Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və  
vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən  
imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, 
arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.  Üzrlü səbəbdən icbari ilkin və ya 
vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt  
ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı 
olmayaraq  işəgötürən  bu Məcəllənin  186-cı maddəsində  nəzərdə  tutulmuş  intizam  tənbehlərindən 
birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, 
saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi 
pozulmuş   hüquqlarının   bərpa   edilməsi,   şərəf   və   ləyaqətinin   müdafiə   olunması   üçün   məhkəməyə 
müraciət edə bilər. (
17

38

48

57
)
Maddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi 
1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin ikinci hissəsində göstərilən işçilərdən başqa 
qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri 
yeni   mülkiyyətçi   tərəfindən   qüvvədə   saxlanılır.   Bu   işçilərin   əmək   müqavilələri   müəyyən   edilmiş 
qaydalara   əməl   edilməklə   bu  Məcəllənin   70,  73   və  75-ci   maddələrində   nəzərdə   tutulan   müvafiq 
əsaslarla ləğv edilə bilər.
2.   Yeni   mülkiyyətçi   tərəfindən   müəssisənin   işəgötürəninin   (rəhbərinin),   onun   müavinlərinin,   baş 
mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələri rəhbərlərinin 
əmək   müqavilələrinə  mülkiyyətçinin   dəyişməsi   ilə   əlaqədar   bu  Məcəllənin   68-ci  maddəsinin  «ç» 
bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək 
müqavilələrinin şərtləri dəyişdirilə bilər.
3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq 
fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra 
etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara 
çıxarmadan   onların   əmək   müqavilələrinin   kütləvi   şəkildə   ləğv   edilməsi   yolverilməzdir.   Yeni 
mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin 
sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin 
attestasiyasını keçirməklə müəyyən etməlidir.
Qeyd:  Bu   maddənin   üçüncü   hissəsində   «əmək   müqavilələrinin   kütləvi   şəkildə   ləğv   edilməsi» 
dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən üç ay ərzində eyni zamanda və ya 
ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı:

100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun

500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun; 

1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin 
etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70, 73 və 75-ci maddələrində müəyyən edilmiş 
əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir. 


Doqquzuncu fəsil. İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini 
tənzimləyən hüquq normaları
Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi 
1.   Bu   maddənin   ikinci   hissəsində   nəzərdə   tutulan   məqsədlə   əmək   şəraitindən   asılı   olmayaraq 
işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin  attestasiyasının 
keçirilməsini təmin etməlidir.
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal 
sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək 
məhsuldarlığının   və   işin   səmərəliliyinin   artırılması,   əməyin   təşkilində   ən   mütərəqqi   üsulların,   o 
cümlədən   yeni   texnikanın   və   ya   texnologiyanın   tətbiqi   zamanı   iş   yerlərinin   attestasiyasını 
keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi 
xidmətlərinin   və   əməyin   təşkili   üzrə   peşəkar   mütəxəssislərdən   ibarət   iş   yerlərinin   attestasiyası 
komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan 
Respublikasının Nazirlər Kabineti]
 tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu 
vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq  məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində 
göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə 
bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3.   İşəgötürənin   əmri   (sərəncamı)   ilə   işçilərin   attestasiyasının   keçirilməsi   üçün   təcrübəli,   yüksək 
peşəkarlıq   qabiliyyətinə   malik,   obyektivliyi   və   qərəzsizliyi   ilə   seçilən   nüfuzlu   şəxslərdən,   habelə 
həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, 
işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli 
olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə 
(sərəncamla) müəyyən edilir.
5.   Attestasiya   komissiyasının   üzvləri   tərəfindən   işçiyə   yalnız   tutduğu   vəzifəyə   (peşəyə),   əmək 
funksiyasına,   ixtisasına   (peşəsinə)   dair,   yerinə   yetirdiyi   işlər   və   onların   nəticələri   barədə,   habelə 
tutduğu   vəzifəyə   (peşəyə)   uyğunluğunu   müəyyən   etmək   üçün   zəruri   olan   əmək   müqaviləsi   ilə 
müəyyən edilmiş hüquqları, vəzifələri  dairəsinə aid olan məsələlərlə əlaqədar  suallar verilə  bilər. 
Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və 
digər   sırf   şəxsi   dəyərlərinə   görə,   o   cümlədən   onun   intizamlılıq   dərəcəsinə   görə   peşəkarlıq 
səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə 
əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs 
çoxluğu   ilə   qəbul   edir.   Müvafiq   iş   yeri   üzrə   əmək   kollektivi   nümayəndələrinin   attestasiya 
komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə