Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən dövlət müəssisə



Yüklə 70,82 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü70,82 Kb.
#34880


 

 

Azərbaycan Respublikasının Əmlak 

Məsələləri Dövlət Komitəsi Kollegiyasının 

2014-cü il 13 yanvar tarixli 01 nömrəli 

Qərarı ilə təsdiq edilmişdir. 

 

 



 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 

yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən dövlət müəssisə 

və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və 

nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan 

limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat 

vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, 

silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə 

satışına aid müraciət və sənədlərin qəbulu üzrə inzibati reqlament 

 

 



                                            1.Ümumi müddəalar 

 

1.1.  Elektron  xidmətin  adı:  dövlət  müəssisə  və  təşkilatlarının,  habelə  tam 

özəlləşdirilməmiş  səhmdar  cəmiyyətlərinin  və  nizamnamə  fondunda  dövlət  payı 

olan  hüquqi  şəxslərin  balansında  olan  limitdən  və  tələbatdan  artıq  minik 

avtomobilləri  və  digər  nəqliyyat  vasitələrinin,  o  cümlədən  normativ-istismar 

müddəti  bitmiş,  tam  aşınmış,  silinməli  olan  nəqliyyat  vasitələrinin  və 

avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu  

 

1.2. Elektron xidmətin məzmunu:  dövlət müəssisə və təşkilatlarının, habelə tam 

özəlləşdirilməmiş  səhmdar  cəmiyyətlərinin  və  nizamnamə  fondunda  dövlət  payı 

olan  hüquqi  şəxslərin  balansında  olan  limitdən  və  tələbatdan  artıq  minik 

avtomobilləri  və  digər  nəqliyyat  vasitələrinin,  o  cümlədən  normativ-istismar 

müddəti  bitmiş,  tam  aşınmış,  silinməli  olan  nəqliyyat  vasitələrinin  və 

avadanlıqların  satışının  həyata  keçirilməsi  məqsədilə  təşkil  edilən  hərraclarda 

hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün onların qeydə alınması, 

sifarişlərin qəbulu, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin 

ödənilməsi ilə bağlı qaydaları müəyyən edir.

 

 



1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:  

1.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi;

 

1.3.3.  Azərbaycan  Respublikası  Prezidentinin  23  avqust  2000-ci  il  tarixli  432 



nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət   əmlakının  hərraclar  vasitəsilə   satışı  

Qaydaları”nın 3-cü bəndi; 

1.3.4.  Azərbaycan  Respublikası  Prezidentinin  24  iyun  2009-cu  il  tarixli  116 

nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri 

Dövlət Komitəsi haqqında Əsasnamə”nin  8.37-ci bəndi; 



1.3.5.  Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  23  avqust 

2006-cı  il  tarixli  179  nömrəli  Əmri  ilə  təsdiq  edilmiş  “Dövlət  müəssisə  və 

təşkilatlarının,  habelə  tam  özəlləşdirilməmiş  səhmdar  cəmiyyətlərinin  və 

nizamnamə  fondunda  dövlət  payı  olan  hüquqi  şəxslərin  balansında  olan  limitdən 

və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən 

normativ-istismar  müddəti  bitmiş,  tam  aşınmış,  silinməli  olan  nəqliyyat 

vasitələrinin  bazar  qiymətlərinə  uyğun  olaraq  satılmasının  təşkil  edilməsi 

Qaydaları”nın 1.2-ci və 3.1-ci bəndləri; 

1.3.6 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi 

tədbirlər  haqqında”    Azərbaycan  Respublikası  Prezidentinin  23  may  2011-ci  il 

tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; 

1.3.7. Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  24 noyabr 2011-ci il tarixli 

191  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Elektron  xidmət  növlərinin  Siyahısı”nın 

24.15-ci bəndi. 

 

1.4.  Elektron  xidməti  göstərən  dövlət  qurumunun  adı:  Azərbaycan 

Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  yanında  Hərracların  Təşkili 

üzrə Auksion Mərkəzi. 

 

1.5. Elektron xidmətin digər icraçıları:  yoxdur. 

 

1.6. 

Elektron 

xidmətin 

avtomatlaşdırılma 

səviyyəsi: 

 

qismən 



avtomatlaşdırılmışdır. 

 

1.7.  Elektron xidmətin icra müddəti:  3(üç) iş günü  

 

1.8.  Elektron  xidmətin  göstərilməsinin  nəticəsi:  Hərracda  iştirak  etmək 

hüququnun verilməsi. 

 

 

        2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi  



 

2.1. Elektron xidmətin növü: İnteraktiv   

2.2. E-xidmət üzrə ödəniş: ödənişli  

Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr  tarixli  432  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  əmlakının  hərraclar  vasitəsi  ilə  satışı 

Qaydaları”nın  3.1-ci  və  5.3-cü  bəndlərinə  uyğun  olaraq  hərracda  iştirak  etmək 

üçün  seçilən  əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməli 

olduğu hesab: 



Əmlak Məsələləri Dövlət komitəsi VÖEN 2000015631 

Rekvizitlər: 

          Adı: Mərkəzi Bank 

          Kodu: 501004 

          Müxbir hesab: AZ74NABZ011451700000000001944 

          VÖEN: 9900071001, 

          S.W.İ.F.T. NABZAZ2C 



          Alan müştəri; 

          Adı: Əmlak Məsələləri Dövlət Komitəsi 

          Hesab № AZ65 NABZ 0136 1150 0000 0000 4944 

          VÖEN: 2000015631 

Ödənişin  təyinatı:  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr 

tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi 

ilə  satışı  Qaydaları”nın  3.1-ci  və  5.3-cü  bəndlərinə  uyğun  olaraq  hərracda  iştirak 

etmək  üçün  seçilən  əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin 

ödənilməsi. 

       Ödəmə üsulları: elektron ödəniş,köçürmə. 



2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər 

2.4.  Elektron  xidmətin  təqdim  olunma  yeri: 

www.e-gov.az

www.e-


emdk.gov.az

 

2.5. Elektron xidmət barədə məlumatlandırma:  

        www.emdk.gov.az 

        www.auksion.az  

       “Mülkiyyət” qəzeti  

       Qaynar xətt: 193 

       Telefon: (012) 566-07-44  

        e-mail: info@auksion.az 

 

2.6.  Elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  sənədlər  və  onların 

təqdim olunması forması: 

Elektron xidm

ətin göstə

rilm


əsi üçün tə

l

ə



b olunan s

ə

n



ə

dl

ə



aşağıdakılardır və

 

onların skan edilmiş surə



ti elektron formada t

ə

qdim olunur:



 

Fiziki şəxslər üçün: 

 

1. Sifariş (reqlamentə əlavə olunur) 

2. Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd  

3. Fiziki şəxsin adından çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə 

4.  Əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməsi  haqqında 

sənədin surəti (elektron ödəmələr istisna olunmaqla) 



 

Hüquqi şəxslər üçün: 

 

1. Sifariş (reqlamentə əlavə olunur) 



2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; 

3. Hüquqi şəxsin nizamnaməsinin surəti; 

4.  Əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməsi  haqqında 

sənədin surəti (elektron ödəmələr istisna olunmaqla); 

5. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə; 



6. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd. 

 

                                                            



3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu. 

3.1.1. Sorğunun formalaşdırılması:   

Hərracda  iştirak  etmək  üçün  internet  ünvanından  götürülmüş  sifariş  forması 

doldurulur.             

3.1.2. Sorğunun qəbulu. 

Təqdim  edilən  məlumatlar  qəbul  edilərək  operator  tərəfindən  qeydə  alınır  və 

aidiyyəti şöbəyə göndərilir. 

 

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 

3.2.1.  Sorğunun  yerinə  yetirilməsindən  imtina  halları  (tam  və  qismən 

avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla) 

Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr  tarixli  432  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  əmlakının  hərraclar  vasitəsi  ilə  satışı 

Qaydaları”nın 3.6-cı bəndində göstərilən hallarda və hərracın başlanmasına 3 (üç) 

bank günündən az müddət qaldıqda sifariş təqdim edildiyi halda sorğudan imtina 

edilir. 


3.2.2.  İstifadəçi  tərəfindən  elektron  xidmətdən  istifadə  etmək  məqsədi  ilə  təqdim 

edilən məlumatlar tam olduğu  halda sorğu qəbul edilir. 



 

3.3. Sorğunun icrası: 

3.3.1. İstifadəçi tərəfindən sifariş qəbul edildikdən sonra operator tərəfindən qeydə 

alınır və məsul şöbəyə göndərilir.  

3.3.2. Məsul şöbədə sifarişə və əlavə edilmiş sənədlərə baxılır. İstifadəçi tərəfindən 

təqdim  edilən  sənədlərdə  imtina  üçün  əsas  olmayan  və  aradan  qaldırılması 

mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə (3 üç) gündən gec 

olmayaraq  yazılı  məlumat  verilir.  Çatışmazlıqlar  1  (bir)  gündən  gec  olmayaraq 

aradan  qaldırıldıqdan  və  bu  barədə  Hərracların  Təşkili  üzrə  Auksion  Mərkəzinə 

məlumat  verildikdən  sonra  elektron  xidmət  göstərilir  və  istifadəçiyə  hərracda 

iştirakçı olub-olmaması barədə müvafiq bildiriş göndərilir.  

3.3.3.  Hərrac  baş  tutduğu  təqdirdə  qalib  iştirakçıya  hərrac  komissiyasının 

protokolu və digər sənədlər təqdim edilir. Hərrac baş tutmadıqda, habelə hərracın 

digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş və qalib 

olmayan hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən 10 

(on) bank günü müddətində  qaytarılır.  

 

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət 

3.4.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Hərracların 

Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri həyata keçirir.  

3.4.2.  Nəzarət  qaydası:  Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  27 

sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  hakimiyyəti 




orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın  aparılmasına  dair 

Təlimat”la müəyyən edilmiş qaydada. 



 

 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 

3.5.1. İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə 

qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə 

bilər; 

3.5.2.    Şikayət  ərizəsi  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikası 



Qanunun 74-cü maddəsinə uyğun olmalıdır; 

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci 

maddəsində nəzərdə tutulmuş müddətdə baxılmalıdır. 

3.5.4.  Məhkəməyə  verilən  şikayətə  Azərbayca  Respublikasının  İnzibati 

Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




                                                                                                             Əlavə 

 

 



Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 

  

Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar 

cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin 

balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər 

nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam 

aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların 

hərraclar vasitəsilə satışı üzrə keçirilən hərracda iştirak etmək üçün

 

 

                                                              S İ F A R İ Ş 

 

1. Mən   



 

 

 

 

 

 

 

 

 

        

 

                     

                    (fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı və ya hüquqi şəxsin tam adı və ünvanı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                     

                      ( onun vəzifəli şəxsinin soyadı, adı, atasının adı və ünvanı) 



 

hərraca çıxarılması barədə dərc olunmuş məlumatla tanış olduqdan sonra ________________ 

 

 

                                                                                                                                    __________                                                                    



                            (

nəqliyyat vasitəsinin və ya avadanlığın balanssaxlayıcısı) 

 

balansında olan_______________________________________________________________ 



                                                                                          (nəqliyyat vasitəsinin və ya avadanlığın tam adı)

 

 



______________________________________________________________________

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



almaq istədiyimi bildirirəm. 

 

2.  Hərracda  qalib  gələrəmsə,  hərrac  başa  çatdığı  gün  hərracın  yekunları  haqqında 



protokolu  imzalamağı,  bundan  sonrakı  3  iş  günü  ərzində  vəsaitin  qalan  (90%-ni)  hissəsini 

ödəməyi, 10 (on) gün ərzində satıcı-Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi 

bağlamağı öhdəmə götürürəm. 

3. Bu sifarişin  2-ci  bəndinə uyğun öhdəliyi  yerinə  yetirmədiyim təqdirdə, təyin  edilmiş 

bank hesabına ödədiyim behin geri qytarılmamasına razılıq verirəm.  

4. Alqı-satqı müqaviləsi imzalanana qədər bu sifariş hərrac protokolu ilə birlikdə bizim 

aramızda müqavilə qüvvəsinə malik hesab ediləcəkdir. 

 

Əlavə olunur: 



1.

 

Hərracda iştirak etmək üçün behin köçürülməsini təsdiq edən sənəd. 



2.   Hüquqi şəxslər üçün notarial qaydada təsdiq edilmiş təsis sənədləri və etibarnamə. 

3.

 



Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

 



  ________ 

 

 

 

 

 

 

 

 

 



  

 

                    



( fiziki şəxsin soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin göstəriciləri, ünvanı) 

 


_______ 

 

 

 

 

 

 

 

 

 

 

 



                    

                                       (hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin nömrəsi və tarixi) 



_______ 

 

____________ 

 

 

____________ 

___________                               

                



 

 

 

 

  ( onun vəzifəli şəxsinin soyadı, adı və atasının adı)                                                       (imza)

 

 

“___”________________20 ___ il   



 

 

 



 

  

 

Qəbul edilmişdir:________________________________ 



 

 

 



 

                            

(Satıcı tərəfindən doldurulur) 

 

_______________________________ 

              (imza)  (soyadı, adı, atasının adı) 

 

 

“___”___________20___    il



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



Yüklə 70,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə