Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   ...   50

1.0.41. nəqliyyat sənədləri — malların və nəqliyyat vasitələrinin daşınması zamanı 
qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdə (bundan sonra — beynəlxalq müqavilələr) nəzərdə tutulmuş beynəlxalq 
avtomobil qaiməsi, dəmiryol qaiməsi, baqaj cədvəli, baqaj qəbzi, aviaqaimə, konosament, 
habelə malların boru kəmərləri və elektrikötürücü xətləri vasitəsilə nəqlində istifadə 
olunan digər müşayiət sənədləri
1.0.42. nəqliyyat vasitələri — sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün 
istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o 
cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı; 
1.0.43. prosedur sahibi — gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük 
bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və 
öhdəliklərinin ötürüldüyü şəxs; 
1.0.44. rezidentlər — qanunvericiliyə müvafiq olaraq yaradılmış və Azərbaycan 
Respublikasında yerləşən hüquqi şəxslər və digər idarə, müəssisə və təşkilatlar, 
Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti 
ilə məşğul olan şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan 
Respublikasında daimi yaşayan şəxslər; 
1.0.45. risk — gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı; 
1.0.46. səlahiyyətli iqtisadi operator — Ümumdünya Gömrük Təşkilatının normaları və 
standartlarına uyğun olaraq, gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından 
istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs; 
1.0.47. sərbəst dövriyyə üçün buraxılış — qanunvericilikdə nəzərdə tutulmuş bütün 
gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə 
yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə 
buraxılmasından ibarət gömrük proseduru; 
1.0.48. sərbəst zona — gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və 
vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
1.0.49. şəxsi əşyalar — fiziki şəxsin fərdi istifadəsi üçün zəruri olan əşyalar; 
1.0.50. şəxslər — hüquqi şəxslər və fiziki şəxslər; 
1.0.51. şərti buraxılış — mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində 
sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında 
şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış; 
1.0.52. tarif kvotası — idxal edilən ayrı-ayrı malların müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilmiş miqdarına (dəyərinə) qanunvericilikdə nəzərdə 
tutulduğundan daha aşağı idxal gömrük rüsumunun və həmin miqdardan (dəyərdən) artıq 


olan hissəsinə daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli 
tənzimlənmə üsulu; 
1.0.53. təyinat gömrük orqanı — tranzit xüsusi gömrük prosedurunun başa çatdığı 
gömrük orqanı; 
1.0.54. ticarət siyasəti tədbirləri — Ümumdünya Ticarət Təşkilatının qərarlarının tətbiq 
olunmasının bir hissəsi kimi, malların idxalı və ixracını qanunvericiliklə müəyyən 
olunmuş formada tənzimləyən qeyri-tarif tədbirləri
1.0.55. tranzit — malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük 
orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru; 
1.0.56. vergilər — malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə 
əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və 
aksizlər. 
Maddə 2. Gömrük işi və gömrük tənzimlənməsi 
2.1. Gömrük işi — gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində 
gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük 
qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını 
təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər 
vasitələrindən ibarətdir. 
2.2. Gömrük tənzimlənməsi — gömrük sərhədindən malları və nəqliyyat vasitələrini 
keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların 
müəyyən olunmasıdır. 
2.3. Gömrük tənzimlənməsi gömrük qanunvericiliyinə və xarici ticarətin dövlət 
tənzimlənməsinə dair qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq həyata 
keçirilir. 
2.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində dövlət siyasətini və 
tənzimlənməsini həyata keçirir. 
2.5. Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə 
təcrübənin beynəlxalq hüququn normalarına və ümumi qəbul olunmuş beynəlxalq 
təcrübəyə uyğunlaşdırılması məqsədi ilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq 
əməkdaşlıqda iştirak edir. 
Maddə 3. Gömrük ərazisi və gömrük sərhədi 
3.1. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir. 


3.2. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər 
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada 
yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı 
daxildir. 
3.3. Gömrük ərazisində bu Məcəllədə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla 
bilər. 
3.4. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük 
sərhədidir. 
3.5. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan 
Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. 
Maddə 4. Gömrük qanunvericiliyi 
4.1.Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu 
Məcəllədən, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunundan, onlara 
uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
4.2. Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər 
qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri daxil edilə 
bilməz: 
4.2.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 
gömrük münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar
4.2.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq 
cinayətlər haqqında müddəalar; 
4.2.3. büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar; 
4.2.4. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən 
olan digər sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar; 
4.2.5. ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında 
qanunlarda nəzərdə tutulan müddəalar. 
4.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə daha artıq 
müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi 
aktda onun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə mindiyi göstərilməlidir. 
Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, xarici 
ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə 
qüvvəyə minə bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə