Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   2   3   4   5   6   7   8   9   10   ...   50

21.6. Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən 
ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb 
etməlidir. 
Maddə 22. Gömrük brokeri 
22.1. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu 
ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata 
keçirən hüquqi şəxsdir. 
22.2. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti 
orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. 
22.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri 
malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və 
onun kimi məsuliyyət daşıyır. 
22.4. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış 
müqavilə ilə tənzimlənir. 
22.5. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq 
icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, 
rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini 
təmin edir. 
22.6. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük 
orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə 
gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib 
edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi 
üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 
Maddə 23. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziya 
23.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün 
müraciətlərə baxır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hüquqi 
şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir. 
23.2. Hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı iki hüquqi şəxsə gömrük brokeri 
fəaliyyəti üçün lisenziya verilməlidir. 
Maddə 24. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın 
fəaliyyətinin dayandırılması və ləğv edilməsi 
Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin 
dayandırılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada həyata keçirilir. 


Maddə 25. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər 
25.1. Müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər gömrük 
brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək 
hüququna malikdirlər. 
25.2. Bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük 
rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, 
onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar. 
25.3. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları 
ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz. 
25.4. İxtisas attestatının verilməsi qaydalarını və gömrük rəsmiləşdirilməsi üçün 
mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir. 
Maddə 26. İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi 
İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 
Maddə 27. Lisenziya və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu və yığım 
27.1. Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə qanunvericiliklə 
müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 
27.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə 
ödənilən yığımın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
27.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyəti 
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə 
mütəxəssisin ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların 
verilməsinə görə ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır. 
Fəsil 4. Gömrük daşıyıcısı 
Maddə 28. Gömrük daşıyıcısı 
28.1. Qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından 
gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər 
gömrük daşıyıcısı ola bilərlər. 
28.2. Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və gömrük işi üzrə digər 
qanunvericilik aktlarına uyğun həyata keçirir. 


28.3. Gömrük daşıyıcısının malları və onlara aid sənədləri göndərənlərlə münasibətləri 
müqavilə əsasında qurulur. 
Maddə 29. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, onun 
fəaliyyətinin dayandırılması və ləğv edilməsi 
Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də 
onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
Maddə 30. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə 
dövlət rüsumu 
30.1. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə 
qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 
30.2. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti 
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət 
rüsumu qaytarılmır. 
Fəsil 5. Səlahiyyətli iqtisadi operatorlar 
Maddə 31. Səlahiyyətli iqtisadi operator statusu 
31.1. Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, 
səlahiyyətli iqtisadi operator — malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin 
təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin 
sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir. 
31.2. Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə müəyyən olunmuş şərtlərə cavab 
verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunu almaq üçün müvafiq icra 
hakimiyyəti orqanına müraciət edə bilər. 
31.3. Səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
31.4. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və 
ləğv olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
31.5. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük 
prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün səlahiyyətli 
iqtisadi operatora müəyyən hüquqlar verir. 
31.6. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator 
statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanına 
bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə