Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 19. Həmkarlar ittifaqları



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   ...   57

Maddə 19. Həmkarlar ittifaqları 
1.   İşçilər   arasında   heç   bir   fərq   qoyulmadan,   işəgötürəndən   qabaqcadan   icazə   alınmadan,   sırf 
könüllülük prinsipləri əsasında müəssisədə həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, 
sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına 
daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.
2. Həmkarlar ittifaqlarının  hüquqları, vəzifələri  və səlahiyyətləri «Həmkarlar  ittifaqları  haqqında» 
Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.
Maddə 20. İşəgötürənlərin nümayəndəli orqanları 
1. İşəgötürənlər iqtisadi, maliyyə maraqlarını, sahibkarlıq fəaliyyəti ilə bağlı mənafelərini müdafiə 
etmək, habelə həmkarlar ittifaqları ilə münasibətlərdə sosial tərəfdaşlıq etmək üçün könüllü şəkildə 
müvafiq təşkilat yaradaraq birləşə bilərlər.
2. İşəgötürənlərin nümayəndəli orqanının hüquqları, vəzifələri, fəaliyyət istiqamətləri və qaydaları 
müvafiq normativ hüquqi aktlarla və onun nizamnaməsi (əsasnaməsi) ilə tənzim edilir.
3. İşəgötürənlərin nümayəndəli orqanının fəaliyyəti işçilərin və işəgötürənlərin hüquq bərabərliyi və 
bu   Məcəllə   ilə   müəyyən   edilmiş   qaydada   əmək   münasibətlərinin   müvafiq   müqavilələr,   sazişlər 
bağlamaqla tənzimlənməsi prinsipində qurulmalıdır.
4.   İşəgötürənlərin   nümayəndəli   orqanı   üçün   işçilərin   nümayəndəli   orqanlarına   nisbətən   hər   hansı 
üstün hüquqların, güzəştlərin, imtiyazların müəyyən edilməsi yolverilməzdir.
Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti 
1.   Müəssisələrdə   həmkarlar   ittifaqları   təşkilatları   ilə   yanaşı,   qanunvericiliklə   müəyyən   edilmiş 
qaydada yaradılan işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanları, habelə işəgötürənlərin 
nümayəndəli orqanı nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər.
2.   Müəssisənin   mülkiyyətçisi,   işəgötürəni   həmkarlar   ittifaqları   təşkilatlarının   və   işçilərin   digər 
nümayəndəli ictimai özünüidarə orqanlarının fəaliyyəti üçün kollektiv müqavilələrdə nəzərdə tutulan 
və ya bu təşkilat və ictimai özünüidarə orqanlarının işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların 
arasında bağlanmış müqavilə əsasında müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir.
3. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir.
Qeyd:  Bu   maddədə   «ictimai   özünüidarə   orqanları»   dedikdə,   əmək   kollektivi   şurası,   sədrlər 
(direktorlar)   şurası,   ixtiraçılar,   səmərələşdiricilər,   yaradıcılıq,   qadınlar,   veteranlar   cəmiyyətləri   və 
müvafiq   normativ   hüquqi   aktlar   əsasında   əmək   münasibətləri   iştirakçılarının   təsis   etdikləri   digər 
ictimai birliklər başa düşülməlidir.
II bölmə. Kollektiv müqavilə və saziş
Üçüncü fəsil. Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları
Maddə 22. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas 
prinsipləri 
Kollektiv   müqavilə   və   sazişin   hazırlanması,   bağlanması   və   yerinə   yetirilməsinin   əsas   prinsipləri 


aşağıdakılardır:
a) tərəflərin hüquq bərabərliyi;
b)   kollektiv   müqavilə   və   sazişin   məzmununa   dair   məsələlərin   müzakirəsində   tərəflərin 
müstəqilliyi və könüllülüyü;
c)   obyektiv   səbəbdən   təmin   edilə   bilməyən   şərtlərin   kollektiv   müqavilənin   və   sazişin 
məzmununa daxil edilməsinin yolverilməzliyi;
ç) öhdəliklərin icrasına təminat;
d) qanunvericiliyin tələblərinə əməl edilməsi;
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.
Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlarda dəyişikliklər edilməsinə və icrasına 
müdaxilənin yolverilməzliyi 
Kollektiv müqavilənin və sazişin bağlanılması, onlarda dəyişikliklər edilməsi və yerinə yetirilməsi 
zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi partiyaların, ictimai birliklərin və 
dini qurumların tərəflərin hüquqlarını, habelə qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran 
və ya onların həyata keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır.
Maddə 24. Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyi 
1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər 
və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.
2. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara 
nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.
Dördüncü fəsil. Kollektiv danışıqlar
Maddə 25. Kollektiv danışıqlar aparmaq hüququ 
1. Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün 
kollektiv   danışıqlar   aparmaq   təşəbbüsünə   səlahiyyətləri   daxilində   həmkarlar   ittifaqları   təşkilatları 
(birlikləri),   əmək   kollektivləri,   işəgötürənlər,   müvafiq   icra   hakimiyyəti   və   işəgötürənlərin 
nümayəndəli orqanları malikdirlər.
2. Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa başlamalı və  
kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak  
edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. Kollektiv danışıqların  
aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu aldığı gündən sonrakı gün  
kollektiv danışıqların başlanması günü sayılır.
3.   Əgər   müəssisədə   həmkarlar   ittifaqları   təşkilatı   (birliyi)   yoxdursa,   əmək   kollektivi   danışıqlar 
aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.
4.   Respublika,   peşələr,   sahələr  və   ya   ərazi   üzrə,   habelə   müəssisə   daxilində   bir   neçə   həmkarlar 
ittifaqları təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün işçilərin müvafiq 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə