Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

31.7. Səlahiyyətli iqtisadi operator statusu almış hüquqi şəxs sonrakı fəaliyyəti dövründə 
bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi 
təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir. 
Maddə 32. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri 
32.0. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır: 
32.0.1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının 
müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin 
edilməsi imkanının mövcudluğu; 
32.0.2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi; 
32.0.3. gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və 
nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması; 
32.0.4. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə 
imkanlarının olması; 
32.0.5. fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması; 
32.0.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının 
olması; 
32.0.7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazasının 
olması. 
III bölmə. Gömrük işində
 informasiya sisteml
ə
ri v
ə
 informasiya 
texnologiyaları
 
Fəsil 6. Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi 
Maddə 33. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və 
onların təminat vasitələrindən istifadə 
33.1. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və 
onların təminat vasitələrindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. 
33.2. Gömrük orqanları tərəfindən yaradılan, alınan informasiya sistemləri, informasiya 
texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətindədir. 
33.3. Gömrük orqanları onların istifadəsində olmayan informasiya sistemlərindən, 
informasiya texnologiyalarından və onların təminat vasitələrindən müqavilə əsasında 
istifadə edə bilərlər. 


Maddə 34. Gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi 
34.0. Gömrük orqanlarında gömrük prosedurlarının elektron modellərinin yaradılması və 
tətbiqi ilə əlaqədar normativ hüquqi aktların layihələri hazırlanarkən aşağıdakılar nəzərə 
alınmalıdır: 
34.0.1. bu Məcəllədə və müvafiq qanunvericilikdə nəzərdə tutulduğu hallarda, 
sənədlərin elektron formada təqdim edilməsi; 
34.0.2. elektron və kağız üzərində yazılı formalarda sənədlər əsasında 
məlumatların dəqiqliyinin yoxlanılması üsullarının mövcudluğu; 
34.0.3. gömrük xidmətləri, habelə onlar ilə başqa istifadəçilər arasında gömrük 
məqsədləri üçün informasiya mübadiləsinin elektron üsullarından istifadə 
edildikdə, alınan məlumatları saxlama hüququnun olması; 
34.0.4. gömrük prosedurlarının və gömrük ödənişlərinin elektron idarə edilməsi 
sistemlərinin yaradılması və tətbiq edilməsi. 
Maddə 35. İnformasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat 
vasitələrinin sertifikatlaşdırılması 
Gömrük işində tətbiq olunan informasiya sistemləri, informasiya texnologiyaları və 
onların təminat vasitələri, habelə informasiyanın mühafizəsi üçün istifadə olunan 
proqram — texniki vasitələr müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada 
sertifikatlaşdırılır. 
Maddə 36. Gömrük orqanlarının informasiya ehtiyatları 
36.1. Gömrük orqanlarının informasiya ehtiyatları gömrük əməliyyatlarını həyata keçirən 
şəxslərin bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri 
sənədlər və məlumatlar əsasında formalaşdırılır. 
36.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə və 
informasiyanın sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir. 
36.3. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 
informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük 
orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır. 
36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan 
informasiya ehtiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini 
müəyyən edir. 
Fəsil 7. Gömrük işinə dair məlumatların mübadiləsi və mühafizəsi 


Maddə 37. Məlumatların mübadiləsi 
37.1. Gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq 
subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların 
elektron emalı üsulları vasitəsilə həyata keçirilir. 
37.2. Bu Məcəllənin 37.1-ci maddəsində göstərilən orqanlar və şəxslər arasında məlumat 
mübadiləsini təmin etmək məqsədilə elektron məlumat sistemi yaradılır. Bu sistem 
beynəlxalq standartlardan və ticarət təcrübəsindən istifadə etməklə, risklərin təhlili və 
gömrük nəzarətinin müvafiq qaydada tətbiq edilməsi üçün zəruri olan təfərrüatları özündə 
əks etdirməlidir. 
Maddə 38. Gömrük orqanları ilə səlahiyyətli iqtisadi operatorlar arasında əlavə məlumat 
mübadiləsi 
38.1. Gömrük orqanları və səlahiyyətli iqtisadi operatorlar xarici ticarətdə risklərin 
müəyyənləşdirilməsi və qarşısının alınması üzrə tədbirlərin hazırlanmasında əməkdaşlıq 
məqsədi ilə öz aralarında təqdim olunması gömrük qanunvericiliyi ilə bilavasitə tələb 
edilməyən məlumatların da mübadiləsini həyata keçirə bilərlər. Bu mübadilə müvafiq 
müqavilə əsasında həyata keçirilir və səlahiyyətli iqtisadi operatorların kompüter 
şəbəkəsinə gömrük orqanları tərəfindən daxil olmaq hüququnu nəzərdə tuta bilər. 
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində qeyd olunan əməkdaşlıq zamanı təqdim olunan 
məlumatlar, onların açıqlanması barədə tərəflərin razılığı əldə edilənədək məxfi 
saxlanılır. 
Maddə 39. Gömrük orqanları tərəfindən məlumatların təqdim olunması və məsləhətvermə 
39.1. Hər bir şəxs sorğu vermək yolu ilə bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə 
tutulmuş məlumatlar istisna edilməklə, gömrük qanunvericiliyinin tətbiqinə dair istədiyi 
məlumatı gömrük orqanlarından əldə edə bilər. 
39.2. Gömrük orqanları gömrük qanunvericiliyini, ərizə formalarını və xarici ticarətə dair 
digər sənədləri İnternetdə yerləşdirməklə, həmin sənədlərin başqa şəxslər tərəfindən heç 
bir haqq ödənilmədən əldə edilməsini təmin etməlidirlər. 
39.3. Gömrük orqanlarının aşkar etdiyi hüquqpozmaların araşdırılması digər hüquq 
mühafizə orqanlarının səlahiyyətlərinə aid olduğu hallarda, müvafiq məlumatlar və onlara 
dair sənədlər həmin orqanlara verilir.  
39.4. Gömrük orqanları digər hüquq mühafizə orqanlarının sorğuları əsasında barəsində 
inzibati xətalar haqqında iş üzrə icraat və ya cinayət işi başlanmış şəxslər haqqında 
onlarda olan məlumatları həmin orqanlara verirlər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə