Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   10   ...   57

həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən ibarət komissiya yaradılır.
5.   Kollektiv   müqavilənin   və   sazişin   şərtlərinin   hazırlanması   məqsədi   ilə   kollektiv   danışıqların 
aparılmasından boyun qaçırmağa yol verilmir.
6. İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə orqanlarını, eləcə  
də   onların   yaratdığı   və   ya   maliyyələşdirdiyi   təşkilatları   təmsil   edən   şəxslərin   işçilərin   adından  
kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına yol verilmir. (
37

48
)
Maddə 26. Kollektiv danışıqların aparılması qaydası 
1. Kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin hazırlanması məqsədi ilə 
danışıqlar aparmaq üçün tərəflər, müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət 
komissiya yaradırlar.
2. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə 
müəyyən edilir.
3.   Tərəflər   kollektiv   müqavilənin   və   sazişin   məzmununa   aid   məsələlərin   seçilməsi   və   müzakirə 
edilməsində sərbəstdirlər.
4. Komissiyanın tələbi ilə tərəflər kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş 
gün müddətində təqdim etməlidirlər. Danışıqların iştirakçıları alınmış məlumatlarda olan dövlət və ya 
kommersiya sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.
5. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir. 
Protokolda   fikir   ayrılığının   aradan   qaldırılması   haqqında   tərəflərin   yekun   təklifləri,   habelə 
danışıqların yenidən başlanması müddəti göstərilir.
Maddə 27. Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar 
1.   Kollektiv   danışıqların   iştirakçıları   (tərəflərin   nümayəndələri,   məsləhətçi,   ekspert,   barışdırıcı, 
vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər şəxslər) kollektiv danışıqların aparıldığı 
dövrdə   orta   aylıq   əmək   haqqı   saxlanılmaqla   il   ərzində   üç   ay   müddətinədək   əmək   funksiyasının 
icrasından azad olunurlar. Həmin müddət onların əmək stajına daxil edilir.
2. Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir.
3. Danışıqların aparılmasında iştirak etmək üçün dəvət olunmuş və əmək müqaviləsi üzrə işləməyən 
şəxslərə haqq onları dəvət etmiş tərəflə bağladıqları müqavilə əsasında ödənilir.
4. Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə intizam məsuliyyətinə cəlb olunmasına, 
başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.
Beşinci fəsil. Kollektiv müqavilə
Maddə 28. Kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarın qəbul 
edilməsi 
1.   Bu   Məcəllənin   25-ci   maddəsində   nəzərdə   tutulmuş   qaydada   irəli   sürülmüş   təşəbbüsə   əsasən 
kollektiv   müqavilənin   hazırlanması   və   bağlanması   zəruriliyi   haqqında   qərarı   həmkarlar   ittifaqları 
təşkilatı qəbul edir.


2. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda danışıqların aparılması, kollektiv müqavilənin 
hazırlanması və bağlanması haqqında qərarı əmək kollektivinin ümumi yığıncağı (konfransı) qəbul 
edir.
3. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil  
struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil  
struktur   bölmələrində   kollektiv   danışıqların   aparılması,   kollektiv   müqavilənin   hazırlanması,  
bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən  
tərəfindən zəruri səlahiyyətlər verilir. (
48
)
Maddə 29. Kollektiv müqavilənin tərəfləri 
Kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə 
həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir.
Maddə 30. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları 
1.   Kollektiv   müqavilənin   layihəsinin   hazırlanması,   bağlanması   qaydaları   və   müddəti   tərəflərin 
qarşılıqlı   razılığı   ilə   müəyyən   edilir   və   rəsmiləşdirilir.   Bu   məqsədlə   tərəflər   bərabər   saylı 
nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər.
2. Komissiya (işçi qrupu) kollektiv müqavilənin layihəsini tərəflərin müzakirəsinə verir. Daxil olmuş 
təkliflər   araşdırıldıqdan   sonra   yenidən   işlənmiş   layihə   təsdiq   olunmaq   üçün   həmkarlar   ittifaqları 
təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir.
3. Həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması 
onun nizamnaməsi ilə tənzimlənir.  İşçilərin (nümayəndələrin)  50 faizindən çoxunun iştirak etdiyi 
ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur.
4. İşəgötürən kollektiv müqavilənin layihəsini tərəflərin müzakirəsinə verilməsi üçün mövcud olan 
bütün imkanlardan (daxili rabitə və məlumat, surətçıxaran, texniki və digər vasitələr) istifadə etmək 
üçün həmkarlar ittifaqları təşkilatına və ya müvafiq komissiyaya (işçi qrupuna) şərait yaratmalıdır.
5. Kollektiv müqavilənin layihəsi bəyənilməzsə, tərəflərin nümayəndələri on beş gün ərzində (əgər 
tərəflər   başqa   razılığa   gəlməyiblərsə)   layihəni   yenidən   işləyib   təsdiq   olunmaq   üçün   təkrarən 
həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) müzakirəsinə verirlər.
6. Kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir.
7.   Tərəflər,   kollektiv   müqavilə   təsdiq   edildikdən   sonra   onu   üç   gün   ərzində   imzalamalıdırlar. 
İmzalanmış   kollektiv   müqavilə   və   ona   əlavələr   yeddi   təqvim   günü   ərzində   məlumat   üçün 
işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına  
[Azərbaycan Respublikasının Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 təqdim edilir.
Maddə 31. Kollektiv müqavilənin məzmunu 
1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər.
2. Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri 
daxil edilir:
a) müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə