“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının



Yüklə 13,94 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü13,94 Kb.
#22532


“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının 

ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli 

parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 

nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 



  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini  rəhbər  tutaraq,  “Azərbaycan  Respublikasının  dövlət  təbiət  və 

biosfer 


qoruqlarının 

ümumi 


Əsasnaməsi”nin 

və 


“Azərbaycan 

Respublikasının  milli  parklarının  ümumi  Əsasnaməsi”nin  təsdiq  edilməsi 

haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  4  iyul  tarixli 

531  nömrəli  Fərmanını  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri 

haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanununda 

dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2014-cü  il  4 

aprel  tarixli  924-IVQD  nömrəli  Qanununa  uyğunlaşdırmaq  məqsədi 

ilə qərara alıram: 

“Azərbaycan  Respublikasının  dövlət  təbiət  və  biosfer  qoruqlarının 

ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının 

ümumi 

Əsasnaməsi”nin 



təsdiq 

edilməsi 

haqqında” 

Azərbaycan 

Respublikası  Prezidentinin 

2001-ci  il  4  iyul  tarixli  531  nömrəli

 Fərmanı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2001,  №  7,  maddə 

468; 2008, № 6, maddə 500) ilə təsdiq edilmiş: 

1.  “Azərbaycan  Respublikasının  dövlət  təbiət  və  biosfer  qoruqlarının 

ümumi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin: 

“3.3.  Dövlət  təbiət  və  biosfer  qoruqlarının  torpaq  və  su  (akvatoriya) 

sahələrini  kənar  antropogen  təsirlərdən  qorumaq  məqsədi  ilə  onların 

sanitariya-mühafizə  zonaları  müəyyən  edilir.  Dövlət  təbiət  və  biosfer 

qoruqlarının  sanitariya-mühafizə  zonalarının  müəyyən  edilməsi  və  həmin 

zonaların  mühafizə  rejimi  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-1-ci 

maddəsi ilə tənzimlənir.”; 

1.2. 6.2-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin

1.3.  6.2.1-ci  yarımbənddə  “mühafizə  zonasında”  sözləri  “sanitariya-

mühafizə  zonasında”  sözləri  ilə,  “nəqliyyat  vasitələrini  saxlamaq, 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada”  sözləri  “Azərbaycan 



Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz 

edilsin; 

1.4. 6.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: 

“6.2.2.  dövlət  təbiət  və  biosfer  qoruğu  ərazisində  və  onun  sanitariya-

mühafizə  zonasında  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində 

nəzərdə  tutulmuş  əməli  törədən  şəxslərin  cinayət  məsuliyyətinə  cəlb 

edilməsi üçün tədbirlər görmək;”; 

1.5.  6.2.3-cü  yarımbənddən  “qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada” sözləri çıxarılsın; 

1.6.  6.2.4-cü  yarımbənddə  “mühafizə  zonasında”  sözləri  “sanitariya-

mühafizə  zonasında”  sözləri  ilə  əvəz  edilsin,  “və  digər  tədbirlər  görmək” 

sözləri çıxarılsın. 



İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 15 dekabr 2014-cü il

 

№ 402



 

 

Yüklə 13,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə