Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar 
8.1. Bu Əmək  müqaviləsinə  birtərəfli  qaydada  aparılmış  dəyişikliklərin,  əlavələrin,  düzəlişlərin 
hüquqi qüvvəsi yoxdur.
8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a) ___________________________________________________________________________;
b) ___________________________________________________________________________;
c) ____________________________________________________________________________. 
(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır).
 
8.3.   Tərəfimizdən   razılaşdırılmış   dəyişikliklər   və   əlavələr   dərhal   (_____________   gündən   gec 
olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar: 
___________________________________ İşəgötürən
___________________________________ İşçi
§9. Əmək müqaviləsinə xitam verilməsi 
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə 
tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan 
hallarda xəbərdar edilir.
9.3.   İşçi   tərəfindən   bu   əmək   müqaviləsi   ləğv   edilməzdən   əvvəl   işəgötürən   bir   təqvim   ayı 
qabaqcadan xəbərdar edilməlidir.
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin 
iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir.
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
_______________________________________________________________________________ 
_______________________________________________________________________________ 
_______________________________________________________________________________
§10. Yekun qaydalari 
10.1.   Bu   Əmək   müqaviləsinin   qüvvədə   olduğu   müddət   ərzində   tərəflər   yaranan   əmək 
mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan 
nail   olacaqlar.   Tərəflər   əmək   mübahisələrinin   həlli   haqqında   razılığa   gəlmədikdə   mübahisənin 


məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə 
saxlanılır.
10.3.   Tərəflər   bu   Əmək   müqaviləsi   üzrə   öhdəliklərinin   icrasını   üçüncü   şəxslərə   həvalə   edə 
bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə 
müəyyən edilən hallar istisna olunmaqla, üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə 
cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, 
habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb 
edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə 
yetirəcək,   şəxsi,   maddi,   maliyyə,   istehsal   maraqlarımıza,   habelə   ictimai   birliklərdə   və   siyasi 
partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
§11. Tərəflərin imzaları və ünvanları 
11.1.   İşəgötürənin   vəzifəsi,   adı,   atasının   adı   və   soyadı,   habelə   müştərisi   olduğu   bankın   adı, 
hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən 
xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:
Möhürü
İmzası:
11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası:
Tarix:
Qeyd:  Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan Əmək müqaviləsinin məzmununa 
daxil   olan   şərtlər,   məlumatlar   həmin   müqavilə   tərtib   edilərkən   hökmən   göstərilməlidir.   Bu 
nümunədə   göstərilən   əlavə   müddəaların,   şərtlərin   hər   biri   konkret   hallarda   işəgötürən   və   işçi 
tərəfindən   Əmək   müqaviləsi   bağlanarkən   razılaşdırılaraq   tərtib   edilir.   Lakin   bütün   hallarda 
işəgötürən Əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib 
etməyə   borcludur.   İşəgötürən   bu   nümunəyə   tam   uyğun   olan   Əmək   müqaviləsinin   formalarının 
kifayət   miqdarda   nəşriyyat   üsulu   ilə   hazırlanmasını   təmin   etməlidir.   Əmək   müqaviləsinin 
formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların 
pozulmasına, qaralanmasına yol verilməməlidir.
*
 Bu sənəd tərəflərin iradəsindən asılı olaraq eyni hüquqi məna kəsb edən «Əmək müqaviləsi» və  
ya «Əmək kontraktı» formasında tərtib edilir.
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
2-ci əlavə


İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü 
binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə 
fasilələrin verilməsi şərtləri
1. Havanın temperaturu  41  dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici 
qurğular   olmayan   örtülü   binalarda,   otaqlarda   və   digər   iş   yerlərində   bütün   növ   işlərin   görülməsi 
dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:
3.1. küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;
3.2. küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və sökülməsi işləri;
3.3. küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;
3.4.  küləyin  gücü  3 baldan   artıq  olduqda  —  daşınan  taxta-şalbanın  yerinin   dəyişdirilməsi 
işləri.
4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:
4.1.   küləyin   gücü   4   baldan   artıq   olduqda   —   ayrı-ayrı   özüllərdə   kran   gəmiləri   vasitəsiilə 
görülən tikinti-quraşdırma və sökmə işləri;
4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançalar 
yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;
4.3.   küləyin   gücü   8   baldan   artıq   olduqda   —   qazma   işləri   aparılan   quyularda   alətlərin 
quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;
4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda 
işlər;
4.5.   küləyin   gücü   6   baldan   artıq   olduqda   —   daimi   dəniz   özüllərində   estakadayanı 
meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi 
üstündəki işlər;
4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi 
altındakı işlər;
4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün 
növ qaynaq işləri;
4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu 
bütün növ qaynaq işləri;
4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin tavan vəziyyətində qoyulduğu 


bütün növ qaynaq işləri;
4.11.   küləyin   gücü   5  baldan   artıq   olduqda   —   ayrı-ayrı   özüllərdə   üzən   vasitələr,   qurğular 
olmadan tikinti-quraşdırma və sökmə işləri;
4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;
4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsiilə dayaqlar vurulması işləri;
4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;
4.15.   küləyin   gücü   5   baldan   artıq   olduqda   —   daimi   dəniz   özüllərində   buruqların 
quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının 
asma   kanatının   təmiri   və   dəyişdirilməsi,   buruqda   və   ya   dorda   diyircəklərin,   kran-blokun 
dəyişdirilməsi,   tali   kanatının   təchizatı,   dərinlik   ölçmələri   və   quyuların   debitinin   ölçülməsi 
işləri;
4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və 
əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda 
bütün işlər.
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin 
gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün 
fasilələr verilir.
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə 
işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-
birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət  14 dərəcədən 
aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
8.   İşlərin   dayandırılması   və   isinmək   üçün   fasilələr   verilməsi,   habelə   bu   fasilələrin   sayının   və 
müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata 
keçirilir. (
48
)
«Azərbaycan» qəzetində dərc edilmişdir (25-29 aprel 1999-cu il, № 93-96)( «VneshExpertService» 
LLC).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusuda dərc edilmişdir (1999-ci il, № 4, maddə 
213).
1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli «Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq 
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan 
Respublikasının Qanunu ilə təsdiq edilmişdir («
VES Consultancy
» 
LLC
).


Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
23 fevral 2000-ci il tarixli
 qərarına əsasən 
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu məcəllənin 
70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət 
hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci 
maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin». 
- «Azərbaycan» qəzeti, 1 mart 2000-ci il, № 48.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
29 noyabr 2000-ci il tarixli
 qərarı 
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə 
əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası 
Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından 
qüvvədən düşmüş hesab edilsin» -«Azərbaycan» qəzeti, 1 dekabr 2000-ci il, № 276.
3. Azərbaycan Respublikasının 20 fevral 2001-ci il tarixli 
88-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 30 mart 2001-ci il, № 70.
4. Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli 
107-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 17 iyun 2001-ci il, № 135.
5. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli 
178-IIQD
 saylı qanunu- «Azərbaycan» 
qəzeti, 28 noyabr 2001-ci il, № 271.
6. Azərbaycan Respublikasının 05 oktyabr 2001-ci il tarixli 
186-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 28 noyabr 2001-ci il, № 271.
7. Azərbaycan Respublikasının 10 oktyabr 2001-ci il tarixli 
195-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 10 yanvar 2002-ci il, № 7.
8. Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il tarixli 
214-IIQD
 saylı qanun.- «Azərbaycan» 
qəzeti, 29 dekabr 2001-ci il, № 298.
9. Azərbaycan Respublikasının 23 aprel 2002-ci il tarixli 
311-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 4 may 2002-ci il, № 101.
10. Azərbaycan Respublikasının 24 may 2002-ci il tarixli 
333-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 7 iyul 2002-ci il, № 152.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
29 noyabr 2002-ci il tarixli
 qərarına əsasən 
əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə 
pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış 
məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci 
hissəsinə müvafiq olaraq ödənilməlidir. 
12. Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli 
409-IIQD
 nömrəli qanun - «Azərbaycan» 
qəzeti, 10 yanvar 2003-cü il, № 7.
13. Azərbaycan Respublikasının 3 dekabr 2002-ci il tarixli 
391-IIQD
 saylı qanunu - «Azərbaycan» 
qəzeti, 15 yanvar 2003-cü il, № 11.


14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
17 iyun 2003-cü il tarixli 
qərarına əsasən 
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq 
işçiyə əsas məzuniyyət yalnız bu məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və 
əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin məcəllənin 116-cı maddəsində 
müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu 
maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının 
xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-
cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin 
ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə 
birləşdirilir».- «Azərbaycan» qəzeti, 19 iyun 2003-cü il, № 138.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
19 aprel 2001-ci il tarixli
 qərarına əsasən 
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsini azadlıqdan məhrum 
etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən 
əmək stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci 
maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin».- «Azərbaycan» qəzeti, 27 aprel 
2001-ci il, № 94.
16. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli
569-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 1 fevral 2004-cü il, № 25.
17. Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli, 
568-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 15 fevral 2004-cü il, № 38.
18. Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli, 
598-IIQD 
nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 1 aprel 2004-cü il, № 75.
19. Azərbaycan Respublikasının 30 aprel 2004-cü il tarixli, 
643-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 23 iyul 2004-cü il, № 169.
20. Azərbaycan Respublikasının 21 may 2004-cü il tarixli, 
675-IIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 1 iyul 2004-cü il, № 150.
21. Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli, 
729-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 14 sentyabr 2004-cü il, № 214.
22. Azərbaycan Respublikasının 3 dekabr 2004-cü il tarixli, 
795-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 4 yanvar 2005-ci il, № 1.
23. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 
848-IIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 25 mart 2005-ci il, № 66.
24. Azərbaycan Respublikasının 4 mart 2005-ci il tarixli, 
856-IIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 30 aprel 2005-ci il, № 97.
25. Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli,
 888-IIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 20 iyul 2005-ci il, № 165.
26. Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli, 
980-IIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 25 oktyabr 2005-ci il, № 247.
27. Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli, 
1023-IIQD
 nömrəli qanunu - 


«Azərbaycan» qəzeti, 24 noyabr 2005-ci il, № 272.
28. Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli, 
44-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 31 dekabr 2005-ci il, № 304.
29. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 
73-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 27 may 2006-cı il, № 116.
30. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 
74-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 1 aprel 2006-cı il, № 69.
31. Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli, 
77-IIIQD 
nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 30 mart 2006-cı il, № 67.
32. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli, 
155-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 1 dekabr 2006-cı il, № 269.
33. Azərbaycan Respublikasının 8 dekabr 2006-cı il tarixli, 
194-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 19 dekabr 2006-cı il, № 284.
34. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli, 
152-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
35. Azərbaycan Respublikasının 19 dekabr 2006-cı il tarixli,
 204-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 28 dekabr 2006-cı il, № 292.
36. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 
260-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 26 may 2007-ci il, № 114.
37. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il 
316-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 26 may 2007-ci il, № 114.
38. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il 
313-IIIQD
 nömrəli qanunu - «Respublika» qəzeti, 
29 iyun 2007-ci il, № 140.
39. Azərbaycan Respublikasının 16 iyun 2007-ci il tarixli, 
389-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 21 avqust 2007-ci il, № 185.
40. Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli, 
424-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 27 noyabr 2007-ci il, № 267.
41. Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il tarixli, 
430-IIIQD
 nömrəli qanunu - 
«Respublika» qəzeti, 27 noyabr 2007-ci il, № 267.
42. Azərbaycan Respublikasının 1 fevral 2008-ci il tarixli, 
540-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 14 mart 2008-ci il, № 57.
43. Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli, 
608-IIIQD
 nömrəli qanunu - «Azərbaycan» 
qəzeti, 10 iyul 2008-ci il, № 149.
44. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli, 
648-IIIQD
 nömrəli qanunu - «Respublika» 
qəzeti, 10 iyul 2008-ci il, № 149.


45. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli, 
697-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 30 oktyabr 2008-ci il, № 242.
46. Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixli, 
699-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 16 noyabr 2008-ci il, № 257.
47. Azərbaycan Respublikasının 16 dekabr 2008-ci il tarixli, 
743-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 15 fevral 2009-cu il, № 36.
48. Azərbaycan Respublikasının 24 fevral 2009-cu il tarixli, 
771-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 17 may 2009-cu il, № 105.
49. Azərbaycan Respublikasının 28 aprel 2009-cu il tarixli, 
807-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 26 iyun 2009-cu il, № 137.
50. Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli, 
891-IIIQD 
nömrəli qanunu - 
«Respublika» qəzeti, 24 dekabr 2009-cu il, № 280.
51. Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli, 
927-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 24 dekabr 2009-cu il, № 286.
52. Azərbaycan Respublikasının 1 fevral 2010-cu il tarixli, 
950-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 24 fevral 2010-cu il, № 43.
53. Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli, 
924-IIIQD
 nömrəli qanunu - 
«Azərbaycan» qəzeti, 13 fevral 2010-cu il, № 34.
54. Azərbaycan Respublikasının 5 mart 2010-cu il tarixli, 
971-IIIQD
 nömrəli qanunu — 
«Azərbaycan» qəzeti, (18 aprel 2010-cu il, № 82).
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 
21 iyun 2010-cu il tarixl

Qərarı — «Respublika» qəzeti, 8 iyul 2010-cu il, № 143.
56. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli, 
36-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan» qəzeti, (23 yanvar 2011-ci il, № 16).
57. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli, 
37-IVQD
 nömrəli qanunu — «Xalq 
qəzeti», (17 fevral 2011-ci il, № 37).
58. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli, 
38-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (20 fevral 2011-ci il, № 40).
59. Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli, 
127-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (10 iyun 2011-ci il, № 124).
60. Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli, 
140-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (5 iyul 2011-ci il, № 143).
61. Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli, 
446-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (2 dekabr 2012-ci il, № 269).
62. Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli, 
525-IVQD
 nömrəli qanunu — 


«Respublika», (6 fevral 2013-cü il, № 27).
63. Azərbaycan Respublikasının 28 dekabr 2012-ci il tarixli, 
540-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (10 fevral 2013-cü il, № 31).
64. Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli, 
749-IVQD
 nömrəli qanunu — 
«Azərbaycan», (24 noyabr 2013-cü il, № 259).
65. Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli, 
875-IVQD
 nömrəli qanunu — 
Azərbaycan Respublikası Prezidentinin fərmanı -- 15.04.99, № 122

Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə