Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   ...   50

10.3. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan gömrük 
laboratoriyalarının, elmi tədqiqat və tədris müəssisələrinin, digər qurumların əmlakı 
dövlət mülkiyyətidir. 
Maddə 11. Gömrük orqanlarının atributları 
11.1. Gömrük orqanlarının bayrağı və emblemi vardır. 
11.2. Bayraq və emblem gömrük orqanlarının inzibati binalarında, onlara məxsus 
avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində yerləşdirilir. 
11.3. Gömrük orqanlarının bayrağının və embleminin təsvirini müvafiq icra hakimiyyəti 
orqanı təsdiq edir. 
Maddə 12. Gömrük orqanlarının digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı 
fəaliyyəti 
12.1. Gömrük orqanları gömrük işi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi məqsədi 
ilə hüquq mühafizə orqanları daxil olmaqla, digər dövlət orqanları, hüquqi və fiziki 
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. 
12.2. Dövlət orqanlarının vəzifəli şəxsləri gömrük orqanları tərəfindən vəzifələrinin 
yerinə yetirməsinə lazımi şərait yaratmalıdırlar. 
Maddə 13. Gömrük orqanları tərəfindən «bir pəncərə» prinsipinin tətbiqi 
13.1. Beynəlxalq ticarətin asanlaşdırılması məqsədi ilə gömrük orqanları dövlət 
sərhədinin buraxılış məntəqəsində mallara baytarlıq, fitosanitar və müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi digər nəzarət növlərini «bir pəncərə» prinsipi 
əsasında mümkün qədər qısa vaxtda həyata keçirirlər. 
13.2. Gömrük orqanları və digər dövlət orqanları risklərin azaldılması, beynəlxalq ticarət-
təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin 
asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən 
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə 
bağlı əldə edilən məlumatların öz aralarında və müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə 
mübadiləsini həyata keçirirlər. 
Maddə 14. Gömrük orqanlarının beynəlxalq əməkdaşlığı 
14.1. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən beynəlxalq müqavilələrə 
uyğun olaraq başqa dövlətlərin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə, habelə 
beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər. 


14.2. Müvafiq icra hakimiyyəti orqanının öz funksiyalarının həyata keçirilməsinin təmin 
edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə və beynəlxalq təşkilatlarda 
nümayəndələrini (gömrük attaşelərini) müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi qaydada təyin etmək səlahiyyəti vardır. 
Maddə 15. Gömrük orqanlarının fəaliyyəti üçün şərait yaradılması 
15.1. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının olduğu 
yerdə deyil, öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər gömrük 
orqanlarının fəaliyyəti üçün şəraitin təmin edilməsinə imkan verən hədd daxilində 
gömrük orqanlarına əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və 
rabitə vasitələri verirlər. 
15.2. Gömrük obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri gömrük orqanlarının 
istifadəsinə torpaq qanunvericiliyinə uyğun olaraq verilir. 
Maddə 16. Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar 
16.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq dövlət 
orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan 
yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər. 
16.2. Gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial 
məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və 
konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü 
şəxslərə verilir. 
Fəsil 2. Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti 
Maddə 17. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması 
17.1. Gömrük orqanları gömrük işi sahəsində cinayətlərə dair işlər üzrə təhqiqat və 
istintaq orqanlarıdır. 
17.2. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması və bu zaman yerinə 
yetirilən prosessual hərəkətlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi 
ilə tənzimlənir. 
Maddə 18. Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə 
icraatın aparılması və işlərə baxılması 
Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın 
aparılması, həmin işlərə baxılması və bu zaman yerinə yetirilən prosessual hərəkətlər, 
inzibati xətalar törətməyə görə tətbiq edilən inzibati tənbehin növləri Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. 


Maddə 19. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti 
19.1. Gömrük orqanları təhqiqatının və istintaqının aparılması səlahiyyətlərinə aid 
edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, 
törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış 
fəaliyyətini həyata keçirirlər. 
19.2. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti Azərbaycan Respublikasının 
Cinayət-Prosessual Məcəlləsi, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan 
Respublikasının Qanunu və əməliyyat-axtarış fəaliyyətini tənzimləyən digər 
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
Maddə 20. Gömrük orqanlarının təhlükəsizliyini təmin edən tədbirlər 
20.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin təhlükəsizliyini təmin etmək üçün 
gömrük orqanları qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirirlər. 
20.2. Gömrük orqanları bu tədbirlərin həyata keçirilməsi üçün digər hüquq mühafizə 
orqanları, eləcə də başqa dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlıq edirlər. 
II bölmə. Gömrük orqanlarının başqa şə
xsl
ə
rl
ə
 
münasibə
tl
ə
ri 
Fəsil 3. Gömrük təmsilçiliyi 
Maddə 21. Gömrük təmsilçisi 
21.1. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi 
üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün 
gömrük təmsilçisi təyin edə bilər. 
21.2. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun 
mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun 
mənafeyi üçün) ola bilər. 
21.3. Gömrük təmsilçiliyi fəaliyyətini tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
21.4. Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük 
təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir. 
21.5. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən
lakin müvafiq səlahiyyəti olmayan şəxs, öz adından və özünün mənafeyi üçün fəaliyyət 
göstərən hesab olunur. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə