Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   ...   50

4.4. Bu Məcəllə qüvvəyə minənədək və ya sonra qanunla təsdiq olunmuş hasilatın pay 
bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan digər sazişlərin və ya 
qanunların, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi 
iqtisadi zonalar haqqında qanunların müddəaları bu Məcəllədə və gömrük işi üzrə başqa 
normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, həmin sazişlərin 
və ya qanunların müddəaları tətbiq edilir. 
4.5. Gömrük qanunvericiliyi müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında 
da yerləşdirilməlidir. 
Maddə 5. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları 
5.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin aktları ilə 
nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin 
aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktları 
qəbul edir. 
5.2. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmin aktlarda qüvvəyə 
minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin 
elektron variantında dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 
5.3. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları onun rəsmi internet 
saytında da yerləşdirilməlidir. 
Maddə 6. Gömrük orqanları və onların fəaliyyəti 
6.1. Azərbaycan Respublikasında gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir. 
6.2. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük 
orqanları hüquq mühafizə orqanlarıdır. 
6.3. Gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının 
qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə 
nizam-intizam prinsiplərinə əsaslanır. 
6.4. Gömrük orqanları öz fəaliyyətlərində gömrük qanunvericiliyini rəhbər tuturlar. 
6.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə, heç bir dövlət orqanı 
tərəfindən gömrük orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar qəbul 
edilə, yaxud dəyişdirilə, funksiyaları yerinə yetirilə, fəaliyyətinə digər formada müdaxilə 
oluna bilməz. 
Maddə 7. Gömrük orqanlarının vahid sistemi 
7.1. Gömrük orqanlarının vahid sisteminə aşağıdakılar daxildir: 


7.1.1. müvafiq icra hakimiyyəti orqanının aparatı; 
7.1.2. ərazi gömrük idarələri
7.1.3. ixtisaslaşdırılmış gömrük idarələri; 
7.1.4. gömrük postları. 
7.2. Müvafiq icra hakimiyyəti orqanının Əsasnaməsi və onun strukturu müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
7.3. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanları müvafiq 
icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərirlər. 
7.4. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanlarının 
yaradılması, yenidən təşkili və ləğvi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata 
keçirilir. 
Maddə 8. Gömrük orqanlarının vəzifələri 
8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 
8.0.1. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında 
iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; 
8.0.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına 
riayət olunmasını təmin etmək; 
8.0.3. bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması 
hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; 
8.0.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının 
iqtisadi və milli təhlükəsizliyini təmin etmək; 
8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və 
təkmilləşdirmək; 
8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük 
nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 
8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq
8.0.8. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin 
sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; 


8.0.9. gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin 
işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 
8.0.10. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə 
inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik 
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, 
ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli 
mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların 
və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin 
qarşısını almaq; 
8.0.11. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay 
limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə 
qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla 
mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək; 
8.0.12. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və 
sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi 
və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində 
müvafiq dövlət orqanlarına yardım göstərmək; 
8.0.13. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə 
dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən 
keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti 
təmin etmək; 
8.0.14. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən 
keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq; 
8.0.15. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və 
xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq 
və təkmilləşdirmək; 
8.0.16. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının 
hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət 
orqanlarına yardım göstərmək; 
8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının 
qorunması üzrə tədbirlər görmək; 
8.0.18. milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən 
müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu 
Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə