Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

39.5. Gömrük orqanlarının vəzifəli şəxsləri verdikləri məlumatların düzgünlüyünə görə 
cavabdehdirlər. 
39.6. Gömrük orqanları gömrük işi və gömrük orqanlarının səlahiyyətlərinə aid olan 
məsələlər üzrə məsləhətverməni həyata keçirirlər. 
Maddə 40. Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması 
40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük 
orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla 
müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti 
olduqda, onlara yardım göstərməlidirlər. 
40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, 
sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük 
orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs 
onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük 
proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə 
götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 
40.3. Gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, 
sadələşdirilmiş bəyannamə, gömrük rəsmiləşdirilməsinə dair ərizə və gömrük 
orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədlər şəxsin nümayəndəsi 
tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində 
müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 
40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti 
olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) 
bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük rəsmiləşdirilməsinə dair 
ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər 
əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 
40.5. Bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə gömrük orqanlarına 
təqdim olunması nəzərdə tutulmuş sənədlər, o cümlədən gömrük bəyannamələri elektron 
formada təqdim oluna bilər. 
40.6. Sənədlərin elektron formada təqdim olunması qaydaları «Elektron imza və elektron 
sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 
Maddə 41. Məlumatların mühafizəsi 
41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin 
digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti 
vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər. 


41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial 
məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna 
edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi 
olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz. 
41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial 
məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının 
vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 
41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara 
verilməsi qaydası «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 
tənzimlənir. 
41.5. Məlumat mübadiləsi prosesində iştirak edən subyektlərin hüquqlarının və 
məlumatların mühafizəsi gömrük orqanlarının xüsusi proqramlardan və texniki 
vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur. 
41.6. Məlumatların mühafizə səviyyəsi onların kateqoriyasına uyğun olmalıdır. 
Məlumatların kateqoriyasına uyğun olaraq mühafizəsi sərəncamında informasiya 
ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir. 
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələrin istismarına dair 
tələblərə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 
41.8. Müvafiq icra hakimiyyəti orqanı bütün maraqlı şəxslərlə informasiya 
texnologiyalarının tətbiqi barədə mümkün qədər geniş məsləhətləşmələr həyata keçirir. 
Fəsil 8. Gömrük orqanlarının elektron məlumat sistemi 
Maddə 42. Ümumi müddəalar 
42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, 
mühafizəsi və mübadiləsi məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin 
işlənib hazırlanmasını və istifadəsini təmin edir. 
42.2. Gömrük orqanları tərəfindən qeydiyyata alınan məlumatların məzmununu, onların 
təqdim olunma müddətlərini, mühafizəsi məsələlərini də nəzərdə tutan elektron məlumat 
sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 
Maddə 43. Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə 
Gömrük orqanlarının elektron informasiya sisteminə məlumat göndərmək və ya oradan 
məlumat almaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada gömrük orqanları tərəfindən gömrük orqanlarının elektron informasiya 
sisteminin istifadəçisi (bundan sonra — istifadəçi) kimi təsdiq edilməlidir. 


Maddə 44. İstifadəçilər 
44.1. İstifadəçi olmaq üçün şəxs kağız üzərində yazılı, yaxud elektron formalarda ərizə və 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər sənədlərlə müvafiq icra 
hakimiyyəti orqanına müraciət edir. 
44.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə bir ay müddətində baxır, bu Məcəllənin 
42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq şəxsin müraciətinin təmin 
edilməsi və ya edilməməsi barədə qərar qəbul edir və ona müvafiq bildiriş göndərir. 
44.3. Müvafiq icra hakimiyyəti orqanı müraciətin təmin edilməməsi barədə qərar qəbul 
etdikdə, ərizəçiyə təqdim olunan bildirişdə müraciətin təmin olunmamasının səbəbləri 
göstərilməlidir. 
44.4. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı olmayan ərizəçi həmin qərardan 
bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət 
edə bilər. 
Maddə 45. İstifadəçilər üçün müəyyən edilmiş şərtlər 
45.1. Müvafiq icra hakimiyyəti orqanı istifadəçi, istifadəçilər qrupu və ya bütün 
istifadəçilər üçün bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarda 
göstərilən şərtlər müəyyən etmək hüququna malikdir. 
45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45.1-ci maddəsində qeyd olunan 
şərtlər barədə aidiyyəti istifadəçiyə (istifadəçilərə) yazılı formada bildiriş verməlidir. 
İstifadəçi (istifadəçilər) tərəfindən bu Məcəllənin 45.3-cü maddəsinə uyğun olaraq 
şikayət verilmədiyi təqdirdə, şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır: 
45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən edilmiş şərtlər barədə bildirişin 
verildiyi tarixdən etibarən iyirminci iş günündən; 
45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi daha sonrakı tarixdən. 
45.3. Müəyyən edilmiş şərtlərlə razı olmayan istifadəçi (istifadəçilər) müvafiq icra 
hakimiyyəti orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati 
qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.  
Maddə 46. İstifadəçinin təsdiqinin ləğvi 
46.1. Müvafiq icra hakimiyyəti orqanı bildiriş göndərməklə, gömrük orqanlarının 
elektron məlumat sistemindən istifadə edən şəxsin istifadəçi kimi təsdiqini aşağıdakı 
hallarda ləğv edir: 
46.1.1. istifadəçi bu Məcəllə ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etmədikdə; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə