Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında



Yüklə 44,06 Kb.
tarix27.03.2018
ölçüsü44,06 Kb.
#34872

Layihə
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının _________il tarixli ________nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında

Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən dövlət müəssisələrinin bir hissəsi olaraq özəlləşdirilən avadanlıqların hərracda satışı ilə bağlı sifarişlərin qəbulu üzrə inzibati reqlament

1.Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Dövlət müəssisələrinin bir hissəsi olaraq özəlləşdirilən avadanlıqların hərraclarda satışı üçün sifarişlərin və sənədlərin qəbul edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Dövlət müəssisələrinin bir hissəsi olaraq özəlləşdirilən avadanlıqların satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda iştirakçıların qeydiyyata alınması üçün sifarişlərin və ona əlavə olunan sənədlərin qəbulu, onlara baxılması, özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi, hərracda iştirakçı olub-olmaması barədə müvafiq bildirişin verilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi;

1.3.2.”Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi;

1.3.3.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının 6.8-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 3-cü bəndi;

1.3.5. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.37-ci bəndi;

1.3.6 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.7. ”Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı



1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam

avtomatlaşdırılmışdır.



1.7. Elektron xidmətin icra müddəti: 1 (bir) iş günü

1.8.Elektron xidmətin göstərilməsinin nəticəsi: hərracda iştirakçı olub-olmaması barədə istifadəçiyə müvafiq bildirişin verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. E-xidmət üzrə ödəniş: ödənişli.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak etmək üçün özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməli olduğu hesab:



Əmlak Məsələləri Dövlət Komitəsi VÖEN 2000015631

Rekvizitlər:

Adı: Mərkəzi Bank

Kodu: 501004

Müxbir hesab: AZ74NABZ011451700000000001944

VÖEN: 9900071001,

S.W.İ.F.T. NABZAZ2C

Alan müştəri;

Adı: Əmlak Məsələləri Dövlət Komitəsi

Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944

VÖEN: 2000015631

Ödənişin təyinatı: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak etmək üçün özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi.
Ödəmə üsulları: elektron ödəniş, köçürmə.
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-gov.az, www.e-emdk.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:

www.emdk.gov.az

www.auksion.az

“Mülkiyyət” qəzeti

Qaynar xətt: 193

Telefon: (012) 566-07-44

e-mail:info@auksion.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunması forması: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

Fiziki şəxslər üçün:

1. Sifariş (reqlamentə əlavə olunur);

2. Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

3. Fiziki şəxsin adından çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə;

4. Özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında sənədin surəti (elektron ödəmələr istisna olunmaqla).
Hüquqi şəxslər üçün:

1. Sifariş (reqlamentə əlavə olunur);

2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

3. Özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında sənədin surəti (elektron ödəmələr istisna olunmaqla);

4. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;

5. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti.



3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu.

3.1.1. Sorğunun formalaşdırılması:

Hərracda iştirak etmək üçün internet ünvanından götürülmüş sifariş forması doldurulur və bu Reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərilir

3.1.2. Sorğunun qəbulu.

Formalaşmış sorğu Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən qəbul edilir..
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 3.6-cı bəndində göstərilən hallarda və hərracın başlanmasına 3 (üç) bank günündən az müddət qaldıqda sifariş təqdim edildiyi halda sorğudan imtina edilir.

3.2.2. İstifadəçi tərəfindən elektron xidmətdən istifadə etmək məqsədi ilə təqdim edilən məlumatlar və bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərdə imtina üçün əsas olmadığı halda sorğu qəbul edilir.

3.2.3.Elektron xidmətin göstərilməsindən imtina edildikdə əsaslandırılmış imtina barədə istifadəçiyə elektron formada bildiriş göndərilir.
3.3. Sorğunun icrası:

3.3.1. İstifadəçi tərəfindən sifariş və tələb olunan sənədlər elektron formada göndərildikdən sonra Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.3.2. Məsul şöbədə sifariş və əlavə edilmiş sənədlərə baxılır. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə 1 (bir) gündən gec olmayaraq məlumat verilir.Çatışmazlıqlar 1 (bir) gündən gec olmayaraq aradan qaldırıldıqdan və bu barədə Hərracların Təşkili üzrə Auksion Mərkəzinə məlumat verildikdən sonra elektron xidmət göstərilir və istifadəçiyə hərracda iştirakçı olub-olmaması barədə elektron formada müvafiq bildiriş göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət

3.4.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri həyata keçirir.

3.4.2.Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. Elektron xidməti təşkil edən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş müddətdə baxılmalıdır.

3.5.4.Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Forma İH1

Azərbaycan Respublikası

Əmlak Məsələləri Dövlət Komitəsinə

Dövlət müəssisələrinin bir hissəsi olaraq özəlləşdirilən avadanlıqların

satışı üçün təşkil edilən hərracda iştirak etmək üçün
SİFARİŞ
1. Mən ­­­­­­­­­­­­­­­­­­­­­­______________________________________________________________________________________

fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı

_____________________________________________________________________________________________

(hüquqi şəxsin tam adı, onun vəzifəli şəxsinin soyadı, adı, atasının adı və ünvanı)


özəlləşdirilməsi barədə dərc olunmuş məlumatla tanış olduqdan sonra ­­­­­­­­­­­­­_____________________________________
_____________________________________________________________________________________________

(dövlət müəssisəsinin tam adı, ünvanı)


Bir hissəsi olaraq __________________________________________________________________________

(avadanlığın tam adı)

_____________________________________________________________________________________________

almaq istədiyimi bildirirəm.

2. Hərracda qalib gələrəmsə, hərrac başa çatdığı gün hərracın yekunları haqqında protokolu imzalamaq, bundan sonrakı 10 (on) gün ərzində Satıcı - Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi bağlamaq haqqında öhdəlik götürürəm.

3. Bu sifarişin 2-ci bəndinə uyğun öhdəliyi yerinə yetirmədiyim təqdirdə, Satıcının hesabına ödədiyim behin onun sərəncamında qalmasına razılıq verirəm.

4. Özəlləşdirilən müəssisənin (obyektin, daşınar əmlakın, yarımçıq tikilinin) və ya torpaq sahəsinin alqı-satqı müqaviləsi imzalanana qədər, bu sifariş hərrac protokolu ilə birlikdə bizim aramızda müqavilə qüvvəsinə malik hesab ediləcəkdir.
Əlavə olunur:


  1. Hərracda iştirak etmək üçün behin ödənilməsini təsdiq edən sənəd.

  2. Hüquqi şəxslər üçün notarial qaydada təsdiq edilmiş təsis sənədləri və etibarnamə.

  3. Fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin surəti.

­­­­­­­­­­­­­­­­­­­ _____________________________________________________________________________

fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyət vəsiqəsinin göstəriciləri
_____________________________________________________________________________

(hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin nömrəsi və tarixi,


______________________________________________________________________________

onun vəzifəli şəxsinin soyadı, adı və atasının adı)

_____ ________________ 20 __- il _________________________

imza


A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I

Ə M L A K M Ə S Ə L Ə L Ə R İ D Ö V L Ə T K O M İ T Ə S İ Y A N I N D A

H Ə R R A C L A R I N T Ə Ş K İ L İ Ü Z R Ə A U K S İ O N M Ə R K Ə Z İ

Dövlət müəssisələrinin bir hissəsi olaraq özəlləşdirilən avadanlıqların

satışı üçün təşkil edilən hərracda iştirak etmək üçün
B İ L E T №

Özəlləşdirilən əmlakın tam adı

_______________________________________________________________________

Hərrac iştirakçısının S.A.A._________________________________________________



Hərracın keçirilmə tarixi____________________________________________________

Sektor müdiri____________________________________________________________
Yüklə 44,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə