Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (socar) Karbamid zavodu Karbamid qranulları və maye ammonyakın satınalınması məqsədi ilə açıq satınalma müsabiqəsi



Yüklə 52,57 Kb.
tarix21.05.2018
ölçüsü52,57 Kb.
#45014

c:\documents and settings\mmammadov\desktop\loqo.jpg

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)

Karbamid zavodu

Karbamid qranulları və maye ammonyakın satınalınması məqsədi ilə açıq satınalma müsabiqəsi

(32003-18) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 22.05.2018-ci il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla 30.05.2018-ci il, Bakı vaxtı ilə saat: 10:30-ə qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər 354 AZN (ƏDV-ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Müsabiqəyə təklif verilən zaman tələb olunacaq bank təminatı:

Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyası - iddiaçının müsabiqə təklifnin ümumi məbləğinin 2 (iki) %-dən az olmamaq şərti ilə müsabiqə zamanı ayrıca zərfdə təqdim olunmalıdır.





Satınalan təşkilatın ünvanı:

AZ5000, Karbamid zavodu, Sumqayıt şəhəri, Səməd Vurğun 86



Əlaqələndirici şəxs:

Zamin Səfərov

Komplektləşdirmə və Təchizat şöbəsinin böyük mühəndisi

Telefon nömrəsi: +994 12 521-00-00 32-023

Korporativ mobil:+994 50 843-20-23

Elektron ünvan: zamin.seferov@socar.az






Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 30.05.2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards


Karbamid” Zavodunun Satınalmalar qrupu.




(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______2018-ci il

___________№


SOCAR-ın Karbamid zavodunun

Satınalmalar qrupunun rəhbəri cənab Bəxtiyar Məmmədova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın Karbamid zavodu tərəfindən karbamid qranulları və maye ammonyakın satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir]nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:



  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________

Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

_______________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI



Adı

Standartı

Ölçü vahidi

Miqdarı

1

Karbamid qranulları

ГОСТ 2081-2010

ton

250

2

Maye ammonyak

ГОСТ 6221-90

ton

500


Karbamid qranullarının texniki parametrləri


Göstəricinin adları


Ölçü



Miqdar

1

Azot

Çəki nisbəti (minimum) %

46.0

2

Biuret

Çəki nisbəti (maksimum) %

0.9

3

Nəmlik

Çəki nisbəti (maksimum) %

0.3

4

Formaldehid

Çəki nisbəti (maksimum) %

0.35

5

Parçalanmaya müqaviməti (3.15 mm)

Kq (minimum)

3.0

6

Ölçüyə görə paylanma




<0.55 mm

Çəki nisbəti (maksimum) %

0.2




2-4 mm

Çəki nisbəti (minimum) %

90


Maye ammonyak texniki parametrlər




Göstəricinin adları

Ölçü

Minimum

Maksimum

1

Ammonyak

çəki nisbəti %

99.5

-

2

Hidrogen

ppmwt




12

3

Nəmlik

çəki nisbəti %




0.5

4

Yağ

ppmwt




5

Yüklə 52,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə