Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   ...   57

ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin 
şərtlərini  dəyişdirmək   və  ya işçilərin  sayını   ixtisar  etmək,   ştatları,   struktur bölmələri   ləğv 
etmək;
f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqı təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu 
müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək;
g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq 
müddətini müəyyən etmək.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci 
maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür 
müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək 
onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət 
daşıyır.
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri aşağıdakılardır:
a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
b) bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini 
yerinə yetirmək;
c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
ç) kollektiv  müqavilələrin,  sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə  əməl 
etmək;
d)   fərdi,   kollektiv   əmək   mübahisələri   üzrə   məhkəmə   qərarlarını   (qətnamələrini)   yerinə 
yetirmək;
e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada 
baxmaq;
ə)   işçilərin   əmək,   maddi,   sosial-məişət   şəraitinin,   onların   ailəsinin   rifah   halının 
yaxşılaşdırılması   üçün   müəssisənin   əsasnaməsinə   (nizamnaməsinə),   kollektiv   müqaviləyə 
müvafiq olaraq zəruri tədbirlər görmək;
f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını  
artırmaq   zamanı,   işin   keyfiyyətini   qiymətləndirərkən,   işdən   azad   edərkən   cinsindən   asılı  
olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;
g) cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni  
pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə  
görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;
ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə  
cəlb etməmək;
h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək (bu Məcəllənin 7-ci  


maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla).
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən,  15 yaşına 
çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə  
törədə   bilən   fəaliyyətə   cəlb   edən,  habelə   bu   Məcəllənin   tələblərinə   əməl   etməyən   işəgötürən 
qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. (
40

53

65
)
Maddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi 
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal 
nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən 
Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və 
bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
bu   Məcəllədə   və   digər   normativ   hüquqi   aktlarda   nəzərdə   tutulmuş   əmək   hüquqlarının 
məhdudlaşdırılması qadağandır.
3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və 
vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.
4.   İşəgötürənlər   əcnəbiləri   və   vətəndaşlığı   olmayan   şəxsləri,   onlara   qanunvericiliklə   müəyyən  
olunmuş qaydada Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata  
keçirmələri üçün fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər. (
45
)
Maddə 14. Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri 
1. Əmək münasibətlərinin  tənzimlənməsi  sahəsində  qanunvericilik,  icra və  məhkəmə  hakimiyyəti 
orqanları öz səlahiyyətləri çərçivəsində:

qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni 
qaydada və dürüst əməl olunmasını; 

sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; 

işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; 

işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; 

səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; 

əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən 
edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata 
keçirilməsini təmin etməlidirlər. 
2.   Dövlət,   işçi   qüvvəsindən   səmərəli   istifadə   olunmasını   təmin   etmək,   Azərbaycan   Respublikası 
Konstitusiyasının   35-ci   maddəsinin   VIII   hissəsinə   müvafiq   olaraq   işsizliyin   aradan   qaldırılması 
məqsədi   ilə   vətəndaşların   peşəkarlıq   səviyyəsini,   əmək   vərdişlərini,   çoxillik   təcrübəsini   nəzərə 
almaqla   müvafiq   ixtisaslar,   sənətlər,   peşələr   üzrə   ölkədə   mövcud   olan   işçi   qüvvəsindən   istifadə 
olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, 
işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləyir.
3.   Əmək   münasibətləri   sahəsində   dövlət   siyasətinin   həyata   keçirilməsi   müvafiq   icra   hakimiyyəti 
orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 tərəfindən təmin 
edilir. Həmin icra hakimiyyəti orqanı:

səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin tənzim 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə