Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
  1   2   3   4   5   6   7   8   9   ...   57


Azərbaycan Respublikasının Əmək Məcəlləsi
(1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir)
Azərbaycan Respublikası  Konstitusiyasının  35-ci maddəsinə  əsasən əmək  fərdi və ictimai  rifahın 
əsasıdır.   Hər   kəsin   əməyə   olan   qabiliyyəti   əsasında   sərbəst   surətdə   özünə   fəaliyyət   növü,   peşə, 
məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində:

müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, 
iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi; 

Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət
təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və 
azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; 

Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, 
Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına 
uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu 
münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, 
habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar 
təsbit edilir. 
I bölmə. Ümumi normalar
Birinci fəsil. Əsas müddəalar
Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi 
aktlar 
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:

bu Məcəllədən

Azərbaycan Respublikasının müvafiq qanunlarından; 

müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi 
aktlardan; 

əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 
1.   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsi   işçilərlə   işəgötürənlər   arasında   yaranan   əmək 
münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin 
münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların 
həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3.   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsi   (bundan   sonra   ismin   müvafiq   hallarında   «bu 
Məcəllə») əmək münasibətlərində tərəflərin:

hüquq bərabərliyinin təmin edilməsi



mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; 

maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və 
maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; 

əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması 
prinsiplərinə əsaslanır. 
Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları 
1. Müəssisə — mülkiyyətçinin  təşkilati-hüquqi formasından,  adından  və fəaliyyət  növündən asılı 
olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun 
və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. (
37
)
2.   İşçi   —   işəgötürənlə   fərdi   qaydada   yazılı   əmək   müqaviləsi   (kontraktı)   bağlayaraq   müvafiq   iş 
yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona 
xitam  vermək,  yaxud onun şərtlərini  dəyişdirmək  hüququna malik  mülkiyyətçi  və  ya onun təyin 
(müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
4. Əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ 
hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni 
mənafelərini   kollektiv   halında   müdafiə   etmək   səlahiyyətinə   malik   müvafiq   iş   yerlərində   çalışan 
işçilərin birliyi.
5.   Əmək   müqaviləsi   (kontraktı)   (bundan   sonra   ismin   müvafiq   halında   «əmək   müqaviləsi»)   – 
işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini,  tərəflərin 
hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
5-1. Əmək müqaviləsi bildirişi — bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş  
hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam  
verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra —  
elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən  
həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd.
6. Kollektiv müqavilə — işəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı 
formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.
7. Kollektiv  saziş — müvafiq  icra hakimiyyəti  orqanı, həmkarlar  ittifaqlarının  və işəgötürənlərin 
respublika, peşələr, sahələr və ya ərazi üzrə  birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin 
yaxşılaşdırılması,   əməyin   mühafizəsi,   məşğulluğun   təmin   edilməsi   və   digər   sosial   müdafiə 
tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən 
razılaşma.
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş 
işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə 
işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək 
məqsədi   ilə   bu   Məcəllədə   və   digər   normativ   hüquqi   aktlarda,   habelə   kollektiv   müqavilələrdə, 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə