Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

X fəsil 

 

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT 

 

Maddə 81. Apellyasiya şikayəti vermək hüququ  

 

81.1.  İnzibati-iqtisadi  məhkəmələr  tərəfindən  qəbul  olunmuş  qərarlardan  və  ya 



qərardadlardan,  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  şikayət  verilə 

bilər.  Şikayətə  apellyasiya  qaydasında  apellyasiya  instansiyası  inzibati-iqtisadi 

kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

11

  

81.2.  İnzibati  məhkəmə  icraatının  iştirakçıları  (tərəflər  və  məhkəmə  icraatına  cəlb 



olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət 

vermək hüququna malikdirlər.  

81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati 

məhkəmə  icraatında  birinci  instansiya  məhkəməsində  icraatla  bağlı  bu  Məcəllədə 

nəzərdə  tutulmuş  müvafiq  prosessual  qaydalar,  o  cümlədən  iddia  ərizəsinin  formasına  və 

məzmununa  dair  tələblər  və  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin 

apellyasiya  instansiyası  məhkəməsində  icraatla  bağlı  müvafiq  müddəaları  tətbiq 

olunur.

12

  

 



Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri  

 

Apellyasiya  instansiyası  məhkəməsi  mübahisə  ilə  bağlı  işə  şikayət  həddində  və 

hüquqi  məsələlər,  habelə  sübutlar  və  faktlar  (faktiki  hallar)  əsasında  mahiyyəti  üzrə 

tam  həcmdə  baxır.  Apellyasiya  instansiyası  məhkəməsi  həmçinin  bu  Məcəllənin  12-ci 

maddəsinin  tələblərinə  əsasən  yeni  təqdim  olunmuş  sübutları  (sübutetmə  vasitələrini) 

və faktları (faktiki halları) da nəzərə alır.  

 

Maddə 83. Şikayətin mümkünlüyü  



 

83.1. Şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və 

müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə 

bilər.


13

  

83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı 



şikayətə yol verilmir.  

83.3.  Aşağıdakı  məhkəmə  qərardadlarından  müstəqil  qaydada  şikayət  verilə 

bilməz:  

83.3.1.  məhkəmə  prosesinin  aparılması  qaydaları  haqqında  məhkəmə 

qərardadlarının (sərəncamlarının);  

83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə 

iclasının  vaxtı  ilə  bağlı  müəyyən  müddətin  təyin  olunması  haqqında  məhkəmə 

qərardadlarının;  

83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd 

edilməsi haqqında məhkəmə qərardadlarının;  




83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi 

və  ya  bir  icraatın  müstəqil  işlər  üzrə  icraata  ayrılması  haqqında  məhkəmə 

qərardadlarının;  

83.3.5.  hakimlərə,  məhkəmə  tərkiblərinə  etirazlar  ilə  bağlı  məhkəmə 

qərardadlarının;  

83.3.6.  bu  Məcəllənin  21.5-ci,  24.7-ci,  28.4-cü,  54.3-cü,  55.4-cü  və  77.2-ci 

maddələrində nəzərdə tutulmuş hallarda.  

83.4.  Bu  Məcəllə  ilə  müstəqil  qaydada  mübahisələndirilməsinə  yol  verilməyən 

qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.  

 

Maddə 84. Şikayət üzrə məhkəmə icraatının iştirakçıları  



 

Şikayətçi  və  birinci  instansiya  məhkəməsində  icraatın  iştirakçıları  olmuş  digər 

şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.  

 

Maddə 85. Şikayətin verilməsinə dair tələblər  



 

85.1.  Şikayət  məhkəmə  qərarının  tam  formada  təqdim  olunduğu  gündən  30  gün, 

məhkəmə  qərardadının  isə  elan  olunduğu  gündən  10  gün  müddətində  inzibati-iqtisadi 

məhkəmə vasitəsilə verilir.  

85.2.  Şikayətdə  mübahisə  edilən  məhkəmə  qərarı  (qərardadı)  barədə  məlumatlar 

göstərilməli  və  şikayət  əsaslandırılmalıdır.  Məhkəmə  qərarından  (qərardadından) 

verilmiş  şikayət  əsaslandırılmadığı  hallarda,  həmin  şikayətin  təqdim  edildiyi  gündən 

30  gün  ərzində  həmin  şikayətin  əsaslandırma  hissəsi  birbaşa  apellyasiya  instansiyası 

məhkəməsinə verilməlidir.  

85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət 

üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.  

 

Maddə  86.  Şikayət  daxil  olduqdan  sonra  birinci  instansiya  məhkəməsinin 



hərəkətləri  

 

86.1.  Şikayət  daxil  olduqdan  sonra  inzibati-iqtisadi  məhkəmə  şikayətlə  bağlı 



aşağıdakı  formal  tələblərə  apellyasiya  şikayəti  verən  şəxs  tərəfindən  əməl  olunmasını 

yoxlayır:  

86.1.1. şikayətin apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi 

tərəfindən imzalanmasını;  

86.1.2.  apellyasiya  şikayəti  verən  şəxsin  adının,  soyadının,  atasının  adının  və 

ünvanının göstərilməsini;  

86.1.3.  barəsində  şikayət  verilən  məhkəmə  qərarı  və  ya  qərardadının  tarixi  və 

nömrəsi barədə məlumatların göstərilməsini;  

86.1.4. dövlət rüsumunun ödənilməsini;  

86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;  

86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.  



86.2.  Bu  Məcəllənin  86.1-ci  maddəsində  göstərilən  tələblərə  əməl  olunmaması  ilə 

bağlı  formal  xətaların  aradan  qaldırılmasında  məhkəmə  apellyasiya  şikayəti  verən 

şəxsə yardım etməlidir.  

86.3.  İnzibati-iqtisadi  məhkəmə  şikayətin  daxil  olduğu  vaxtdan  beş  gün 

müddətində  həmin  şikayəti  mübahisə  ilə  bağlı  işin  materialları  ilə  birlikdə  müvafiq 

apellyasiya instansiyası məhkəməsinə göndərir.



14

  

86.4.  Apellyasiya  instansiyası  məhkəməsinə  göndərilənədək  şikayətin  geri 



götürüldüyü  hallarda  birinci  instansiya  məhkəməsi  şikayətlə  bağlı  icraata  xitam 

verilməsi barədə qərardad qəbul edir.  

 

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat  



 

87.1.  Apellyasiya  instansiyası  məhkəməsi  daxil  olmuş  şikayətin  surətini  digər 

proses  iştirakçılarına  göndərir,  proses  iştirakçılarına  şikayətin  mahiyyəti  ilə  bağlı  öz 

mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan 

digər müvafiq tədbirləri görür.  

87.2.  Apellyasiya  instansiyası  məhkəməsi  apellyasiyanın  mümkünlüyü  əsaslarını 

yoxlayır.  

87.3.  Apellyasiya  mümkün  sayılmadıqda  apellyasiya  instansiyası  məhkəməsi 

şikayəti qəbul etməkdən imtina edir.  

87.4.  Apellyasiyanın  mümkünlüyü  ilə  bağlı  məhkəmə  qərardad  çıxarır. 

Apellyasiyanın  mümkün  sayılmaması  barədə  qərardad  qəbul  edilməmişdən  əvvəl 

proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.  

87.5.  Şikayətlə  bağlı  qərar  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  şifahi 

məhkəmə baxışı qaydasında qəbul edilir.  

87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını 

dəyişdirmədən  qüvvədə  saxlaya  bilər,  dəyişdirə  bilər  və  ya  ləğv  edərək  (tam  və  ya 

qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya 

tələbi həddində dəyişdirilə bilər.  

87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə 

mahiyyəti  üzrə  baxaraq  həll  edir.  Məhkəmə  icraatının  davam  etdirilməsinin  zəruri 

olduğu  aşağıdakı  müstəsna  hallarda  apellyasiya  instansiyası  məhkəməsi,  barəsində 

şikayət  verilmiş  məhkəmə  qərarını  ləğv  edərək  işi  müvafiq  inzibati-iqtisadi  məhkəməyə 

göndərə bilər:

15

  

87.7.1.  inzibati-iqtisadi  məhkəmədə  icraat  zamanı  yol  verilmiş  ciddi  prosessual 



pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması 

tələb olunduqda;  

87.7.2.  inzibati-iqtisadi  məhkəmə  tərəfindən  mahiyyəti  üzrə  qərar  qəbul 

edilmədikdə.  

87.8.  Apellyasiya  instansiyası  məhkəməsi  qərarını  əsaslandırmağa  borcludur. 

Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qərarını 

dəyişdirmədən  qüvvədə  saxladıqda,  həmin  qərardakı  əsaslara  istinad  edə  bilər.  Lakin 

hər  bir  halda  apellyasiya  instansiyası  məhkəməsinin  qərarında  apellyasiya  şikayətinin 

dəlillərinə münasibət bildirilməlidir.  



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə