“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının



Yüklə 48,54 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü48,54 Kb.
#22531


“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının 

ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli 

parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

  

“Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında”  Azərbaycan 



Respublikası  Qanununun  5-ci  maddəsinin  4-cü  hissəsinə  uyğun  olaraq qərara 

alıram:

 

1.  “Azərbaycan  Respublikasının  dövlət  təbiət  və  biosfer  qoruqlarının  ümumi 



Əsasnaməsi” və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi” 

təsdiq edilsin (əlavə olunur).

 

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.



 

 

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

 

 



Bakı şəhəri, 4 iyul 2001-ci il

 

               № 531



 

 

 



 

 

  



  

Azərbaycan Respublikası Prezidentinin  

2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

  

  

Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının 



ümumi 

  

ƏSASNAMƏSİ 

1. ÜMUMİ MÜDDƏALAR 

1.1. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii 

vəziyyətdə  qoruyub  saxlamaq,  təbiət  proseslərinin  və  hadisələrinin  gedişini  öyrənmək 

məqsədilə  yaradılan  təbiəti  mühafizə  və  elmi  tədqiqat  idarələri  statusuna  malik  olan 

ərazilərdir. 

1.2. Qlobal ekoloji monitorinqin həyata keçirilməsi üçün fəaliyyət göstərən və ya yenidən 

təşkil edilən dövlət təbiət qoruqlarına dövlət təbiət biosfer qoruqları statusu verilir və dövlət 

təbiət biosfer qoruqları beynəlxalq biosfer rezervatlar sisteminə daxil edilir. 

1.3.  "Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında"  Azərbaycan 

Respublikasının Qanununa əsasən dövlət təbiət və biosfer qoruqlarının təşkili üçün ayrılmış 

torpaq sahələri onların daimi istifadəsinə verilir. 



1.4.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  əraziləri  respublika  əhəmiyyətli  xüsusi 

mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi 

tətbiq edilir. 

1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublika ərazisində beynəlxalq 

əhəmiyyətli dövlət təbiət qoruqları müəyyən edilə bilər. 

1.6.  Məqsədli  istifadəsinə  və  hüquqi  rejiminə  görə  dövlət  təbiət  və  biosfer  qoruqlarının 

torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. 

1.7. Dövlət təbiət və biosfer qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan 

sudan,  bitki  və  heyvanlar  aləmindən  təsərrüfat  məqsədləri  üçün  istifadə  edilməsi 

qadağandır. 

1.8.  Biosfer  qoruqlarının  hüdudlarına  qlobal  ekoloji  monitorinqin  həyata  keçirilməsi 

məqsədilə biocoğrafi vilayətlərin digər əraziləri də daxil edilə bilər. 

1.9. Dövlət təbiət və biosfer qoruqlarının rəmzləri (bayraq, emblem və s.) ola bilər. 

2. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ YARADILMASININ 

MƏQSƏDLƏRİ 

2.1. Dövlət təbiət və biosfer qoruqlarının yaradılmasının məqsədləri aşağıdakılardır: 

2.1.1.  genetik fondun,  bioloji  müxtəlifliyin, ekoloji  sistemlərin  və  təbiət  komplekslərinin 

və  obyektlərinin  təbii  vəziyyətini  qoruyub  saxlamaq  məqsədi  ilə  təbiət  ərazilərinin 

mühafizəsini həyata keçirmək; 

2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, "Təbiət salnaməsi" tərtib etmək; 

2.1.3.  ətraf  mühitin  və  təbii  ehtiyatların  dövlət  monitorinqi  (biosfer  qoruqları  üçün  isə 

qlobal ekoloji monitorinqi) çərçivəsində ekoloji monitorinqi həyata keçirmək; 

2.1.4.  təsərrüfat  obyektlərinin  və  digər  obyektlərin  yerləşdirilməsi  layihələrinin  və 

sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək

2.1.5.  ətraf  mühitin  mühafizəsi  sahəsində  elmi  kadrların  və  mütəxəssislərin 

hazırlanmasına kömək etmək. 



3. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ TƏŞKİLİ 

3.1. Dövlət təbiət və biosfer qoruqları xüsusi  ekoloji, elmi və mədəni dəyərə malik olan 

təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan 

növləri  və  sair)  yerləşdiyi  (biosfer  qoruqları  üçün  isə  Qlobal  ekoloji  monitorinqin  həyata 

keçirilməsinə  imkan  verən)  ərazilərdə  (torpaq  və  su  məkanı  (akvatoriya)  sahələrində) 

yaradılır. 

3.2.  Dövlət  təbiət  və  biosfer  qoruqları  Azərbaycan Respublikasının Milli  Elmlər 

Akademiyası  və  əlaqədar  təşkilatların  (Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi, 



Əmlak 

Məsələləri  Dövlət  Komitəsi

,  Kənd  Təsərrüfatı  Nazirliyi  və  s.)  rəyi  nəzərə  alınmaqla 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikası 

Prezidentinin qərarı ilə təşkil edilir.



[1]

 

3.3.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  torpaq  və  su  (akvatoriya)  sahələrini  kənar 



antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən 

edilir.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  sanitariya-mühafizə  zonalarının  müəyyən 

edilməsi  və  həmin  zonaların  mühafizə  rejimi  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-1-ci  maddəsi  ilə 

tənzimlənir.

[2]

 



3.4. Dövlət təbiət və biosfer qoruqlarının hər biri üçün pasport hazırlanır və bu ərazilərin 

pasportu  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyində  dövlət  qeydiyyatına  alınmaqla  dövlət 

təbiət və biosfer qoruqlarında saxlanılır. 

4. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN 

XÜSUSİYYƏTLƏRİ 

4.1. Dövlət təbiət və biosfer qoruqlarında xüsusi mühafizənin vacib tədbirlərindən başqa 

aşağıdakılar qadağan edilir: 

4.1.1.  bina  və  qurğuların,  ümumi  istifadə  üçün  yolların,  boru  kəmərlərinin  və  digər 

kommunikasiyaların tikintisi; 

4.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması; 

4.1.3.  kənd  təsərrüfatının,  sənayenin,  hidroenergetikanın,  su  nəqliyyatının  və  digər 

təsərrüfat  ehtiyaclarının  suya  olan  tələbatının  ödənilməsi  üçün  yerüstü  və  yeraltı  sulardan 

istifadə edilməsi; 

4.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə 

və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə

4.1.5.  bitki  aləmindən  təsərrüfat  məqsədi  ilə,  habelə  biçənək  və  otlaq  kimi  istifadə 

edilməsi; 

4.1.6.  ov  və balıq  və  digər  su  bioresurslarının  ovu,  habelə  ov  və  balıqçılıq  obyektlərinə  aid 

edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması;

[3]

 

4.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi; 



4.1.8.  kolleksiyaların  toplanması,  xüsusi  icazə  olmadan  bitki  və  ya  heyvanları  təbii 

mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi; 

4.1.9. xüsusi icazə olmadan qoruqların ərazisində olmaq; 

4.1.10.  təbiət  komplekslərini  pozan  və  təbiət  obyektləri  üçün  təhlükə  yaradan hər hansı 

digər fəaliyyət. 

4.2. Dövlət təbiət və biosfer qoruqlarının təbiət ərazilərindən və obyektlərindən istifadəsi 

qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 

4.3. Hüquqi və fiziki şəxslər əhali və ictimai birliklər dövlət təbiət və biosfer qoruqlarının 

mühafizəsinə  dair  təkliflərini  verə  bilərlər  və  bu  təkliflər  dövlət  təbiət  və  biosfer  qoruqları 

tərəfindən nəzərə alınmalıdır. 

4.4.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  əraziləri  və  obyektləri  hər  hansı  fiziki  və  ya 

hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan  dövlətinə 

mənsubdur və özgəninkiləşdirilə bilməz. 

4.5.  Dövlət  təbiət  və  biosfer  qoruqların  fiziki  və  hüquqi  şəxslərin  idarəçiliyinə, 

istifadəsinə və icarəsinə verilməsi qadağandır. 

4.6.  Dövlət  təbiət  və  biosfer  qoruqlarında  təbiət  qoruq  fondunun  vəziyyətinin 

qiymətləndirilməsi  və  proqnozlaşdırılması,  bu  ərazilərin  perspektiv  inkişafı  şəbəkəsinin 

müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi 

məqsədi  ilə  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  obyektlərinin  dövlət  kadastrı 

aparılır. 

4.7.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  xüsusi 

mühafizə  olunan  təbiət  ərazilərinin  sxemləri  əsasında  dövlət  təbiət  və  biosfer  qoruqlarının 

yaradılması  və  genişləndirilməsi  üçün  torpaq  sahələri  müvafiq  ehtiyat  torpaq  fondunda 

saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur. 




5. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 

5.1.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  elmi  tədqiqat  fəaliyyəti  il  boyu  stasionar 

müşahidələrin  və  çoxillik  kompleks  tədqiqatların  təşkili  yolu  ilə  həyata  keçirilir  və  ekoloji 

şəraitin  proqnozlaşdırılması,  təbiəti  mühafizənin  elmi  əsaslarının  hazırlanması,  canlı 

orqanizmlərin  genofondunun  qorunub  saxlanması,  təbii  ehtiyatların  bərpası  və  səmərəli 

istifadəsi  məqsədi  ilə  təbii  proseslərin  dinamikasının  öyrənilməsinə  (biosfer  qoruqlarında 

qlobal ekoloji monitorinqin aparılmasına) yönəldilir. 

5.2.  Dövlət  təbiət  və  biosfer  qoruqlarında  elmi-tədqiqat  işlərinin  təşkili  və  aparılması 

məqsədi  ilə  onlar  elmi  işçi  ştatları  ilə  təmin  olunur  və  bu  işə  direktorun  elmi  işlər  üzrə 

müavini rəhbərlik edir. 

5.3.  Dövlət  təbiət  və  biosfer  qoruqlarında  hər  il  elmi  işin  əsası  olan  "Təbiət  salnaməsi" 

aparılır. 

5.4. Dövlət təbiət və biosfer qoruqlarında elmi tədqiqatlar kənar elmi təşkilatların və ayrı-

ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. 

5.5. Dövlət təbiət və biosfer qoruqlarında elmi və herbari fondları yaradılır və həmişəlik 

saxlanılır. 

5.6. Dövlət təbiət və biosfer qoruqlarına elmi əsərlər çap etmək hüququ verilir. 

6. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ MÜHAFİZƏSİ 

6.1.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  mühafizəsi  onun  mühafizə  xidməti  tərəfindən 

həyata keçirilir və bu işə direktor və mühafizə üzre direktor müavini rəhbərlik edirlər. 

6.2. 


Dövlət 

təbiət 


və 

biosfer 


qoruqlarının 

mühafizə 

xidmətinin 

aşağıdakı vəzifələri vardır:



 [4]

 

6.2.1.  dövlət  təbiət  və  biosfer  qoruğu  ərazisində  və  onun sanitariya-mühafizə 



zonasında xüsusi  mühafizə  rejimini  pozanların  sənədlərini  yoxlamaq, Azərbaycan 

Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini və gəmiləri

ov  alətlərini,  əldə  edilmiş  məhsulları  və  başqa  əşyaları  yoxlamaq,  hüquqpozmaya  səbəb 

olmuş  alətləri,  cihazları  və  əşyaları,  qanunsuz  əldə  edilmiş  məhsulları,  habelə  müvafiq 

sənədləri götürmək;

 [5]

 

6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin 

cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;



[6]

 

6.2.3. dövlət təbiət və biosfer qoruğu ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin 



mühafizə  rejiminin  pozulmasına  görə qanunvericiliklə  müəyyən  edilmiş  qaydada inzibati 

xəta haqqında protokollar tərtib etmək;



 [7]

 

6.2.4.  dövlət  təbiət  və  biosfer  qoruğu  ərazisində  və  onun sanitariya-mühafizə 



zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında 

icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.



 [8]

 

6.3.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  bütün  işçiləri  qoruq  rejiminin  pozulması 



hallarının qarşısının alınmasında qoruğun mühafizə işçilərinə kömək göstərməlidirlər. 

6.4.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  rejiminin  pozulmasında  təqsirkar  olan  şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyət 

daşıyırlar. 

Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında  qanunvericiliyin 

pozulması 

nəticəsində 

dövlət 


təbiət 

qoruqlarına 

vurulmuş 

zərər 


Azərbaycan 


Respublikasının  Mülki  Məcəlləsində  və  təbiətin  mühafizəsi  ilə  bağlı  digər  qanunvericilik 

aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 

6.5.  Dövlət  təbiət  və  biosfer  qoruqlarında  mühafizə  rejimini  həyata  keçirən  işçilərə 

xidməti  vəzifələrini  yerinə  yetirərkən  xüsusi  geyim  forması  daşımaqla  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  xidməti  silah  saxlamaq  və  gəzdirmək 

hüququ verilir. 



7. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ MÜHAFİZƏSİNƏ, 

QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ 

7.1. Dövlət təbiət və biosfer qoruqlarının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası 

üzrə  tədbirlərin  yerinə  yetirilməsinə,  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydalara  və 

tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi həyata keçirir. 

 

 



  

 

 



Azərbaycan Respublikası Prezidentinin

 

2001-ci il 4 iyul tarixli 531 nömrəli  Fərmanı 



ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

 



 

Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə