“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının



Yüklə 45,66 Kb.
Pdf görüntüsü
tarix23.10.2017
ölçüsü45,66 Kb.
#6391


“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının 

ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli 

parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

  

“Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında”  Azərbaycan 



Respublikası  Qanununun  5-ci  maddəsinin  4-cü  hissəsinə  uyğun  olaraq qərara 

alıram:

 

1.  “Azərbaycan  Respublikasının  dövlət  təbiət  və  biosfer  qoruqlarının  ümumi 



Əsasnaməsi” və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi” 

təsdiq edilsin (əlavə olunur).

 

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.



 

 

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

 

 



Bakı şəhəri, 4 iyul 2001-ci il

 

               № 531



 

 

 



 

 

  



  

Azərbaycan Respublikası Prezidentinin  

2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

  

 

Azərbaycan Respublikasının milli parklarının ümumi 



  

ƏSASNAMƏSİ 



1. ÜMUMİ QAYDALAR 

1.1.  Milli  parklar  -  xüsusi  ekoloji,  tarixi,  estetik  və  digər  əhəmiyyət  daşıyan  təbiət 

komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər 

üçün  istifadə  olunan  təbiəti  mühafizə  və  elmi  tədqiqat  idarələri  statusuna  malik  olan 

ərazilərdir. 

1.2.  Milli  parkların  əraziləri  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət 

ərazilərinə  aiddir  və  bu  ərazilərdə  olan  torpaq,  su,  bitki  və  heyvanlar  aləmi  onların  daimi 

istifadəsinə verilir. 

1.3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublika ərazisində beynəlxalq 

əhəmiyyətli milli parklar müəyyən edilə bilər. 

1.4.  Milli  parkların  hüdudlarına  ayrı-ayrı  hallarda  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər. 

1.5.  Milli  parklardan  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

tələblərə  əməl  etmək  şərtilə  təbiəti  mühafizə,  elmi  tədqiqat,  ətraf  mühitin  monitorinqi, 

sağlamlaşdırma, təlim-tərbiyə, turizm və istirahət məqsədləri ilə istifadə edilə bilər. 



1.6. Milli parklarda onların məqsədli təyinatına və təbiət komplekslərinin və obyektlərin 

mühafizəsi,  bərpası  və  istifadəsi  üzrə  müəyyən  edilmiş  tələblərə  zidd  olmayan  şərtlərlə 

başqa fəaliyyət növləri həyata keçirilə bilər. 

1.7. Milli parkların rəmzləri (bayraq, emblem və sair) ola bilər. 



2. MİLLİ PARKLARIN YARADILMASI 

2.1.  Milli  parklar  xüsusi  ekoloji,  tarixi,  estetik  və  digər  əhəmiyyət  daşıyan  təbiət 

komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər 

üçün istifadə olunan ərazilərdə yaradılır. 

2.2.  Milli  parklar  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  təqdimatına  əsasən 

Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yaradılır. 

2.3.  Milli  parkların  torpaq  və  su  (akvatoriya)  sahələrini  kənar  antropogen  təsirlərdən 

qorumaq  məqsədi  ilə  onların  sanitariya-mühafizə  zonaları  müəyyən  edilir.  Milli  parkların 

sanitariya-mühafizə  zonalarının  müəyyən  edilməsi  və  həmin  zonaların  mühafizə  rejimi 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası 

Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.

[9]

 

2.4. Milli parkların hər biri üçün pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan 



Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyində  dövlət  qeydiyyatına  alınmaqla 

milli parklarda saxlanılır. 



3. MİLLİ PARKLARIN YARADILMASININ MƏQSƏDLƏRİ 

3.1. Milli parkların yaradılmasının məqsədləri aşağıdakılardır: 

3.1.1.  təbiət  komplekslərini,  nadir  və  etalon  təbiət  ərazilərini,  tarix-mədəniyyət 

obyektlərini qoruyub saxlamaq; 

3.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq

3.1.3.  təbiəti  mühafizənin  və ekoloji  maarifçiliyin elmi  metodlarını hazırlamaq  və  tətbiq 

etmək; 

3.1.4. əhalini ekoloji maarifləndirmək; 



3.1.5. ekoloji monitorinqi həyata keçirmək

3.1.6. zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək. 



4. MİLLİ PARKLARIN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 

4.1.  Milli  parkların  ərazilərində  onların  təbiət,  tarix-mədəniyyət  və  digər  xüsusiyyətləri 

nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət 

zonaları müəyyən edilir: 

4.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar

4.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar; 

4.1.3. turizm və rekreasiya zonaları; 

4.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar; 

4.1.5. milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları. 

4.2.  Milli  parkların  turizm  və rekreasiya zonalarında  turizm  və rekreasiya məqsədləri 

üçün  təbiətdən  istifadənin  ayrı-ayrı  növlərinə  (ov, balıq  və  digər  su  bioresurslarının  idman  və 

həvəskar ovu və sair) yol verilir. 

[10]

 

4.3. Milli parklarda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris 



tədbirləri keçirilə bilər. 


4.4. Milli parkların ərazisində aşağıdakılar qadağan edilir: 

4.4.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan 

hər bir fəaliyyət; 

4.4.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması; 

4.4.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması; 

4.4.4. Xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metalurgiya, nüvə energetikası və 

sair müəssisələrin fəaliyyəti; 

4.4.5.  milli  parkın  fəaliyyəti  ilə  bağlı  olmayan  magistral  yolların,  boru  kəmərlərinin, 

elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi; 

4.4.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və 

tonqalların yandırılması; 

4.4.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümümi istifadə olunan quru və 

su  yollarından  kənar  mexaniki  nəqliyyat  vasitələrinin  hərəkəti  və  dayanacağı,  ev 

heyvanlarının köçürülməsi; 

4.4.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası; 

4.4.9. meşələrdə əsas istifadə qırıntısı. 

4.5.  Milli  parklarda ərazilərin ekoloji, elmi, estetik,  mədəni  və rekreasiya  dəyərini  aşağı 

sala bilən digər fəaliyyət növləri də məhdudlaşdırıla və yaxud qadağan edilə bilər. 

4.6. Milli parkların mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir, bu işə 

direktor və mühafizə üzrə direktor müavini rəhbərlik edirlər. 

4.7. Milli parkların mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır:

 [11]

 

4.7.1.  milli  parkın  ərazisində  və  onun sanitariya-mühafizə  zonasında xüsusi  mühafizə 



rejimini  pozanların  sənədlərini  yoxlamaq, Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsinə  uyğun  olaraq,nəqliyyat  vasitələrini  və  gəmiləri,  ov  alətlərini,  əldə  edilmiş 

məhsulları  və  başqa  əşyaları  yoxlamaq,  hüquqpozmaya  səbəb  olmuş  alətləri,  cihazları  və 

əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;



[12]

 

4.7.2.  milli  parkın  ərazisində  və  onun sanitariya-mühafizə  zonasında  fiziki  və  hüquqi 



şəxslərin  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında”  Azərbaycan 

Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;



 [13]

 

4.7.3.  milli  parkın  ərazisində  və  onun  sanitariya-mühafizə  zonasında  Azərbaycan 



Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə  tutulmuş  əməli  törədən  şəxslərin  cinayət 

məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;



[14]

 

4.7.4.  milli  parkın  ərazisindən  istifadə  qaydalarını,  həmin  ərazinin  mühafizə  rejiminin 



pozulmasına  görə qanunvericiliklə  müəyyən  edilmiş  qaydada inzibati  xəta  haqqında 

protokollar tərtib etmək;



 [15]

 

4.7.5.  milli  parkın  ərazisində  və  onun sanitariya-mühafizə  zonasında mühafizəsi  və 



istifadəsi  sahəsində  pozuntu  hallarını  aradan  qaldırmaq  haqqında  icrası  məcburi  olan 

göstərişlər vermək və digər tədbirlər görmək.



 [16]

 

4.8.  Milli  parkın  bütün  işçiləri  parkın  rejiminin  pozulması  hallarının  qarşısının 



alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər. 

4.9.  Milli  parkın  təbiət  ərazilərindən  və  obyektlərindən  istifadəsi  qanunla  nəzərdə 

tutulmuş hallarda ödənişli ola bilər. 

4.10. Əhali və ictimai birliklər milli parkın mühafizəsinə dair təkliflərini verə bilərlər və 

bu təkliflər milli parklar tərəfindən nəzərə alınmalıdır. 

4.11.  Milli  parkın  əraziləri  və  obyektləri  hər  hansı  fiziki  və  ya  hüquqi  şəxslərin 

hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan  dövlətinə  mənsubdur  və 

özgəninkiləşdirilə bilməz. 




4.12.  Milli  parkların  fiziki  və  hüquqi  şəxslərin  idarəçiliyinə,  istifadəsinə  və  icarəsinə 

verilməsi qadağandır. 

4.13. Üzərində milli park yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və 

icarəçilərdən  geri  alınmadan,  onların razılığı  və  ya  məhkəmənin qərarı ilə  servitut  hüququ 

(özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur. 

4.14.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  xüsusi 

mühafizə  olunan  təbiət  ərazilərinin  sxemləri  əsasında  milli  parkların  yaradılması  və 

genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin 

ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur. 

4.15.  Milli  parklarda  təbiət  qoruq  fondunun  vəziyyətinin  qiymətləndirilməsi  və 

proqnozlaşdırılması,  bu  ərazilərin  perspektiv  inkişafı  şəbəkəsinin  müəyyən  edilməsi, 

mühafizə  rejiminə  riayət  olunmasına  dövlət  nəzarətinin  gücləndirilməsi  məqsədilə  xüsusi 

mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır. 

4.16.  Milli  parkın  rejiminin  pozulmasında  təqsirkar  olan  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında  qanunvericiliyin 

pozulması  nəticəsində  milli  parka  vurulmuş  zərər  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsində  və  təbiətin  mühafizəsi  ilə  bağlı  digər  qanunvericilik  aktlarında  nəzərdə 

tutulmuş qaydada ödənilir. 

4.17.  Milli  parkın  mühafizə  rejimini  həyata  keçirən  işçilərə  xidməti  vəzifələrini  yerinə 

yetirərkən  xüsusi  geyim  forması  daşımaqla  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. 



5. MİLLİ PARKLARIN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 

5.1. Milli parkların elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə 

ekoloji  vəziyyətin  proqnozlaşdırılmasına və qiymətləndirilməsinə,  səciyyəvi və nadir  təbiət 

komplekslərinin  (o  cümlədən  bioloji  müxtəlifliyin)  elmi  cəhətdən  əsaslanmış  üsullarla 

qorunmasına yönəldilir. 

5.2. Milli parklarda elmi tədqiqat fəaliyyəti milli parkın elmi şöbəsinin işçiləri tərəfindən 

aparılır. 

5.3. Milli parklarda elmi tədqiqatlar kənar elmi təşkilatların və ayrı-ayrı mütəxəssislərin 

cəlb edilməsi ilə də aparıla bilər. 

6. MİLLİ PARKLARIN TƏSƏRRÜFAT FƏALİYYƏTİ 

6.1.  Milli  parkların  təsərrüfat  fəaliyyəti  təbiət  və  tarix-mədəniyyət  obyektlərinin  tələb 

olunan  səviyyədə  mühafizəsindən,  onlara  xidmət  və  bərpa  tədbirlərinin  keçirilməsindən, 

təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir. 

6.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında milli 

parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə 

(istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər. 

6.3.  Milli  parkların  ərazilərində  mehmanxanaların,  kempinqlərin,  turbazaların,  iaşə  və 

digər  obyektlərin  tikintisi  və  istifadəsi,  əhalinin  istirahəti  məqsədi  ilə  digər  şəraitlərin 

yaradılması milli parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş 

müqavilələr əsasında həyata keçirilə bilər. 



6.4. Milli parklarda onların məqsədli təyinatına və təbiət komplekslərinin və obyektlərin 

mühafizəsi,  bərpası  və  istifadəsi  üzrə  müəyyən  edilmiş  tələblərə  zidd  olmayan  başqa 

fəaliyyət  növləri  milli  parkın  fiziki  və  hüquqi  şəxslərlə  bağlanmış  və  ekoloji  ekspertizadan 

keçmiş müqavilələr əsasında həyata keçirilir. 



7. MİLLİ PARKLARIN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ 

DÖVLƏT NƏZARƏTİ 

7.1. Milli parkların vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə 

yetirilməsinə,  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydalara  və  tələblərə  əməl  olunmasına 

dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata 

keçirir. 

  

  



  

 

 

 



Yüklə 45,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə