Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

b) əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin 
və digər ödəmələrin müəyyən edilməsi;
c)   qiymətlərin   artımı,   inflyasiyanın   səviyyəsi   nəzərə   alınmaqla   əmək   haqqı   miqdarının 
tənzimlənmə mexanizmi;
ç) məşğulluq, əlavə təhsil, işçilərin sərbəstləşdirilməsi şərtləri;
d) iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
e)   işçilərə   və   onların   ailə   üzvlərinə   mədəni   və   məişət   xidmətlərinin,   sosial   təminatlar   və 
güzəştlərin müəyyən edilməsi;
ə)  əməyin  qiymətləndirilməsi,  əmək  normalarının  müəyyən  edilməsi  və yenidən  işlənməsi 
qaydaları;
f) qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
g) əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
ğ) əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
h)   əmək   mübahisələrinə   məhkəməyə   qədər   baxan   orqanın   yaradılması   və   onun   fəaliyyət 
qaydası;
x) işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi;
ı) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları təşkilatı ilə 
razılaşmalar aparılması;
i) işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
j)  həmkarlar   ittifaqının   üzvü   olan   işçilərin   əmək   haqqından   həmkarlar   ittifaqına   üzvlük  
haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi və 4 iş  
günü   müddətində   həmin   müəssisənin   həmkarlar   ittifaqı   təşkilatının   xüsusi   hesabına  
köçürülməsi, habelə həmkarlar  ittifaqları  təşkilatına  nizamnamə  fəaliyyətini  səmərəli  təşkil 
etmək üçün digər zəruri şəraitin yaradılması;
k) kollektiv əmək mübahisəsinin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
q) kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
l) kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti;
m) əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər;
n) iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik  
hərəkətləri   və   təhqiramiz   hərəkətlər   barəsində   izahat   işi   aparılmasına   və   informasiya  
verilməsinə   yardım   göstərilməsi   və   belə   hərəkətlərin   qarşısının   alınması,   işçiləri   bu   cür  
davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
o)   iş   yerində   və   ya   işlə   əlaqədar   olaraq,   seksual   təhrik   məsələlərinə   dair   izahat   işi  


aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının  
alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
ö)   işçilərə   bədən   tərbiyəsi   və   idmanla,   o   cümlədən   iş   rejimi   şəraitində   və   işdən   sonrakı  
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri  
üçün şəraitin yaradılması.
3.   Kollektiv   müqavilədə   müəssisənin   iqtisadi   imkanları   nəzərə   alınmaqla   digər,   o   cümlədən   bu 
Məcəllədə   nəzərdə   tutulduğundan   daha   güzəştli   əmək   və   sosial-iqtisadi   şərtlər   də   (əlavə 
məzuniyyətlər,   pensiyalara   əlavələr,   nəqliyyat   və   ezamiyyə   xərclərinin   ödənilməsi,   pulsuz   və   ya 
güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.
4. Bu Məcəllədə  və digər normativ hüquqi aktlarda  kollektiv  müqaviləyə  daxil edilməsi  nəzərdə 
tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir. (
21

54

58

63
)
Maddə 32. Kollektiv müqavilənin qüvvəsi 
1. Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər.
2. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
3. Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə yenisi bağlananadək, lakin ən 
çoxu üç il müddətədək qüvvədə olur.
4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan başqa müəssisədə 
təşkilati-struktur dəyişikliklərin edilməsi,  işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə də 
həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin 
itirilməsinə səbəb olmur.
5. Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu 
müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya əvvəlkini qüvvədə saxlamaq, ona 
əlavələr və dəyişikliklər edilməsi məqsədi ilə danışıqlara başlamalıdırlar.
6. Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv olunduğu və ya birləşmə,  
bölünmə   və   yaxud   ayrılma   formasında   yenidən   təşkil   olunduğu  halda,   kollektiv   müqavilə   bütün 
ləğvetmə və ya yenidən təşkiletmə müddəti ərzində qüvvədə olur.
7.   Kollektiv   müqavilə   müəssisənin   bütün   işçilərinə,   o   cümlədən   kollektiv   müqavilə   qüvvəyə 
mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir. (
48
)
Maddə 33. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi 
Kollektiv   müqavilənin   qüvvədə   olduğu   müddətdə   ona   əlavələr   və   dəyişikliklər   edilməsi   yalnız 
tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən edilmiş qaydada aparılır. Əgər 
belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv müqavilənin bağlanması üçün 
bu Məcəllədə nəzərdə tutulmuş qaydada edilir.
Maddə 34. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət 
1. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 həyata keçirir. Nəzarəti 
həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə