Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   ...   57

tənzimlənir. (
65
)
Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları 
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi 
müvafiq   hallarda   təqvim   vaxtı   ilə   hesablanan   müddətlərlə   —   illərlə,   aylarla,   həftələrlə,   günlərlə 
müəyyən edilir.
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
3.   İllərlə,   aylarla,   həftələrlə   hesablanan   müddətlər   müvafiq   olaraq   ilin,   ayın,   həftənin   sonuncu 
günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin 
bitdiyi gün hesab edilir.
İkinci fəsil. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək 
münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları 
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək 
əmək müqaviləsi bağlamaq;
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət 
etmək;
c)   iş   vaxtında   və   ya   iş   vaxtından   sonra   qazanc   əldə   etmək   məqsədi   ilə   qanunvericiliklə 
qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən 
fəaliyyətlə məşğul olmaq;
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, 
habelə belə şəraitin yaradılmasını tələb etmək;
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
e)   iş   vaxtından   artıq   vaxtda   işə   cəlb   olunduqda   əlavə   əmək   haqqını   almaq   və   ya   onun 
verilməsini tələb etmək;
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri 
yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək 
haqqının verilməsini tələb etmək;
f)   mənzil   şəraitinin,   ailə   üzvlərinin   sosial-məişət   şəraitinin   yaxşılaşdırılması   üçün 
işəgötürəndən müvafiq sosial yardımlar almaq;
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
ğ)   müvafiq   peşələr   (vəzifələr),   istehsalatlar   üzrə   iş   yerlərində   qanunvericiliklə   müəyyən 
olunmuş qısaldılmış iş vaxtında çalışmaq;


h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
x)   hər   il   bu   Məcəllədə   nəzərdə   tutulmuş   minimum   müddətdən   az   olmayan   ödənişli   əsas 
məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə 
etmək;
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
i)   əmək   funksiyasının   yerinə   yetirilməsi   zamanı   əmlakına   və   səhhətinə   dəyən   ziyanın 
ödənilməsini tələb etmək;
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və 
istehsalatda   bədbəxt   hadisələr   və   peşə   xəstəlikləri   nəticəsində   peşə   əmək   qabiliyyətinin  
itirilməsi   hallarından   icbari   sığorta  olunmaq,   habelə   hər   hansı   başqa   növ   sığorta 
qaydalarından istifadə etmək;
k) qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü 
olmaq,   habelə   bu   təşkilatların   və   ya   əmək   kollektivinin   keçirdiyi   tətillərdə,   mitinqlərdə, 
toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
q)   əmək   hüquqlarının   müdafiəsi   üçün   məhkəməyə   müraciət   etmək   və   hüquqi   müdafiə 
olunmaq;
l)  qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə (güzəştlərlə) pensiya təminatından, 
sosial   müdafiə   üzrə   müavinətlərdən   və   güzəştlərdən,   sosial   sığorta   hüququndan  istifadə 
etmək;
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar 
barədə işəgötürəndən müvafiq arayışlar almaq;
o)   elektron   informasiya   sistemindən   onunla   bağlı   qeydiyyata   alınmış   əmək   müqaviləsi  
bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək. (
36

56

65
)
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri 
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:
a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
d)   dövlət   sirrini,   habelə   işəgötürənin   kommersiya   sirrini   müəyyən   olunmuş   qaydada   və 
şərtlərlə gizli saxlamaq;
e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;


ə)   fərdi,   kollektiv   əmək   mübahisələri   üzrə   məhkəmə   qərarlarını   (qətnamələrini)   yerinə 
yetirmək;
f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi
10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə  
çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla  
bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı  
tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65  
yaşına  çatmış  işçisinin  çalışma  müddəti  müvafiq   dövlət   orqanı   tərəfindən  bu  Qanunun  10-1.2-ci  
maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət  
büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə  
dövlət   büdcəsindən   maliyyələşən   müəssisələrin   işçilərinin   ümumi   sayının   15   faizindən   artıq   ola  
bilməz.
10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti  
uzadılmış   işçilərinin   sayı   həmin   müəssisənin   işçilərinin   sayının   2   faizindən   artıq   ola   bilməz.  
Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat  
vahidinə qədər yuvarlaqlaşdırılır.
10-1.6.   Dövlət   büdcəsindən   maliyyələşən   müəssisələrdə   çalışan   işçilərin   çalışma   müddətinin  
uzadılmasına onların razılığı əsasında yol verilir. (
59
)
Maddə 11. İşəgötürənin əsas hüquqları 
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:
a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların 
şərtlərini dəyişdirmək;
b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
c)   işçilərdən   əmək   müqaviləsi   ilə   müəyyən   edilmiş   şərtlərin,   öhdəliklərin   vaxtında   və 
keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
ç)   işgüzar   keyfiyyətinə,   əməyinin   nəticələrinə,   peşəkarlıq   səviyyəsinə   uyğun   olaraq   işçini 
müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;
d)   işçilər   əmək   müqaviləsinin   şərtlərini,   müəssisədaxili   intizam   qaydalarını   pozduqda 
qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;
e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə 
müvafiq tədbirlər görmək;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə