan Respublikası Baş nazirinin müavini 




Şuranın sədr müavini 

Şahin Mustafayev 

– Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Şuranın üzvləri: 

Tahir Budaqov 

–  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin sədri 

Hicran Hüseynova 

–  Azərbaycan  Respublikası  Ailə,  Qadın  və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin sədri 

Vaqif Əliyev 

–  Azərbaycan  Respublikası  mədəniyyət  və  turizm 

nazirinin birinci müavini 

Mahmud Məmməd-Quliyev 

–  Azərbaycan  Respublikası  xarici  işlər  nazirinin 

müavini 

Elsevər Ağayev 

–  Azərbaycan  Respublikası  səhiyyə  nazirinin 

müavini 


İdris İsayev 

– Azərbaycan Respublikası əmək və əhalinin sosial 

müdafiəsi nazirinin müavini 

Ceyhun Bayramov 

– Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Rauf Hacıyev 

–  Azərbaycan  Respublikası  ekologiya  və  təbii 

sərvətlər nazirinin müavini 

İntiqam Babayev 

–  Azərbaycan  Respublikası  gənclər  və  idman 

nazirinin müavini 

Seyfəddin Talıbov 

–  Azərbaycan  Respublikası  kənd  təsərrüfatı 

nazirinin müavini 

Toğrul Musayev 

–  Azərbaycan  Respublikası  ədliyyə  nazirinin 

müavini 

Fuad Hüseynov 

–  Azərbaycan  Respublikasının  Qaçqınların  və 

Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi 

sədrinin müavini. 

  

2. Müəyyən edilsin ki: 



2.1.  Azərbaycan  Respublikasının  Dayanıqlı  İnkişaf  üzrə  Milli 

Əlaqələndirmə  Şurasının  (bundan  sonra  –  Şura)  əsas  məqsədi  2030-cu 

ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə 

uyğun  milli  prioritetləri  və  onlara  dair  göstəriciləri  müəyyən  etməkdən, 

ölkədə  sosial-iqtisadi  sahələri  əhatə  edən  dövlət  proqramlarının  və 

strategiyaların  Dayanıqlı  İnkişaf  Məqsədləri  ilə  uzlaşdırılmasını  təmin 

etməkdən,  habelə  Dayanıqlı  İnkişaf  Məqsədlərinə  nail  olunması  ilə 

əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir

2.2.  Şura  öz  fəaliyyətinə  yerli  və  xarici  ekspertləri,  mütəxəssisləri, 

beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı 

istiqamətlər üzrə işçi qruplar yarada bilər. 



3.  Şuranın  fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  Şuranın  Katibliyi 

yaradılsın  və  Katibliyin  funksiyasının  həyata  keçirilməsi  Azərbaycan 

Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin. 

4.  Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  və  səhmlərinin 

(paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, Şuranın müraciəti 

əsasında ildə bir dəfə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair 

göstəricilər üzrə statistik məlumatların Azərbaycan Respublikasının Dövlət 

Statistika  Komitəsinə,  görülən  işlər  barədə  hesabatın  isə  Şuraya  təqdim 

edilməsini təmin etsinlər. 

5.  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  Dayanıqlı 

İnkişaf  Məqsədlərinə  müvafiq  olaraq  müəyyən  edilmiş  göstəricilər  üzrə 

statistik  məlumatların  işlənilməsini  və onların  ildə bir  dəfə  Şuraya təqdim 

olunmasını təmin etsin. 

6.  Şura  Dayanıqlı  İnkişaf  Məqsədlərinə  nail  olunması  üzrə  görülmüş 

tədbirlər  barədə  hesabatın  ildə  bir  dəfə  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim olunmasını təmin etsin. 

7.  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  Azərbaycan 

Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu Fərmanın 3-cü 

hissəsinə əsasən yaradılan Katibliyin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 

maliyyələşməsini təmin etsin. 

8.  Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları,  habelə  səhmlərinin 

(paylarının)  nəzarət  zərfi  dövlətə  məxsus  hüquqi  şəxslər  Şuranın 

fəaliyyətinə  lazımi  kömək  göstərilməsini,  onun  müraciəti  əsasında  zəruri 

məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər. 

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

9.1.  Azərbaycan  Respublikası  Prezidentinin  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılmasına  dair  təkliflərini  üç  ay  müddətində  hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

9.2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi 

aktlarının  bu  Fərmana  uyğunlaşdırılmasını  üç  ay  müddətində  təmin  edib 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 

bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 

beş  ay  müddətində  Azərbaycan  Respublikasının  Prezidentinə  məlumat 

versin. 

10.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra 

hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli 



aktların  bu  Fərmana  uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 



 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 6 oktyabr 2016-cı il



 

                 № 1066



 

 

Yüklə 270,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə