Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci IL ərzində



Yüklə 308,29 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.05.2018
ölçüsü308,29 Kb.
#42719
1   2   3   4   5   6   7

 

Qeyd  olunanları  nəzərə  alaraq  iyun  ayında  Mingəçevir, Yevlax, Ağstafa, Daşkəsən, 



Göygöl,  Samux,  Oğuz  şəhər    və    rayonlarında    gənclərin    iştirakı    ilə    “Terrorçuluğa    qarşı  

mübarizədə  gənclərin  rolu”  mövzusunda  təlim  kursları  keçirilmişdir.

 

23-30  iyun  2012-



ci  il  tarixlərdə  Qəbələ  və  29  avqust  –

 

4  sentyabr  tarixlərində  Lerik 



rayonlarında  ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə arxeoloji düşərgə keçirilmişdir. Hər 

düşərgədə 80 nəfər iştirak etmişdir.

 

Rayon  (şəhər)    gənclər    və    idman    idarələrində    (baş    idarələrdə)    çalışan    dövlət  



qulluqçularının  fəaliyyətində  etik  davranış  qaydalarının  rolunu  və  əhəmiyyətini, həmçinin  

anti


korrupsiya  mədəniyyətinin  artırılması  üzrə  maarifləndirilmə  tədbirlərinin  keçirilməsinin  

vacibliyini    nəzərə    alaraq,   iyul    ayında    Lənkəran    şəhərində    və  Oğuz,  İsmayıllı,  Şamaxı, 

Goranboy,  Samux,  Zaqatala    rayonlarında    “Antikorrupsiya:  vətəndaş 

 

hüquqlarının  



qorunmasında    dövlət    qulluqçularının    məsuliyyəti”    mövzusunda    seminar

-

müşavirə  



keçirilmişdir.

  

Dövlət   qulluğu   sahəsində    aparılan   islahatların    mühüm    prioritetlərdən    biri  peşəkar  



dövlət    qulluğu    sisteminin  yaradılması    prossesində    gənc    kadrların    dövlət    qulluğuna  

istiqamətləndirilməsi    və    hazırlanmasıdır.  Bu    sistemin    yaradılması    üsullarından    biri  

regionlarda    perspektivli    gənc    kadrları    dövlət    qulluğunda    karyera    qurmağa  

həvəsləndirməkdir.  Gənclər    və   İdman    Nazirliyi    tərəfindən   müsabiqəyə   çıxarılan   vakant  

vəzifələrin  tutulması  üçün  regionlarda  bu  sahəyə  həvəs  göstərən  gəncləri  dövlət  qulluğuna  

hazırlığın    nəzəri    əsasları    ilə    tanış    etmək    üçün  yeniləşmiş    müsabiqəyə    və    müsahibə  

proqramlarına  uyğun  olaraq  sentyabr

-

oktyabr  aylarında  Ağcabədi, Bərdə, Tərtər, Naftalan, 



Goranboy,  Şirvan,  Saaatlı,  Sabirabad,  Hacıqabul,  İmişli,  Beyləqan    şəhər  və    rayonlarında 

“Gənclər  və  idman  sahəsində  mütəxəssislərin  dövlət  qulluğuna  hazırlanmasında  mövcud  

vəziyyət  və  perspektiv  vəzifələr” mövzusunda  seminar  keçirilmişdir. 

 

Azərbaycan  Respublikası  Prezident



inin   2012-

ci  il  5  sentyabr  tarixli, 2421  nömrəli  

Sərəncamı  ilə  təsdiq  edilmiş  “Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012

-2015-


ci  illər  üçün  

Milli  Fəaliyyət  Planı”nın  10.1

-

ci  bəndində  mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  



d

övlət  qulluqçuları  üçün  etik  davranış  məsələləri  üzrə  mütəmadi  olaraq  tədris  kurslarının  

və  treninqlərin  təşkil  edilməsi  nəzərdə  tutulmuşdur.

 

Qeyd  olunanları,  həmçinin  nazirliyin  yerli  rayon  (şəhər)  gənclər  və  idman  idarələrində 



(

baş  idarələrdə)  çalışan  dövlət  qulluqçularının  fəaliyyətində  etik  davranış  normalarının  və  

antikorrupsiya  mədəniyyətinin  formalaşdırılmasına  dair  Komissiyanın  20  sentyabr  2012

-ci  


il  tarixli, 01/07/1203-DQ-

ST  nömrəli  məktubunda  qeyd  olunan  müvafiq  tövsiyyələri  nəzərə  

alaraq,  noyabr-

dekabr  aylarında  Masallı,  Neftçala, Biləsuvar, Beyləqan, Saatlı, Hacıqabul, 

Sabirabad    və    Ağcabədi    rayonlarında    “Korrupsiyaya    qarşı    mübarizədə    ictimai  şüurun  

formalaşması  dövlət  siyasətidir”

  mövzusunda  treninq-

kurs  keçirilmişdir.

 

05  oktyabr-20  dekabr    2012-ci  il 



tarixlərdə  "İdeya  var!"  MDB

-

nin  iştirakçı  dövlətləri 



tələbələrinin ll Elmi

-

yaradıcılıq Festivalının ilkin mərhələsi keçirilmişdir.



 

04-


07 və 11

-14 oktyabr 2012-

ci il tarixlərdə Bakı

 

şəhərində Azərbaycan Tələbə Gənclər 



Təşkilatları  İttifaqı  ilə  birgə  respublikada  fəaliyyət  göstərən  ali  və  orta  ixtisas  təhsili 

müəssisələrinin  tələbə

-

gənclər  təşkilatlarının  sədr  və  sədr  müavinləri  üçün  “Yeni  media: 



əlaqələrin  qurulması,  birgə  fəaliyyət,

 

informasiya  mübadiləsi”    mövzusunda  təlim  kursları 



keçirilmişdir.

 

15 noyabr  2012-



ci il tarixdə “

17 noyabr- 

Milli Dirçəliş günü”

 

münasibəti ilə Ağdam rayonu 



ərazisində  yerləşən  “N”  saylı  hərbi  hissədə  xidmət  edən əsgər  və  zabit  heyəti ilə ali  və orta 

ixti


sas təhsili müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iştirakı ilə görüş keçirilmişdir.

 

 

 

İ  D  M  A  N

 

 

Azərbaycan idmançılarının son illərdə beynəlxalq idman arenalarında göstərdikləri uğurlu 

nəticələr  idman  sahəsinin  yüksək  inkişaf  mərhələsinə  çatdığını  bir    daha  sübut  edir.  Son 



 

dövrlərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda öz bacarıq və peşəkarlığı ilə seçilir, bir 



çox qabaqcıl dövlətlərin idmançılarını geridə qoyaraq, böyük  uğurlara imza atırlar.

 

2012-



ci il ölkəmizdə “İdman ili” elan edilmişdir. “İdman ili”nin və Milli Olimpiya Komitəsinin 

20 illik yubileyi ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında tədbirlər həyata keçirilmişdir. 

 

Bu il eyni zamanda Olimpiya ili olmuşdur.  Olimpiadaya hazırlıq dövründə təşkil edilərək 



keçirilmiş yarışlar Azərbaycanın təbliği baxımından da əhəmiyyətli olmuşdur. 

 

Xüsusilə  may  ayında  ümummilli  lider  Heydər  Əliyevin  xatirəsinə  həsr  olunmuş,  4 



kontinental, 4 milli və 12 qarışıq kollektivdə ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək 

velosipedçilər  arasında  5  mərhələli  beynəlxalq  veloyürüşü  qeyd  etmək  lazımdır.  Bu  tədbir 

ölkəmizdə,  xüsusən  də  regionlarda

 

velosiped  idman  növünün  təbliği  və  gələcək  inkişafı,  o 



cümlədən Olimpiya Oyunlarına hazırlıq baxımından da faydalı olmuşdur. 

 

Dünya şöhrətli «Formula



-

1»in hazırkı çempionu «Red Bull Racing» komandasının Gənclər 

və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş göstəri xarakterli avtoyürüş və nümunəvi 

çıxışlar,  «Formula

-

1»in canlı əfsanəsi Devid Kulthardın ən sürətli yarış bolidini 



- RB7-

ni idarə 

etməsi  Bakı  sakinləri  və  şəhərimizin  qonaqları  tərəfindən  maraq  və  sevinclə  qarşılanmışdır. 

“İdman İli”nə

 

həsr olunmuş bu tədbirlər eyni zamanda ölkəmizin dünyada uğurlu təbliği, idmana 



olan  qayğısı,  dünya  şöhrətli  idmançıların  Azərbaycana  olan  marağı  sayəsində  mümkün 

olmuşdur. 

 

Artıq  bir  sıra beynəlxalq  yarışlar  təkcə  Bakıda  deyil, ölkəmizin  müxtəlif  bölgələrində  də 



keçirilir. Bu sıradan “İdman ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında şahmat, yunan

-

roma  güləşi,  üzgüçülük  və  digər  idman  növləri  üzrə  təşkil  edilmiş  beynəlxalq    turnirlər 



Naxçıvanın da region

un  


idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır. 

 

 



Müstəqil  Azərbaycanın  tarixində  5

-

ci  dəfə  Azərbaycan  idmançıları  dünyanın  ən  ali 



yarışları  olan  Olimpiya  Oyunlarında  iştirak  etmişlər.  Londonda  keçirilən  XXX  Yay  Olimpiya 

Oyunlarında Azərbaycan yığma komandası ölkəmizi ləyaqətlə təmsil etmiş, ölkəmizin tanınıb 

təbliğ  olunması,  Azərbaycanın  beynəlxalq nüfuzunun  yüksəldilməsi  və  ən  nəhayət,  O

limpiya 


medallarının  qazanılması  uğrunda  53    idmançı  ilə  əzmlə  mübarizə  aparmışdır.  Olimpiya 

Oyunlarında  30  məşqçi,  6  hakim,  2  komanda  rəsmisi,  6  həkim,  1  veterinar,  1  psixoloq,  4 

masajçı,  1  mehtər  və  1  mexanik  komandamızda  təmsil  olunmuşlar.  Həmçinin  komandanın 

tərkibinə  Gənclər  və  İdman  Nazirliyinin,  Milli  Olimpiya  Komitəsinin,  idman  təşkilatları  və 

fed

erasiyalarının, KİV



-

nin nümayəndələri daxil idilər. 

 

Azərbaycan  olimpiyaçıları  16  idman  novündə  mübarizə  aparmışdır.    Bunlardan:  ağır 



atletika, atletika, bədii gimnastika, cüdo, boks, taekvondo, sərbəst güləş, yunan

-

roma güləşi, 



atçılıq idmanı, güllə atıcılığı, üzgüçülük, idman gimnastikası, qılıncoynatma, velosiped idmanı, 

avarçəkmə (akademik) və kanoe.

 

Qeyd etmək lazımdır ki,  Azərbaycan idmançıları uğurla çıxış edərək London Yay Olimpiya 



Oyunlarında  2  qızıl,  2  gümüş  və  6  bürünc    olmaqla  ümumilikdə  10  med

al  qazanaraq  tarixi 

qələbəyə  imza  atmışlar.  204  ölkənin  iştirak  etdiyi  bu  Olimpiadada  Azərbaycan  medalların 

keyfiyyətinə görə 30

-

cu, sayına görə 24



-

cü, Avropa ölkələri arasında 15

-

ci, müsəlman ölkələri 



arasında isə 3

-

cü yeri tutmuşdur.   



 

Bundan  başqa  IV

-V

II  yerləri  tutmuş  11  idmançımız  Beynəlxalq  Olimpiya  Komitəsinin 



xüsusi sertifikatlarına layiq görülmüşlər.

 

London  Olimpiadası  bir  cox  əlamətdar  amillərlə  fərqlənmişdir.  Belə  ki,  ölkəmizin 



idmançıları 53 lisenziya qazanmış və bu Olimpiadada 5 idman növü üzrə  idmançılarımız ilk 

dəfə  çıxış  etmişlər.  Xüsusilə,  qeyd  etmək  lazımdır  ki,  komandamızın  tərkibində  təkcə  Bakı 

şəhərindən  deyil,  həm  də  Gəncə,  Naxçıvan,  Sumqayıt,  Mingəçevir,  Lənkəran,  Astara 

bölgələrindən olan idmançılar da təmsil olunmuşlar.

 

K

omandamızın  ən  gənc    güləşçilərindən  Toğrul  Əsgərov  və  Şərif  Şərifov  Olimpiya 



Oyunlarının çempionu adına və qızıl medala layiq görülmüşlər.

 

Yunan-



roma  və  sərbəst  güləşçilərimiz  Rövşən  Bayramov  və  Mariya  Stadnik  Olimpiya 

Oyunlarında yalnız final görüşündə məğlub olaraq Olimpiadanın gümüş mükafatçıları sırasında 

layiqli yer tutmuşlar. 

 



Yüklə 308,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə