Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş



Yüklə 27,72 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü27,72 Kb.
#31397


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş 

Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə 

Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində 

əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi 

barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  17-ci 



bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş 

Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi 

Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq 

haqqında  2015-ci  il  aprelin  2-də  Bakı  şəhərində  imzalanmış  Anlaşma 

Memorandumu təsdiq edilsin. 

2.  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  bu 

Fərmanın  1-ci  hissəsində  göstərilən  Anlaşma  Memorandumunun 

müddəalarının həyata keçirilməsini təmin etsin. 

3.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  Anlaşma 

Memorandumunun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili 

prosedurların  yerinə  yetirildiyi  barədə  Birləşmiş  Ərəb  Əmirlikləri  tərəfinə 

bildiriş göndərsin. 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 22 may 2015-ci il

 

              № 531



 

 

 



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə 

Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və 

Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların 

idarə olunması sahəsində əməkdaşlıq haqqında 

  

ANLAŞMA MEMORANDUMU 

  



Bundan  sonra  “Tərəflər”  adlandırılacaq  Azərbaycan  Respublikası 

Fövqəladə  Hallar  Nazirliyi  və  Birləşmiş  Ərəb  Əmirliklərinin  Milli 

Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu, 

hər iki ölkə arasında mövcud dostluq əlaqələrim və əməkdaşlığı nəzərə 

alaraq  və  onların  daha  da  inkişaf  etdirilməsi  və  möhkəmləndirilməsi 

niyyəti  ilə,  təbii  və  texnogen  xarakterli  fəlakətlərin  səbəb  olduğu  zərərləri 

dərk edərək, aşağıdakılar barədə razılığa gəlirlər: 

  

Maddə 1 



Məqsəd 

  

Öz qanunvericiliklərinə müvafiq olaraq, Tərəflər fövqəladə halların və 



böhranların  idarə  olunması  və  onların  nəticəsində  meydana  gələn 

zərərlərin  azaldılması  sahəsində  məlumat  və  təcrübə  mübadiləsini  həyata 

keçirirlər. 

  

Maddə 2 



Əməkdaşlıq sahələri 

  

Qanunvericiliklərinə  müvafiq  olaraq  və  öz  səlahiyyətləri  çərçivəsində 



Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər: 

1.  informasiya,  dövri  mətbuat,  elmi  materiallar,  tədqiqat  işlərinin 

nəticələri, video, foto və digər materialların mübadiləsi; 

2.  birgə  ekspert  iclaslarının,  seminarların,  konfransların,  təlim 

kurslarının planlaşdırılması və keçirilməsi, tədqiqat planlarının aparılması; 

3.  Tərəflərin  tədris  müəssisələrində  mütəxəssislər  üçün  təlim 

kurslarının 

təşkil 


edilməsi, 

ekspertlərin, 

təlimçilərin, 

alimlərin, 

mütəxəssislərin, könüllülərin və digər əməkdaşların mübadiləsi; 

4.  Tərəflərin  səlahiyyətinə  aid  olan  məsələlər  üzrə  qanunvericiliyin 

təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması; 

5.  humanitar  və  sosial  məqsədlər  üzrə  birgə  texniki  layihələrin 

hazırlanması və həyata keçirilməsi

6.  əvvəlcədən  razılıq  əsasında,  təcrübə  qazanmaq  məqsədilə  könüllü 

olaraq Tərəflərin nümayəndələrinin iki ölkədən hər hansı birinin ərazisində 

baş  vermiş  fövqəladə  hal,  böhran  və  ya  fəlakətlərin  idarə  olunmasında 

iştirakının təmin edilməsi; 

7.  Tərəflərin  səlahiyyətlərinə  daxil  olan  digər  fəaliyyətlərin  həyata 

keçirilməsi. 



  

 

 



Maddə 3 

Xərclər 

  

Bu  Anlaşma  Memorandumu  çərçivəsində  fəaliyyətlərdən  və 



əməkdaşlıqdan  irəli  gələn  xərclər  Tərəflər  arasında  əvvəlcədən 

razılaşdırılacaqdır. 

  

Maddə 4 


Səlahiyyətli orqanlar 

  

Bu  Anlaşma  Memorandumunun  tətbiqi  ilə  bağlı  əməkdaşlığın 



əlaqələndirilməsi  Tərəflərin  aşağıda  adları  qeyd  olunan  orqanları 

tərəfindən həyata keçiriləcəkdir: 

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; 

- Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin 

İdarə Edilməsi Qurumu. 

Səlahiyyətli 

orqanlar 

ikitərəfli 

əməkdaşlıq 

sahələrinin 

əlaqələndirilməsi,  kommunikasiyası  və  həyata  keçirilməsi  üzrə  cavabdeh 

olan  bir  və  ya  bir  neçə  əlaqə  ünvanı  təyin  edirlər.  Səlahiyyətli  orqanlar 

əlaqə ünvanlarının fasiləsiz fəaliyyətinə zəmanət verirlər. 

Tərəflər səlahiyyətli orqanlarında baş verən hər hansı dəyişiklik barədə 

təcili olaraq diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırırlar. 

  

Maddə 5 



Əlavə və dəyişikliklər 

  

Tərəflərin  qarşılıqlı  razılığı  əsasında  bu  Anlaşma  Memorandumuna 



hər  hansı  əlavə  və  dəyişiklik  edilə  bilər.  Həmin  əlavə  və  dəyişikliklər  bu 

Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar 

formasında  hazırlanır  və  onun  6-cı  Maddəsinin  müddəalarına  müvafiq 

olaraq qüvvəyə minir. 

  

Maddə 6 


Qüvvəyəminmə və xitam verilmə 

  



Bu Anlaşma Memorandumu, onun qüvvəyə minməsi üçün zəruri olan 

dövlətdaxili  prosedurların  yerinə  yetirildiyi  barədə  Tərəflərin  diplomatik 

kanallar  vasitəsilə  sonuncu  yazılı  bildirişinin  alınması  tarixindən  qüvvəyə 

minir. 


Bu  Anlaşma  Memorandumu  2  (iki)  illik  müddətə  bağlanılır  və 

Tərəflərdən  biri bu Anlaşma Memorandumunu ləğv  etmək  niyyəti  barədə 

digər Tərəfə ən azı 6 (altı) ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı 

bildiriş  göndərmədiyi  təqdirdə,  onun  qüvvəsi  avtomatik  olaraq  növbəti 

ikiillik  müddətlərə  uzadılacaqdır.  Bu  Anlaşma  Memorandumu  belə 

bildirişin alındığı tarixdən 3 (üç) ay sonra öz qüvvəsini itirir. 

Bu Anlaşma Memorandumu Bakı şəhərində 2 aprel 2015-ci il tarixində, 

iki  əsl  nüsxədə  olmaqla,  hər  biri  Azərbaycan,  ərəb  və  ingilis  dillərində 

imzalanmışdır. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı 

yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir. 

  

Azərbaycan Respublikasının

 

Birləşmiş Ərəb Əmirliklərinin

 

Fövqəladə Hallar Nazirliyi

 

Milli Fövqəladə Böhran və Fəlakətlərin

 

adından

 

İdarə Edilməsi Qurumu adından

 

 

 

Kəmaləddin HEYDƏROV,

 

Ənvər QARQAŞ,

 

fövqəladə hallar naziri

 

xarici işlər üzrə dövlət naziri

 

  



  

 

Yüklə 27,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə