Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   ...   50

8.0.19. gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib 
hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə 
yetirilməsini təmin etmək; 
8.0.20. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata 
keçirmək; 
8.0.21. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində 
qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata 
keçirmək; 
8.0.22. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə 
dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə 
blanklarını vermək; 
8.0.23. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının 
layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək; 
8.0.24. müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi 
sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək; 
8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar 
müvafiq tədbirlər görmək; 
8.0.26. gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid 
məsləhətlər vermək; 
8.0.27. dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək; 
8.0.28. dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi 
operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək; 
8.0.29. müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və 
ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron 
formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün 
qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə 
edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait 
yaratmaq; 
8.0.30. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi 
məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla 
tərəfdaşlıq əlaqələri yaratmaq; 


8.0.31. digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq 
məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların 
fəaliyyətini əlaqələndirmək; 
8.0.32. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 
Maddə 9. Gömrük orqanlarının hüquqları 
9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək 
üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 
9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər 
həyata keçirmək; 
9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən 
gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları 
şəxslərdən tələb etmək; 
9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və 
bəyannamələrin düzgünlüyünü araşdırmaq; 
9.0.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; 
9.0.5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat 
vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və 
digər sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun olaraq yoxlamaq; 
9.0.6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar 
barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət 
etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti 
həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-
axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının 
sistemi daxilində mobil qruplar təşkil etmək; 
9.0.7. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş 
cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, 
törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə 
müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 
9.0.8. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və 
ibtidai istintaq aparmaq; 
9.0.9. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə 
icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə 
cəlb etmək; 


9.0.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri 
törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və 
ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin 
diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara 
məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) 
məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə 
etmək; 
9.0.11. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə
gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, 
gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, 
gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək; 
9.0.12. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, 
həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, 
onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri 
sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq; 
9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, 
xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə 
etmək; 
9.0.14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük 
qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada 
xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; 
9.0.15. digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla 
əməkdaşlıq etmək; 
9.0.16. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metodlarının və 
vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək 
məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq; 
9.0.17. bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə 
tutulmuş başqa hüquqlardan istifadə etmək. 
Maddə 10. Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar 
10.1. Müvafiq icra hakimiyyəti orqanı malların gömrük ekspertizasını aparan gömrük 
laboratoriyaları yaradır. 
10.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində tədqiqatların aparılması, 
kadrların hazırlanması və ixtisasının artırılması məqsədi ilə elmi tədqiqat və tədris 
müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar 
yarada bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə