Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

320.0.4. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarının 
hazırlanması, ona dəyişikliklər və əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə 
məsələlərlə məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını 
təmsil edir; 
320.0.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının nəşrini təmin edir; 
320.0.6. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının, onun beynəlxalq 
əsaslarının təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların nəşrini təmin 
edir; 
320.0.7. müvafiq icra hakimiyyəti orqanlarını xarici iqtisadi fəaliyyətin mal 
nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin edir; 
320.0.8. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması üzrə digər 
funksiyaların yerinə yetirilməsini təmin edir. 
Maddə 321. Malların təsnifatı 
321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi 
fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 
321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci 
maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul 
edirlər. 
321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 
bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst 
təsnifatlandırma hüququna malikdirlər. 
321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal 
nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən 
sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən 
müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya 
xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 
321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter 
daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu 
Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 
XX bölmə. Gömrük ekspertizası
 
Fəsil 56. Gömrük ekspertizasının aparılması 
Maddə 322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 


322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 
322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 
322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq 
aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 
322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal 
tarixinin və keyfiyyətinin müəyyən edilməsi
322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 
322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 
322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan 
malların və tullantıların müəyyən edilməsi; 
322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 
322.1.8. malların gömrük dəyərinin təyin olunması; 
322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən 
edilməsi. 
322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və 
onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi 
qərarlar qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin 
müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 
322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 
322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında 
cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. 
322.5. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi 
haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və 
gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. 
322.6. Mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük 
laboratoriyasının rəhbərinin qərarı əsasında eyni ixtisaslı bir neçə ekspertə həvalə 
olunmaqla komisyon ekspertiza keçirilir. 
322.7. Bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlər müxtəlif bilik və ya elm sahələri, 
yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə 
tədqiqat aparılmaqla müəyyən edilə bildikdə, kompleks ekspertiza keçirilir. 


322.8. Malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının 
sənədində (göndərişində) aşağıdakılar göstərilməlidir: 
322.8.1. gömrük ekspertizasının aparılmasının məqsədləri; 
322.8.2. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı; 
322.8.3. ekspertin qarşısında qoyulmuş suallar; 
322.8.4. ekspertə təqdim olunmuş materialların və sənədlərin siyahısı; 
322.8.5. bilə-bilə yalan rəy verməsinə görə ekspertin məsuliyyəti haqqında 
xəbərdarlıq. 
322.9. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan 
digər şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına 
göndərilməsi barədə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və 
vəzifələri izah olunur. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə 
səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə hüquq və vəzifələrinin izah 
olunması barədə qərarda müvafiq qeyd aparır. 
322.10. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar 
barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə 
malların gömrük ekspertizasının aparılması üçün müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi məbləğdə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir. 
322.11. Gömrük orqanlarının təşəbbüsü ilə keçirilən gömrük ekspertizalarının aparılması 
ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 
322.12. Tədqiqat obyektinin gömrük laboratoriyasına gətirilməsi mümkün olmadığı 
hallar istisna olmaqla, gömrük ekspertizası gömrük laboratoriyasının binasında aparılır. 
Ekspert gömrük ekspertizasının aparılmasına yalnız gömrük laboratoriyasının rəhbərinin 
yazılı göstərişi əsasında başlaya bilər. 
322.13. Gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir. 
322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 
158-ci maddəsinə uyğun olaraq götürülür. 
322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
Maddə 323. Ekspertin hüquqları və vəzifələri 
323.1. Ekspert aşağıdakı hüquqlara malikdir: 


323.1.1. tədqiqat obyektinə aid materiallar və sənədlərlə tanış olmaq; 
323.1.2. gömrük ekspertizasını aparmaq üçün zəruri olan əlavə materiallar və 
sənədlər tələb etmək; 
323.1.3. tədqiqat obyektinə aid məlumatların aydınlaşdırılması üçün gömrük 
orqanlarının vəzifəli şəxslərinə, bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan 
digər şəxslərə və onların nümayəndələrinə suallar vermək; 
323.1.4. qoyulmuş suallardan əlavə tədqiqat obyektinə aid olan və iş üçün 
əhəmiyyətli hesab etdiyi digər halları öz rəyində göstərmək; 
323.1.5. səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək; 
323.1.6. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün 
olmadıqda, gömrük ekspertizanı aparmaqdan imtina etmək; 
323.1.7. gömrük orqanlarının icazəsi ilə gömrük nəzarətinin həyata 
keçirilməsində iştirak etmək. 
323.2. Ekspertin vəzifələri aşağıdakılardır: 
323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək; 
323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və 
nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz 
qiymətləndirməklə rəy təqdim etmək; 
323.2.3. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün 
olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla 
əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstərilməklə, yazılı məlumat vermək; 
323.2.4. gömrük ekspertizasının aparılması üçün gömrük orqanlarından və digər 
şəxslərdən aldığı, habelə əldə etdiyi nəticələr barədə məlumatları yaymamaq. 
323.3. Ekspert öz vəzifələrini müəyyən olunmuş qaydada yerinə yetirməməsinə, 
eləcə də bilə-bilə yalan rəy verməsinə görə qanunla müəyyən olunmuş məsuliyyət 
daşıyır. 
Maddə 324. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçinin, mallar barədə 
səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin hüquqları 
324.1. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barədə səlahiyyəti 
olan digər şəxslər və ya onların nümayəndələri aşağıdakı hüquqlara malikdirlər: 
324.1.1. ekspertə əsaslandırılmış etiraz etmək; 


324.1.2. konkret ekspertin təyin olunması barədə vəsatət vermək; 
324.1.3. ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması 
barədə vəsatət vermək; 
324.1.4. ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək; 
324.1.5. mallardan prob və nümunələr götürmək; 
324.1.6. ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə məlumatı ilə tanış 
olmaq və həmin rəyin və ya məlumatın surətini almaq; 
324.1.7. əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək. 
324.2. Bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və onların 
nümayəndələrinin vəsatəti təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş 
vəzifəli şəxsi müvafiq qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda
gömrük orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət 
verənə yazılı məlumat verməlidir. 
Maddə 325. Ekspert rəyi 
325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz 
adından yazılı formada rəy verir. 
325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, 
tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş 
suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş 
metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, 
qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. 
325.3. Bu Məcəllənin 322.6-cı maddəsində nəzərdə tutulan komisyon ekspertizanın 
aparılması zamanı ekspertlər arasında fikir ayrılığı yaranarsa, hər bir ekspert ayrıca rəy 
təqdim etmək hüququna malikdir. 
325.4. Bu Məcəllənin 322.7-ci maddəsində nəzərdə tutulan kompleks ekspertiza 
aparıldıqda hər bir ekspert rəyin ona aid olan hissəsini imzalayır. 
Maddə 326. Əlavə və təkrar gömrük ekspertizası 
326.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat obyektinə dair 
əlavə suallar yarandıqda, həmin ekspertə və ya başqa ekspertə həvalə edilməklə, əlavə 
ekspertiza təyin olunur. 
326.2. Ekspertin rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük 
orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barədə səlahiyyəti 


olan digər şəxslərin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla, təkrar 
gömrük ekspertizası təyin olunur. 
XXI bölmə
. Mallar v
ə
 n
ə
qliyyat vasit
ə
l
ə
ri bar
ə
sind
ə
 s
ə
r
ə
ncam verilm
ə
si 
v
ə
 
ə
ld
ə
 edil
ə
n v
ə
saitl
ə
rd
ə
n istifad
ə
 
olunması
 
Fəsil 57. Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi 
Maddə 327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi 
327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin 
qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina 
etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. 
327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin 
dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir. 
Maddə 328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam 
verilməsi qaydaları 
328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük 
hərraclarında satılır. 
328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat 
vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir. 
328.3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, 
saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir. 
328.4. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan 
qurumların işçiləri, həmçinin onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları 
və nəqliyyat vasitələrini birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala 
bilməzlər. 
328.5. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük 
hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 329. Çatışmayan məbləğin tutulması 
Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında 
satışından əldə edilən vəsait gömrük orqanlarının xərclərini ödəmək üçün kifayət 
etmədikdə, çatışmayan məbləğ bu Məcəllənin 245-ci maddəsində göstərilən, gömrük 
ödənişlərinin ödənilməsinə görə məsul şəxslərdən tutulur. 


Maddə 330. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış 
mallar, satılmayan, tez xarab olan, həmçinin saxlanc müddəti keçmiş mallar barəsində 
sərəncam verilməsi 
330.1. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi 
məhdudlaşdırılmış malların siyahısı müvafiq qanunla, tez xarab olan malların siyahısı isə 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
330.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud 
mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış 
mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam 
verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 331. Malların məhvi 
331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. 
331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti 
altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir. 
331.3. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət 
siyasəti tədbirləri tətbiq olunmur. 
331.4. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda 
istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər 
tətbiq olunur. 
Maddə 332. Mallardan dövlətin xeyrinə imtina 
332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə 
bilər. 
332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir. 
332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin 
çəkilməsinə səbəb olmamalıdır. 
332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, 
habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. 
Fəsil 58. Bu məcəlləyə müvafiq olaraq əldə edilmiş vəsaitdən istifadə 


Maddə 333. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, 
əlavə dəyər vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi 
Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər 
vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən 
olunmuş qaydada dövlət büdcəsinə köçürülür. 
Maddə 334. Digər vəsaitlər 
334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və 
gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları 
əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından 
əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində 
nəzərdə tutulan gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sisteminin 
büdcədənkənar inkişaf fonduna köçürülür və gömrük orqanlarının, müvafiq icra 
hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının 
möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın 
artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin 
tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod 
və üsulların öyrənilməsinə sərf olunur. 
334.2. Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu 
haqqında əsasnaməni və fondun vəsaitinin xərclənməsi qaydalarını müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
«Respublika» qəzetində dərc edilmişdir (20 sentyabr 2011-ci il, № 200) 
(«VneshExpertService» LLC). 
 
Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin 
Siyahısı 
1. Azərbaycan Respublikasının 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD saylı qanunu - 
«Respublika» qəzeti, 4 noyabr 2014-cü il, № 240 
2. Azərbaycan Respublikasının 28 oktyabr 2014-cü il tarixli 1094-IVQD saylı qanunu - 
«Azərbaycan» qəzeti, 20 noyabr 2014-cü il, № 253 
 
© «VneshExpertService» LLC 

Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə