Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   ...   57

edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir; 

əməyin ödənilməsi, və əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, 
əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlillərin və 18 yaşınadək sağlamlıq imkanları 
məhdud olan işçilərin reabilitasiyası problemləri sahəsində dövlət siyasətini həyata keçirir. 
(
44
)
Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan 
1. Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl 
olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
 həyata keçirir.
2.   Əmək   qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqan  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
  səlahiyyəti   çərçivəsində   əmək   qanunvericiliyinin   pozulmasında   təqsirkar   şəxslərdən   yol 
verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının  
İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək 
və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna 
malikdir.
3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
  hüquqları,   vəzifələri   və   fəaliyyət   qaydaları   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan 
Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir.
4.   Əmək   qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqan  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin 
həlli üzrə fəaliyyət göstərə bilməz.
5. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
 vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların 
tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin 
işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir.
6. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
  vəzifəli şəxslərinin qərarlarından və göstərişlərindən  inzibati qaydada və (və ya)  məhkəməyə 
şikayət verilə bilər.
7.   Müvafiq   icra   hakimiyyəti   orqanı   elektron   informasiya   sisteminə   müvafiq   icra   hakimiyyəti  
orqanının real vaxt rejimində inteqrasiya olunmasını təmin etməlidir.
Qeyd:  Bu   Məcəllədə   «əmək   münasibətlərinin   iştirakçıları»   dedikdə,   işəgötürənlər,   işçilər, 
mülkiyyətçi,   işəgötürənin   tabeliyində   olan   vəzifəli   şəxslər,   əməyin   mühafizəsi   xidmətlərinin 
nümayəndələri, işçinin öz hüquqlarını müdafiə etmək üçün müvəkkil etdiyi nümayəndəsi, həmkarlar 
ittifaqlarının nümayəndələri və işəgötürənlərin nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri 
başa düşülməlidir. (
17

41

65
)
Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi 


1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, 
əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, 
həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin 
işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə 
görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya 
dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti 
qadağandır.
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və  
vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə  
qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən  
işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı  
açıqlamamalıdır.
Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək  
və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə  
şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan  
hallar istisna olmaqla) yolverilməzdir.
2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək 
münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab 
edilmir.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-
seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
müvafiq məsuliyyət daşıyır.
4.   Ayrı-seçkiliyə   məruz   qalan   işçi   pozulmuş   hüququnun   bərpa   edilməsi   tələbi   ilə   məhkəməyə 
müraciət edə bilər. (
57

61
)
Maddə 17. Məcburi əməyin qadağan edilməsi 
1. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-
qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək 
qadağandır.   İşçini   məcburi   əməyə   cəlb   edən   təqsirkar   şəxslər   qanunvericiliklə   müəyyən   edilmiş 
qaydada məsuliyyətə cəlb edilirlər.
2. Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə 
minmiş   məhkəmə   hökmlərinin   icrası   zamanı   müvafiq   dövlət   orqanlarının   nəzarəti   altında   yerinə 
yetirilən işlərdə məcburi əməyə yol verilir.
Maddə 18. Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə tənzimlənməsi 
1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək 
kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ 
vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada 
məhdudlaşdırıla bilər.
2. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana 
çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin XI bölməsində nəzərdə tutulan 
qaydada tənzimlənir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə