Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (socar) Nəqliyyat İdarəsinin



Yüklə 98 Kb.
tarix08.11.2018
ölçüsü98 Kb.
#79657




Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)

Nəqliyyat İdarəsinin

Nəqliyyat və xüsusi texnika vasitələrinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (35009-16) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi

  • Müsabiqə təklifi

  • Müsabiqə təklifi dəyərinin 1,5 % -i həcmində təminat (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə

  • olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23.01.2017-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi hər lot üzrə ayrı-ayrılıqda bir əsli və 2 surəti olmaqla 31.01.2017-ci il, Bakı vaxtı ilə saat: 10.00-dək Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər

  • 1 Lot-250 manat;

  • 2 Lot-500 manat;

  • 3-cü Lot-250 manat;

  • 4-cü Lot-250 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • 1-ci lot üzrə Satınalma müqaviləsinin 90 gün ərzində yerinə yetirilməsi tələb olunur.

  • 2-ci lot üzrə Satınalma müqaviləsinin 180 gün ərzində yerinə yetirilməsi tələb olunur.

  • 3-cü Lot üzrə Satınalma müqaviləsinin 90 gün ərzində yerinə yetirilməsi tələb olunur.

  • 4-cü Lot üzrə Satınalma müqaviləsinin 90 gün ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ 1000, Səbail rayonu, Neftçilər prospekti 73, Bakı şəhəri, Azərbaycan Respublikası



Əlaqələndirici şəxs:

Elnur Abdullayev

Satınalmalar və təchizat şöbəsi, şöbə rəisinin müavini

Telefon: (+99412) 521-32-67

Mob: 050 843 50 65

E-mail:Elnur.Abdullayev@socar.az

E-mail:office.nd@socar.az




Təklifin təminatı:

Müsabiqə təklifi ilə birlikdə müsabiqə təklifinin qiymətinin 1,5 faizi məbləğində müsabiqə təklifinin təminatını təqdim etməlidirlər.

Təminatın növü və qüvvədə olma müddəti əsas şərtlər toplusunda göstəriləcəkdir.




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 31.01.2017-ci il tarixində, Bakı vaxtı ilə saat: 11.00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




SOCAR, Nəqliyyat İdarəsinin Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__ ”___________ 2017-cı il

___________№


SOCAR-ın Nəqliyyat İdarəsinin

Satınalmalar qrupunun rəhbəri cənab Yusif Hacıyevə,
Hazırki məktubla ______________________ şirkəti SOCAR-ın Nəqliyyat İdarəsi tərəfindən nəqliyyat və xüsusi texnika vasitələrinə olan tələbatını təmin etmək üçün elan edilmiş 35009-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda (İddiaçının adı) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: _________________________________

  • Elektron ünvan: _______________________________

Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI VƏ onlara daİr tələblər1
LOT 1
Yük sərnişin tip nəqliyyat vasitələri 20 (iyirmi) ədəd

S/s

Avadanlığın adı

Standartı

Ölçü vahidi

Miqdarı

1

Yük sərnişin tip nəqliyyat vasitəsi

İstehsal ili – 2016

Mühərrik – Dizel, Avro 4

Oturacaqların sayı – 1+5

Yük götürmə - 1500 kq-dək

Sükan – Hidravlik gücləndirici ilə

Mühərrikin həcmi – 2800 sm3-dək

Sürətlər qutusu – mexaniki

Yanacaq – dizel

Ölçüləri – 64412*2513*2170 mm-dək

Yük bölümünün ölçüləri

– 3090*2159*1900 mm-dək

Yüksüz kütləsi 2400 kq-dək




ədəd

20


LOT 2
BORUDÜZƏN - 5 (beş) ədəd

Maksimal yükqaldırma qabiliyyəti

24 ton

İşçi yükqaldırma qabiliyyəti

20 ton

Qolun uzunluğu

5 metr

Yanacaq növü

dizel

İstismar kütləsi

Maksimum 22 000 kq-dək

Daşınma qabarit ölçüləri U×E×H

4300 x 3200 x 3600 mm-dək

LOT 3

AVTOQREYDER 2 (iki) ədəd

Qreyder bıçağının eni və hündürlüyü

3700 × 600 mm

Qreyder bıçağının düşə biləcək dartqı ağırlığı

8000 – 10000 kq

Qreyder bıçağının yer səthinə sıxılma ağırlığı

5000 – 9000 kq

Qreyder bıçağının önə və arxaya yatım bucağı

40° və 5°

Qreyder bıçağının maksimal dönmə bucağı

90°

Qreyder bıçağının yerdən qalxma hündürlüyü

400 mm

Qreyder bıçağının maksimal qazıma dərinliyi

750 mm

Arxa qaşıyıcı

minimal 4 dişli olmalıdır

Ön bıçaq

idarəolunan olmalıdır

İrəli hərəkət sürəti

45 km/saat

Geri hərəkət sürəti

35 km/saat

Dönmə radiusu

7.5 metrdən çox olmamalıdır

Yanacaq növü

dizel

Kütləsi

maksimum 15000 kq-dək

Qabarit ölçüləri U×E×H

9800 x 2500 x 3400 mm-dək

LOT 4

MANİPULYATOR 5 (beş) ədəd

Maksimal yükqaldırma momenti

15 Tm

Maksimal yükqaldırma qabiliyyəti

5000 kq

Qolun uzunluğu

14 metr

Qolun dönmə bucağı

sonsuz

Yanacaq növü

dizel

Şassi təkər düsturu

4×4

Şassi qabarit ölçüləri U×E×H

12000 x 2500 x 3100 mm-dək




1 Satınalan təşkilat tərəfindən doldurulur.


Yüklə 98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə