Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   ...   50

1.0.3. daxildə emal — müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac 
edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra — 
gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi 
gömrük proseduru; 
1.0.4. daxili mallar — Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud 
emala məruzqalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst 
dövriyyə üçün buraxılmış mallar; 
1.0.5. daşıyıcı — malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük 
nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs; 
1.0.6. elektron sənəd — elektron informasiya sistemlərində istifadə üçün elektron 
formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəd; 
1.0.7. emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da 
daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya 
salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu 
asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması; 
1.0.8. emal məhsulları — emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal 
əməliyyatlarından keçmiş mallar; 
1.0.9. fors-major hallar — baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq 
şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini 
yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud 
ictimai-siyasi hadisələr; 
1.0.10. gömrük auditi — malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük 
bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, 
şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair 
məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə 
yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən 
tədbirlər; 
1.0.11. gömrük bəyannaməsi — malların müvafiq gömrük proseduru altında 
yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 
1.0.12. gömrük dəyəri — malların «Gömrük tarifi haqqında» Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 
1.0.13. gömrük xidməti — gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük 
ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti; 


1.0.14. gömrük nəzarəti — gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək 
məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər; 
1.0.15. gömrük nəzarəti altında olan mallar — bu Məcəllənin tələblərinə uyğun olaraq 
üzərində gömrük nəzarəti başa çatmamış mallar; 
1.0.16. gömrük orqanı — gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük 
nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi; 
1.0.17. gömrük ödənişləri — bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları 
tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 
1.0.18. gömrük proseduru — bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti 
altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, 
müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük 
prosedurlarından biri; 
1.0.19. gömrük rəsmiləşdirilməsi — bu Məcəllənin tələblərinə uyğun olaraq malların və 
nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu 
prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 
1.0.20. gömrük rüsumları — malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən 
aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; 
1.0.21. gömrük sahəsi — bu Məcəlləyə uyğun olaraq müəyyən edilən gömrük sərhəd 
buraxılış məntəqəsi, gömrük terminalı, gömrük laboratoriyası, gömrük postu; 
1.0.22. gömrük sərhədindən keçirmə — malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının qanunvericiliyi (bundan sonra — qanunvericilik) ilə müəyyən edilmiş 
üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü 
xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə 
hərəkətlər; 
1.0.23. gömrük tarifi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici 
iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu 
dərəcələrinin məcmusu; 
1.0.24. gömrük təminatı — gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks 
etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük 
orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri; 
1.0.25. göndərən gömrük orqanı — tranzit xüsusi gömrük prosedurunun başlandığı 
gömrük orqanı; 
1.0.26. hasilat norması — emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların 
emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi; 


1.0.27. xaricdə emal — gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal 
əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması 
və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad 
olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru; 
1.0.28. xarici mallar — bu Məcəllənin 1.0.4-cü maddəsində göstərilənlərdən başqa, digər 
mallar və ya daxili mal statusunu itirmiş mallar; 
1.0.29. idxalatçı — malları idxal edən şəxs; 
1.0.30. ixracatçı — malları ixrac edən şəxs; 
1.0.31. qeyri-rezidentlər — bu Məcəllənin 1.0.44-cü maddəsinin şamil edilmədiyi 
şəxslər; 
1.0.32. mal sahibi — mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs; 
1.0.33. malın mənşə ölkəsi – gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə 
aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın 
tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə; 
1.0.34. mallar — gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, 
elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 
1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat 
vasitələri; 
1.0.35. malların buraxılışı — malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, 
onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi; 
1.0.36. malların gömrük orqanına təqdim olunması — malların gömrük orqanının 
yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması 
və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına 
verilməsi; 
1.0.37. malların gömrük statusu — malların xarici və yaxud daxili mallara aid edilməsi; 
1.0.38. malların yoxlanması — malların xassələrinin, mənşəyinin, vəziyyətinin, 
miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu 
müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən 
yerinə yetirilən hərəkətlər; 
1.0.39. müşayiət olunan baqaj — gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən 
keçirilən mallar; 
1.0.40. müşayiət olunmayan baqaj — sərnişinlərə məxsus olan, gömrük sərhədindən 
nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə