Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək 
hüququna malikdirlər. 
70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və 
ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin 
surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını, 
müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ 
vardır. 
Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər 
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması 
üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, 
fiziki və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada 
alırlar. 
Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar) 
Xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin 
vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır. 
Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması 
73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri 
bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs 
tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1 (bir) günədək müddətə 
götürüb saxlamaq hüququna malikdirlər. 
73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və 
məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin 
müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini 
verirlər. 
73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli 
kimi istifadə oluna bilər. (2) 
Maddə 74. Sənədlərin gömrük auditi 
Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci 
maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. 
Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması 
75.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və gömrük işi 
üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas 


verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin çıxarılması 
məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna malikdirlər. 
75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar üzərində hüquq sahibi olan şəxsə 
qaytarılır. 
Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların götürülüb 
saxlanılması 
76.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu 
Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması 
faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin 
məlumatları, sənədləri və malları götürüb saxlayırlar. 
76.2. Gömrük orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları 
götürüb saxladığı halda, bu həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti 
əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini verirlər. 
76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, 
yaxud sənədlərin və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş 
sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır. 
Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və 
odlu silahdan istifadənin şərtləri və hüdudları 
77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu 
Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu 
silah tətbiq etmək hüququna malikdirlər. 
77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu 
silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, 
bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm 
yoxlanılmalıdırlar. 
77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının 
vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar: 
77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə 
fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə 
xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı 
üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya 
silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum 
zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-
mümkün olduğu başqa hallar istisna edilir); 
77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək; 


77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin 
göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması 
zamanı vurulan ziyanın minimum olmasına çalışmaq. 
77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə 
tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının 
vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi 
hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu 
hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir. 
77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük 
orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən 
şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə 
müvafiq prokurora məlumat verməlidir. 
77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən 
gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət 
daşıyırlar. 
Maddə 78. Fiziki qüvvənin tətbiqi 
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları 
törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya 
tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında 
olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane 
olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane 
olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini 
başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna 
malikdirlər. 
Maddə 79. Xüsusi vasitələrin tətbiqi 
79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən 
aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların 
açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və 
digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər: 
79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən 
basqınların dəf edilməsi üçün; 
79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, 
otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara 
və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər 
zəbt edildikdə, onların azad edilməsi üçün; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə